Universitet məzunu, yoxsa kisəçi?..
A A A
01/08/2018
Oxunma sayısı : 21477

Seymur Verdizadə

Dahi Nizami hələ 12-ci əsrdə deyirdi ki, yarımçıq papaqçıdansa, kamil palançı yaxşıdır. Bizim eradan əvvəl qədim Azərbaycan torpaqlarında qurulan dövlətlərdə sənətkarların ayrıca məhəllələri olub. Onlar atalarından öyrəndikləri sənəti balalarına öyrədə-öyrədə, halal zəhmətlə dolanıblar. Nahaq deməyiblər ki, yaxşı sənətkar günortaya kimi ac qalar...

Sovet hökuməti qurulandan sonra savadsızlığın kütləvi ləğvi prioritet vəzifəyə çevrildi. Rejim ən ucqar kəndlərdə belə məktəblər açdı, təkcə uşaq və yeniyetmələrə deyil, qocalara da yazıb-oxumağı öyrətdi. Gecə məktəblərində oğullar atalarına dərs keçir, onlara qələm tutmağı, yazıb-oxumağı öyrədirdilər. Orta Asiyanın ucqar aullarında yaşayan beş-on kəndlini nəzərə almasaq, SSRİ-də yazıb-oxumağı bacarmayan adam yox idi.

Elmin, təhsilin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi sonradan müəyyən fəsadlara yol açdı. Ən pisi o idi ki, bir o qədər də uzaq olmayan 60-70-ci illərdə təkcə savadı olanlar deyil, hətta savadı olmayanlar da ali təhsil almağa can atırdılar. Ali məktəbə daxil olmaq böyük şəhərlərlə yanaşı, əyalətlərdə də dəbə çevrilmişdi. Kənd yerlərində valideynlər danasını, qoyun-quzusunu satıb, uşaqlarını isntituta qəbul elətdirirdilər. Dananın, davarın hesabına diplom sahibi olan həmin adamlar sonradan cəmiyyətə bir qotur dana qədər xeyir vermirdilər.

SSRİ çoxdan tarixin arxivinə göndərilsə də, postsovet məkanında, o cümlədən, günəşli vətənimizdə bu mənfi streotipdən əziyyət çəkənlər hələ də çoxluq təşkil edir. Azərbaycanda fəaliyyət göstərən nəinki dövlət, hətta özəl ali təhsil müəssisələrində də qəbul planı 95-100 faiz dolur. Bununla paralel olaraq, xarici ölkələrdə də on minlərlə gəncimiz təhsil alır. Hazırda Ukraynada təhsil alan azərbaycanlı tələbələrin sayı 10 min nəfəri ötüb. Təxminən bir o qədər tələbə də qonşu Gürcüstanın universitetlərində oxuyur. Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin dəqiq sayını öyrənmək isə hələ mənə müəssər olmayıb. Azərbaycanda universitetə daxil ola bilməyən gənclərin əksəriyyəti attestatını qoltuğuna vurub, qardaş ölkəyə üz tutur. TQDK-nın 2012-ci ildə keçirdiyi qəbul imtahanında 72 bal toplayan tanışım gələn il vətənə qayıdıb, sağlamlığımızın “keşiyində dayanacaq”.

Diplom azarı azərbaycanlı gənclərin sənətə marağını xeyli zəiflədib. Qoyun otarmağa belə yaramayan həmin diplomlar gənclərimizin karyera qurmasında heç bir rol oynamır. Halbuki valideynlərin borcu övladlarını düzgün istiqamətə yönəltmək, onların sənət öyrənməsinin qeydinə qalmaqdır. Donald Tramp özü ilə ABŞ-ın beş-altı milyarderini gətirsə, yenə məni inandıra bilməz ki, yaxşı dülgər, yaxşı bənna, yaxşı qaynaqçı, yaxşı dərzi Azərbaycanda yeməyə çörək tapmır. Yaxşı sənətkara həmişə ehtiyac var...

Altı-yeddi il əvvəl dostlarımdan birinin oğlu 11-ci sinifdə oxuyurdu. Hər dəfə görüşəndə, eyni sözləri deyirdi: “Uşaq oxumur”.

