İşəgötürənlər qarşısında tələb: İşçilərə pulsuz qida verin!
A A A
01/09/2018
Oxunma sayısı : 47649

"Zərərli işlərdə çalışan insanlara pulsuz süd verilməsi hər zaman qanunvericilikdə olub"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Sovet dövründə ağır işlərdə, daş karxanalarında, kimyəvi maddələrlə işləyən insanlara, zərgərlərə, yeraltı və bu kimi insan sağlamlığı üçün zərərli olan işlərdə çalışanlara dövlət tərəfindən gün ərzində yarım litr süd və bəzən kollektiv qatqılı qidalar verilirdi.

Stəkanda süd
© SPUTNİK / ALEKSANDR KRYAZHEV

Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydaya görə, zərərli işlərdə çalışan şəxslərə, Sovet vaxtında olduğu kimi, 0,5 litr pulsuz süd veriləcək. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən, həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nda öz əksini tapıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qanun əvvəldən var və bəzi qurumlarda indi də həyata keçirilir: "Zərərli iş yerlərində çalışanlara süd və ona uyğun məhsullar, digər qatqılar, vitamin qarışıqları, sağlamlaşdırıcı xüsusiyyətləri olan qidaların verilməsi bəzi qurumlarda indi də var".

Məmmədovun sözlərinə görə, bu, dünya praktikasında olan bir məsələdir: "Bu qanun təşkilat və mülkiyyət formasından asılı olmayaraq, bütün idarələrdə tətbiq ediləcək. Nəzərdə tutulan qidalar işəgötürənlərin vəsaiti hesabına veriləcək. Yəni verilən qidalara görə, işçinin əmək haqqından heç bir vəsait tutulmayacaq".

"Bir məsələ var ki, Sovet dövründə süd bidonlarda gətirilir, yeməkxanalarda verilirdi. İşçilər həmin südü dərhal içirdi. Amma texnologiyanın inkişafı nəticəsində indi südü qutularda verdikləri üçün işçilər onu içmir, evlərinə aparırlar. Halbuki o, yerində qəbul edilməlidir. Amma işçini buna məcbur etmək mümkün deyil" – deyə təşkilat rəhbəri bildirib.

Məmmədov qeyd edib ki, Sovet dövründə işçiyə daha çox qayğı vardı: "İndi tək-tək şirkətlər var ki, işçi qarşısında məsuliyyətini dərk edir. Məsələn daş karxanalarında çalışan işçilərə süd verilməyəcək, çünki onların əmək müqaviləsi yoxdur. Qərarın qəbul edilməsi hələ o demək deyil ki, qərar həyata keçiriləcək. Daş karxanalarındakı zərərli tozlar orda çalışanların ciyərlərini sıradan çıxarır, nəfəs orqanlarını məhv edir. Zərərli işlərdə çalışanlar digərlərinə nisbətən təqaüdə də daha tez çıxırlar. Yəni bu insanlar həyatdan tez köçürürlər".

"Sözügedən qərar zərərli işlərdə çalışanların sağlamlığının qismən qayğısına qalır. Süd və süd məhsulları yeraltı işlərdə, zərərli kimyəvi qatqılarla işləyən sexlərdə, zəhərli maddələrlə çalışan insanlara və s. bu kimi işlərdə çalışan insanlara verilir" — həmsöhbətimiz əlavə edib.

Hüquqşünas Mais Əliyev də Sputnik Azərbaycan-a deyib ki, bu qərar yeni deyil, amma onun nə dərəcədə reallaşması sual altındadır: "Bu, heç bir zaman qanunvericilikdən çıxarılmayıb. Zərərli işlərdə çalışan insanlara pulsuz süd verilməsi hər zaman qanunvericilikdə olub. Bu, Əmək Məcəlləsində də o öz əksini tapıb. Bu məsələnin Nazirlər Kabinetinə tapşırılması o deməkdir ki, məsələ ilə yaxından maraqlanılsın".

M.Əliyevin sözlərinə görə, 1999-cu ilə qədər "Əmək Qanunları Məcəlləsi" qüvvədə idi: "Bu Məcəllə 1971-ci ildə qəbul edilmişdi. Yeni "Əmək Məcəlləsi" isə 1999-cu ildə qəbul edilib və zərərli işlərdə çalışanlara pulsuz süd verilməsi bu məcəllədə öz əksini tapıb. Yəni bu, yenilik deyil".



Read more: https://sputnik.az/life/20180109/413522275/qanun-teleb-edirki-onlara-her-gun-sud-verilsin.html

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45