Aİ Azərbaycanda məcburi köçkünlər arasında inkişaf layihələri həyata keçirmək niyyətindədir
A A A
01/08/2018
Oxunma sayısı : 60995
Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Ə. Həsənov görüşdə Avropa İttifaqı ilə əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu, bu əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsi üçün K. Yankauskasın Azərbaycandakı fəaliyyəti müddətində daha da fəallaşacağına əminliyini bildirib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən baş nazirin müavini münaqişənin həlli üçün ilk növbədə beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli olduğunu nəzərə çatdırıb.  Ə. Həsənov bu gün Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurduğunu söyləyib. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Avropa İttifaqı tərəfindən ölkədə fəaliyyəti dövründə məcburi köçkünlər üçün hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırladan Ə. Həsənov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi: “O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı”.

 

K. Yankauskas qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. K. Yankauskas qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir. K. Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etmək və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT sədri rəis təyin olundu - 22 / 01 / 2019 14:05
“Mehman bundan əvvəl də prezidentə müraciətlər edib” - Əliməmməd Nuriyev - 22 / 01 / 2019 08:44
Mehmanın cinayət işinə xitam verildi - RƏSMİ - 22 / 01 / 2019 07:41
Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək - AZAY QULİYEV - 22 / 01 / 2019 07:35
QHT sədri: Hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır - 21 / 01 / 2019 19:51
Web Portal design, development and maintenance proposal - 21 / 01 / 2019 19:17
Layihə çərçivəsində Mini Futbol üzrə Qazax rayon turnirinə start verildi - 21 / 01 / 2019 19:06
Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib - 21 / 01 / 2019 16:45
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət edib - 21 / 01 / 2019 16:45
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - 21 / 01 / 2019 16:45
Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı - 21 / 01 / 2019 08:55
QHT sədrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verildi -EKSKLÜZİV - 21 / 01 / 2019 08:43
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49