“İlin Könüllüsü 2017” mükafatına ərizə qəbulu davam edir
A A A
01/10/2018
Oxunma sayısı : 53725
QHT.az bildirir ki, "İlin könüllüsü" mükafatı ölkədə könülllü qismində iştirak edən şəxslər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı gənclərin qiymətləndirilməsi və könüllülük fəaliyyətinin stimullaşdırılması məqsədilə ilk dəfə olaraq həyata keçirilir.

"İlin Könüllüsü 2017" mükafatı 5 sahə üzrə könüllü qismində çalışan könüllü gənclər qrupu daxildir: Dövlət Qurumlarında Könüllülük, Genişmiqyaslı Tədbirlərdə Könüllülük, Ekoloji Könüllülük, Sosial Könüllülük, Qeyri-hökümət Təşkilatlarında Könüllülük. "İlin Könüllüsü 2017" müsabiqəsində hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər 1000 AZN məbləğində pul mükafatı, diplom və "İlin könüllüsü" yaxa nişanı ilə təltif olunacaq.

Mükafata müraciət etmək istəyən gənclər 25 yanvar 2018-ci il tarixinədək www.ilinkonullusu.az saytına daxil olub ərizə formasını doldurmalıdır. Qeyd edək ki, ərizə formasını doldurduqda "Nəyə görə mən İlin Könüllüsü olmalıyam?" sualına 2 dəqiqəlik video yükləmək mütləqdir.

İlin könüllüsü nədir? "İlin könüllüsü" mükafatı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının tərəfindən "Azərbaycan Könüllülük Xidməti" çərçivəsində ölkədə könüllülük fəaliyyəti ilə məşğul olan şəxslərin qiymətləndirilməsi və könüllülük fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə könülllü qismində iştirak edən şəxslər arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasıdır.

Müsabiqənin hədəf qrupuna 5 sahə üzrə könüllü qismində çalışan könüllü gənclər qrupu daxildir. Dövlət Qurumlarında Könüllülük nominasiyasına ölkədə fəaliyyət göstərən dövlət qurumlarında könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Genişmiqyaslı Tədbirlərdə Könüllülük nominasiyasına ölkədə həyata keçirilmiş bir çox idman, mədəniyyət və digər genişmiqyaslı tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Qeyri-hökümət Təşkilatlarında Könüllülük nominasiyasına müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarında könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər, Ekoloji Könüllülük nominasiyasına ətraf mühit və təbiətin qorunması ilə bağlı ölkədə könüllü olaraq fəaliyyət göstərmiş gənc könüllülər və Sosial Könüllülük nominasiyasına yardıma ehtiyacı olan insanlara, xüsusən də valideyn himayəsindən məhrum olan uşaqlar və tənha və kimsəsiz qocalara könüllü olaraq yardım göstərmiş gənc könüllülər qrupu daxildir.

Məlumat üçün qeyd edək ki, "Azərbaycan Könüllülük Xidməti" Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edib və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında "Azərbaycan Könüllülük Xidməti" Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq "İlin Könüllüsü" nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Azərbaycan Könüllülük xidməti 2017-ci ildə də öz missiyalarını uğurla davam etdirmiş və ölkədə könüllüyə olan marağın artırılması, könüllülük vərdişlərinin yayılması istiqamətlərində iri miqyaslı layihələr ilə ictimaiyət qarşına çıxmışdır. Sözü gedən proqram çərçivəsində 2017-ci ildə də könüllü mübadilə proqramı baş tutmuşdur. Mübadilə Proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçirilib.


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06
Nazirlik: 35 QHT ilə 57 layihə üzrə müqavilə imzalanıb - 13 / 10 / 2018 09:56
Məşğulluqda qadınalara qarşı ayrı-seçkilik varmı? - 12 / 10 / 2018 11:11
Layihənin yekun tədbiri keçiriləcək - 11 / 10 / 2018 19:11
QHT Brüsseldə beynəlxalq tədbir təşkil edib - 11 / 10 / 2018 08:58
Şuranın dəstəklədiyi layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olundu - 11 / 10 / 2018 08:42
“Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir - 10 / 10 / 2018 14:53
Azay Quliyev seçicilərini qəbul edib - 10 / 10 / 2018 14:34
Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir - 10 / 10 / 2018 14:32
Vərəm əleyhinə QHT koalisiyası Şəmkirdə səfərdə olub - Video - 10 / 10 / 2018 14:04
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi - 09 / 10 / 2018 21:25
Bu təşəbbüs qadınlardan deyil, Paşinyandan gəlməlidir - 09 / 10 / 2018 17:45