BDU-da “Açıq qapı” günü keçirildi
A A A
01/10/2018
Oxunma sayısı : 32468

Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.  

 

BDU-nun Mətbuat və informasiya şöbəsindən  verilən məlumata görə, əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar.

 

“Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları  quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim-koordinatorların nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.

 

Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

 

Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin elmə, təhsilə  göstərdiyi diqqət və qayğıdan, bu sahədə əldə edilən uğurlardan danışıb, İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini xüsusi qeyd edərək “Açıq qapı” günü çərçivəsində imtahan sessiyasının monitorinqinin keçirilməsinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, sessiya başlamazdan öncə rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

 


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Bakı Biznes Universiteti Avropa komissiyasının dəstəyi ilə layihə icra edir - 26 / 04 / 2018 12:41
Azərbaycan Milli QHT Forumu prezident seçkiləri ilə əlaqədar yekun hesabatını açıqlayıb - 26 / 04 / 2018 12:28
Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu - 26 / 04 / 2018 09:45
QHT şəhidlərə həsr olunan turnir ilə bağlı onların ailələrini ziyarət edib - 26 / 04 / 2018 09:40
Azərbaycan QHT-ləri 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat yayıb - Video - 25 / 04 / 2018 16:38
Hüquq müdafiəçisinin Ramil Usubova müraciəti - “Qürur duyduq” - 24 / 04 / 2018 10:25
2 yaşı tamam olan ShushaPost.az saytı təkmilləşdirildi – Şuranın dəstəyi ilə - 24 / 04 / 2018 10:08
Azərbaycan Diabet Liqası 54-cü Beynəlxalq Diabet Konqresində iştirak edib - 23 / 04 / 2018 15:58
Yeni nazir bəzi ciddi amilləri nəzərə almadan işsizliyə dair göstəriciləri açıqlayacaqsa dedikləri reallığı əks etdirməyəcək -Sahib Məmmədov - 23 / 04 / 2018 15:11
Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi - 23 / 04 / 2018 14:54
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə - 23 / 04 / 2018 11:35
“Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərin növbəti mərhələsi başa çatıb. - 23 / 04 / 2018 11:32
Azər Həsrət istefa verdi – QHT sədrliyindən - 23 / 04 / 2018 09:17
“Onlarla dünyanın o biri başına adlamaq olar…” – Deputat son təyinatlardan yazdı - 23 / 04 / 2018 08:53
“Bizim Planet”- növbəti 7 ilin inamlı müzakirəsi - 23 / 04 / 2018 08:46
Layihə çərçivəsində şəhid və hərbi qulluqçuların ailələrinə ictimai dəstək veriləcək - 23 / 04 / 2018 07:47
Şəhid ailələri 11 min manat pulu almaq üçün hansı sənədləri təqdim etməlidirlər? - Hüquqşünas şərhi - Video - 22 / 04 / 2018 09:44
QHT ahılların istirahətini təşkil etməkdə davam edir - 22 / 04 / 2018 06:10
QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib - 21 / 04 / 2018 08:16
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18