Televiziyada şou proqramlar və məsuliyyətli davranış məsələsi
A A A
01/04/2018
Oxunma sayısı : 23201
Əkrəm Bəydəmirli

Televiziyada şou proqramlar  və məsuliyyətli davranış məsələsi

Bu gün sorğu aparsaq görərik ki, tamaşaçıların xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir.Təbii ki,  bunun ciddi səbəbləri var. Düzdür, heç kimə qadağa qoymaq olmaz ki, sən yalnız yerli kanalları seyr et. İnzibati resurslar hesabına bunu etməkdə mümkün deyil. Ancaq bütün bu məqamlar  düşünməyə əsas verir ki, öz teleməkanımıza diqqət yetirək. Ədalət naminə demək lazımdır  ki, Azərbaycan telekanallarında normal verilişlər, maarifləndirici layihələr var. Mən bəzən düşünürəm ki, belə maarifçilik missiyası daşıyan verilişlər Azərbaycan gəncinə, yeniyetməsinə, ümumilikdə hər kəsə yalnız fayda verər. 

Xüsususilə,  professor Məhərrəm Qasımlının müəllifliyi ilə hər şənbə “Mədəniyyət” kanalında yayımlanan,  aşıq sənətini tədqiq və təbliğ edən  “Saz-söz axşamı”  verilişi mən deyərdim  folklor məktəbidir. Bu kateqoriyadan olan çəlbedici proqramlar var. Həmçinin böyük sənəkarımız aşıq Ədalət haqqında, dünya şöhrətli alim Lüfi  Zadə haqqında və digər şəxsiyyətlərlə bağlı çəkilən, nümayiş olunan sənədli filmllər, başqa telelayihələr auditoriya üçün əhəmiyyətlidir. Yaxşı sənət,  gözəl musiqi, bəşəriyyətə xidmət edən elm əslində sərhəd tanımır. Hər bir xalqın malıdır. Biz bir çox hallarda yaxşıların qədrini zamanında bilmirik. Yəni sözümün canı odur ki, Azərbaycan teleməkanında belə sanballı telelayihələr olub və indi də var. Yetər ki, onları seyr edib dəyərini verəsən. Ancaq bütün bunlar məsələnin bir tərəfidir.

Bəs, Azərbaycan tamaşaçısını bezdirən, dərhal kanalları dəyişməyə məcbur edən nədir? 
Bu məqamlar üzərində düşünmək lazımdır.

 Etiraf etmək lazımdır teleməkanda ciddi problemlər hələ də  qalmaqdadır. Bu gün təəssüf doğuran odur ki,  bəzi tv-lərdəki elə şou aparıcıları  uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri  auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. 

Bütün hallarda teleleviziya verilişi hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan  uzaqlaşaraq maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Hər dəfə təkrar-təkrar  qeyd olunur,  belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.


 Xoşa gəlməyən  hal odur ki, bu verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik, mütaliənin bərbad gündə olması, öz üzərində zəif çalışması və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Bəlkə də ifadə yumşaq səslənəcək. Həmin şəxslər 10 il əvvəl necə olubsa, demək olar ki, indi də eyni şit, bayağı verilişlə auditoriya qarşısına çıxırlar.

Peşəkar teletəndiqin olmaması  bu şəxslərin əl-qol açmasına rəvac verib. Kimisi toyxananın çox pis variantını efirə gətirir. Kimisi  intellektual yenilik edə bilmədiyinə görə, qadın müğənnilərin  pul kisəsini  eşələməyə, xanım müğənnilərin makiyajlarının silinməsinə, daha hansısa səviyyəsiz addımlara əl atır. Ay zalım uşağı, bəlkə arada bir kitab oxuyun, çünki mütaliə təfəkkürün formalaşmasına təsir edir.

Onu da etiraf etmək lazımdır ki,  televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq,  teleticarət işini quraraq əsas milli strateji hədəflərə  doğru getmək mümkündür. 
Telekanal tamaşaçıya ağıl öyrətmək yox, maarifçilik işi ilə bərabər hər evə xoş aura gətirməlidir. Qıcıq doğuracaq yüngül şoularla,  maraqsız və baxılması  qəliz olan  seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.

Bu gün TV-də və media sahəsində reklam bazarı çox ciddi məsələdir. Bu sahə  həqiqətən geniş araşdırılmalı və problemlər həll olunmalıdır. Telekanallarda reklam məsələsi ilə bağlı  çox qısa bir məqama toxunmaq istərdim. Görəsən, yalnız pul qazanmaq xatirinə efiri bazara döndərmək  hansı dəyərlərə sığır?  Əgər televiziyada  hər hansı filmin nümayişi zamanı reklam fasiləsi elan olunaraq 20-25 dəqiqə  (bəlkə daha çox) müddətində eyni məhsulları və yaxud xidmətləri təkrar-təkrar reklam edirlərsə, bu, hansı qanuna və məntiqə sığır?  Burada yalnız  “Reklam Haqqında” qanun tələblərini pozmaqdan və tamaşaçıya qarşı hörmətsizlikdən söhbət gedə bilər.

Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə şəxsi maraqlar və məsuliyyətsiz yanaşma olsun. 
Əlqərəz, cəmiyyətin və tv-lərdə  şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə  fayda verər.  Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi  və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir. 

ŞƏRHLƏR
XƏBƏRLƏR
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38
“Yayım” Assosiasiyası layihə üzrə yekun tədbirini keçirib - 12 / 07 / 2018 07:50
Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizi beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır - Cəsarət Hüseynzadə - 12 / 07 / 2018 07:31
"Sahibkar saatı" verilişi, 4-cü buraxılış - 12 / 07 / 2018 07:19
Gənc QHT rəhbəri: "Bir insanı öldürən şəxs, bütün bəşəriyyəti öldürmüş olur!" - 11 / 07 / 2018 17:53