Axırda ona məsləhət gördüm ki, oğlunu müəllim yanından qaytarıb, sənət öyrənməyə göndərsin. Yazıq görkəm alıb, belə dedi: “Zəif uşaqdır. Onun nə canı var ki, sənət öyrənsin?”

Bu “zəif uşaq” ali məktəbə qəbul ola bilmədiyi üçün bir il sonra hərbi xidmətə getdi. Vətən qarşısındakı borcunu Murovda yerinə yetirsə də, əsgərlikdən qayıdandan sonra münasib bir iş tapa bilmədiyi üçün Rusiyada yaşayan qohumlarının yanına üz tutdu. Hazırda Sibirdə kömür mədənində işləyir. Nataşanın hərəsi bir kişidən olan iki balaca qızının qarnını doyurmaq üçün gündə 8-9 saat zəhər udur.

Dünən dostlarımla saunada dincələndə, kisəçi işləyən gənclə aramızda maraqlı söhbət oldu. Dedi ki, şənbə və bazar günləri ən azı 10 müştərisi olur. Adamın birini 12 manata kisələyir. Dərhal da əlavə etdi: “Bu pulun yarısı obyektin sahibinə, yarısı isə mənə çatır. Özümə bir az əziyyət verəndə, gündə 60 manatı qatlayıb qoyuram cibimə”.

Azərbaycanda kisəçilərin jurnalistlərdən ayda iki-üç dəfə çox pul qazandıqlarını düşünüb qəm dəryasına qərq olmaq istəyəndə, sözünün davamını gətirdi: “İstəsəm, gündə 15 nəfəri də kisələyə bilərəm. Amma başdansovdu iş görüb, sənətimi hörmətdən salmaq istəmirəm”.

Demək istədiyim odur ki, sənətlə sənədin fərqini ayırd edə bilməyən universitet məzunu olmaqdansa, öz işinin öhdəsindən bacarıqla gələn kisəçi olmaq daha yaxşıdır...//Qafqazinfo

ŞƏRHLƏR
XƏBƏRLƏR
Bakı Biznes Universiteti Avropa komissiyasının dəstəyi ilə layihə icra edir - 26 / 04 / 2018 12:41
Azərbaycan Milli QHT Forumu prezident seçkiləri ilə əlaqədar yekun hesabatını açıqlayıb - 26 / 04 / 2018 12:28
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu - 26 / 04 / 2018 09:45
QHT şəhidlərə həsr olunan turnir ilə bağlı onların ailələrini ziyarət edib - 26 / 04 / 2018 09:40
Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb - Video - 25 / 04 / 2018 16:38
Hüquq müdafiəçisinin Ramil Usubova müraciəti - “Qürur duyduq” - 24 / 04 / 2018 10:25
2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – Şuranın dəstəyi ilə - 24 / 04 / 2018 10:08
Azərbaycan Diabet Liqası 54-cü Beynəlxalq Diabet Konqresində iştirak edib - 23 / 04 / 2018 15:58
Yeni nazir bəzi ciddi amilləri nəzərə almadan işsizliyə dair göstəriciləri açıqlayacaqsa dedikləri reallığı əks etdirməyəcək -Sahib Məmmədov - 23 / 04 / 2018 15:11
Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi - 23 / 04 / 2018 14:54
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə - 23 / 04 / 2018 11:35
“Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin növbəti mərhələsi başa çatıb. - 23 / 04 / 2018 11:32
Azər Həsrət istefa verdi – QHT sədrliyindən - 23 / 04 / 2018 09:17
“Onlarla dünyanın o biri başına adlamaq olar…” – Deputat son təyinatlardan yazdı - 23 / 04 / 2018 08:53
“Bizim Planet”- növbəti 7 ilin inamlı müzakirəsi - 23 / 04 / 2018 08:46
Layihə çərçivəsində şəhid və hərbi qulluqçuların ailələrinə ictimai dəstək veriləcək - 23 / 04 / 2018 07:47
Şəhid ailələri 11 min manat pulu almaq üçün hansı sənədləri təqdim etməlidirlər? - Hüquqşünas şərhi - Video - 22 / 04 / 2018 09:44
QHT ahılların istirahətini təşkil etməkdə davam edir - 22 / 04 / 2018 06:10
QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib - 21 / 04 / 2018 08:16
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18