QHT-lər Probasiya Xidmətinin fəaliyyətinə cəlb olunacaq
A A A
01/04/2018
Oxunma sayısı : 30368

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti haqqında Əsasnamə”ni təsdiq edib.

 
QHT.az APA-ya istinadən xəbər verir ki, Əsasnaməyə əsasən Ədliyyə Nazirliyinin Probasiya Xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatının baş idarə səlahiyyətli müstəqil struktur qurumudur.

 

Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkil edir;
  • cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;
  • şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;
  • cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;
  • ictimai işlər növündə inzibati tənbehin icrasını təşkil edir;
  • üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası işini təşkil edir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
 
  • cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkil etmək üçün tədbirlər görmək;
  • cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək üçün tədbirlər görmək;
  • şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək üçün tədbirlər görmək;
  • barəsində məhkəmə hökmü qanuni qüvvəyə minmiş həbsdə olmayan məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilməsini təmin etmək;
  • cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək üçün tədbirlər görmək;
  • ictimai işlər növündə inzibati tənbehin icrasını təşkil etmək üçün tədbirlər görmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatının aparılmasını təmin etmək;
  • Xidmətin qeydiyyatında olan şəxslərin elektron informasiya sistemini yaratmaq, müvafiq orqan və təşkilatlarla qarşılıqlı məlumat mübadiləsi aparmaq;
  • Xidmətin qeydiyyatında olan məhkumların ölkədən getmək hüququnun məhdudlaşdırılması və məhdudiyyətlərin götürülməsi işini təşkil etmək;
  • elektron nəzarət vasitələrinin tətbiqini təşkil etmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən məhkumların qanunvericiliklə müəyyən olunmuş üsul və vasitələrlə islahı işini təşkil etmək üçün tədbirlər görmək;
  • cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların və ictimai işlər növündə inzibati tənbehin icrası və çəkilməsi qayda və şərtlərini təmin etmək üçün tədbirlər görmək;
  • qanunvericiliklə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla yetkinlik yaşına çatmayan məhkumların cəzalarının icrasını təşkil etmək üçün tədbirlər görmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərlə davranış zamanı onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun və digər hüquqlarının qorunmasını təmin etmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası üzrə fəaliyyəti təmin etmək üçün tədbirlər görmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin sosial adaptasiyasında və reabilitasiyasında iştirak üçün tədbirlər görmək;
  • üzərində probasiya nəzarəti həyata keçirilən məhkumların olduğu yer müəyyən edilmədikdə, onların axtarılması işini təşkil etmək;
  • Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
  • icra məmurlarına (probasiya üzrə) həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görmək, onların fəaliyyətinə təşkilati və metodik rəhbərliyi həyata keçirmək;
  • icra məmurlarının (probasiya üzrə) fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən qanunların və digər normativ hüquqi aktların dürüst və eyni qaydada tətbiq olunmasını təmin etmək;
  • vətəndaşların qəbulunun keçirilməsini, müraciətlərə, o cümlədən icra məmurlarının (probasiya üzrə) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə baxılmasını təmin etmək;
  • Xidmətin işçilərinin, habelə icra məmurlarının (probasiya üzrə) şəxsi təhlükəsizliyini təmin etmək;
  • fəaliyyət istiqamətləri üzrə yerli qurumlarda xüsusi vasitələrin və xidməti silahın saxlanılması və istifadəsi qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;
  • fəaliyyət istiqamətləri üzrə yerli qurumlar tərəfindən kömək üçün polis və təhlükəsizlik orqanlarına müraciət edilməsini əlaqələndirmək;
  • fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübənin öyrənilməsini, onun tətbiqi ilə bağlı müvafiq təkliflərin hazırlanmasını, habelə bu təcrübə nəzərə alınmaqla, elmi-texniki nailiyyətlərin tətbiq olunmasını təmin etmək;
  •  qeyri-hökumət təşkilatlarının nümayəndələrini, habelə könüllüləri Xidmətin fəaliyyətində iştiraka cəlb etmək;
  • əfv məsələlərinə baxılması üçün müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
  • amnistiya və əfv aktlarının icrasını təmin etmək;
  • fəaliyyət istiqamətləri üzrə icra, icra məmurları haqqında, habelə cəzaların icrası, cinayət-prosessual və inzibati xətalar qanunvericiliyi və digər normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək;

Xidmətin strukturu və ştat vahidlərinin sayı ədliyyə naziri tərəfindən təsdiq olunur. Xidmətin strukturuna Elektron monitorinq şöbəsi daxildir. Xidmət bu struktur qurum vasitəsilə elektron nəzarət sisteminin təşkilini və idarə olunmasını həyata keçirir, həmçinin elektron nəzarət vasitələri tətbiq olunan məhkumlar tərəfindən onların üzərinə qoyulan vəzifələrə riayət edilməsinin monitorinqini həyata keçirir, bu vəzifələrin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görür. Xidmətə ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Xidmət rəisinin Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Xidmətin rəis müavini ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. Xidmətin Elektron monitorinq şöbəsinə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan rəis rəhbərlik edir.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bakı Biznes Universiteti Avropa komissiyasının dəstəyi ilə layihə icra edir - 26 / 04 / 2018 12:41
Azərbaycan Milli QHT Forumu prezident seçkiləri ilə əlaqədar yekun hesabatını açıqlayıb - 26 / 04 / 2018 12:28
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu - 26 / 04 / 2018 09:45
QHT şəhidlərə həsr olunan turnir ilə bağlı onların ailələrini ziyarət edib - 26 / 04 / 2018 09:40
Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb - Video - 25 / 04 / 2018 16:38
Hüquq müdafiəçisinin Ramil Usubova müraciəti - “Qürur duyduq” - 24 / 04 / 2018 10:25
2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – Şuranın dəstəyi ilə - 24 / 04 / 2018 10:08
Azərbaycan Diabet Liqası 54-cü Beynəlxalq Diabet Konqresində iştirak edib - 23 / 04 / 2018 15:58
Yeni nazir bəzi ciddi amilləri nəzərə almadan işsizliyə dair göstəriciləri açıqlayacaqsa dedikləri reallığı əks etdirməyəcək -Sahib Məmmədov - 23 / 04 / 2018 15:11
Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi - 23 / 04 / 2018 14:54
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə - 23 / 04 / 2018 11:35
“Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin növbəti mərhələsi başa çatıb. - 23 / 04 / 2018 11:32
Azər Həsrət istefa verdi – QHT sədrliyindən - 23 / 04 / 2018 09:17
“Onlarla dünyanın o biri başına adlamaq olar…” – Deputat son təyinatlardan yazdı - 23 / 04 / 2018 08:53
“Bizim Planet”- növbəti 7 ilin inamlı müzakirəsi - 23 / 04 / 2018 08:46
Layihə çərçivəsində şəhid və hərbi qulluqçuların ailələrinə ictimai dəstək veriləcək - 23 / 04 / 2018 07:47
Şəhid ailələri 11 min manat pulu almaq üçün hansı sənədləri təqdim etməlidirlər? - Hüquqşünas şərhi - Video - 22 / 04 / 2018 09:44
QHT ahılların istirahətini təşkil etməkdə davam edir - 22 / 04 / 2018 06:10
QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib - 21 / 04 / 2018 08:16
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18