Qorxaqlığın və ondan da o yananın pik nöqtəsi…
A A A
01/10/2018
Oxunma sayısı : 12462

Azər Rüstəmli


Son zamanlar axmaq bir işə  cəhd edənlər haqqında  xəbərlərə yaman çox rast gəlirik. Belələri düşünürlər ki, bu sarsaq addımları ilə  insanlara sanki dərin bir  mesaj verib onları yaxşı mənada  düşündürəcəklər. Bəziləri isə çox yanlış yerə bunu cəsarət, qəhrəmanlıq numunəsi kimi qələmə verib, çox zərərli bir əməli özləri də istəmədən təbliğ edirlər, zorla cəmiyyətə sırıyırlar. Qəhrəmanlıq və cəsarət sözünü inanın ki, ən dəhəşətli dərəcədə təhqir olunması onun bu axmaqlara şamil olunduğu situasiyadır. Bu nəinki cəsarət deyil, əksinə  qorxaqlığın, öznüdən geridə qalan yaxınlarının hamısını sanuzelin dəliyinə atmaq qədər əclaf işdir. Yaşamaqdan,  ünsiyyətdən, çətinliklərdən, əziyyətdən, evlənməkdən, qız dilə tutmaqdan, uşaqdan, böyükdən,  işləməkdən, zövq almaqdan, mübarizədən çəkinənlərin, qorxanların nə cəsarəti var, nə qəhrəmanlığı, nə də ki, adamlığı!

Belələri üçün qorxaqlığın pik həddi Bakı bulvarı, körpülərin üstü, hündür binaların damı, qatar relsinin üstü, metro tuneli, kəndir, dərman, kəsici alətlər və s. vasitələdir. O, ən axmaq işlərdən birini edib “o yana” gedənlərin və bunu etməyi ağlından keçirənləri şiddətlə, şiddətlə və daha da şiddətlə, özü də dönə-dönə qınayıram.

Ay gicbəsər insanabənzər varlıq, sənin kimi biz də bu ölkədə, bu dünyada  yaşayırıq. Hər birimizin də özünə görə qayğısı, kədəri, acısı, nisgili, gözləntisi, istəyi, arzusu  var. Heç də həmişə hər arzumuzu reallaşdıra bilmirik.  Amma bu milyonların həyat eşqini azaltmır. Vallahi azaltmır. Dindirən kimi başlayırlar ki, ay  sosial problemlər  belə gəldi, maaş azlığı belə getdi, şəhərdə kirayədə qalmaq belə oldu, kreditim belədi, borclarım bu qədərdi, istədiyim 78 qızın birindən də razılıq ala bilməməyim elə getdi, məni anlamırsız, başa deşmək istəmirsiz məni, like qoymursuz, bazlığa aparmırsız, saçımı sığallamırsız, yumşağımı qaşımırsız, dovğamı qarışdırmırsız… filan filan.  Guya ki, bunlar Marsadan axşam gəliblər düşüblər içimizə, səhər camaat yuxudan oyananda baxıb görüblər ki, Yer planetinin əhalisiylə yola gedə bilməyəcəklər, bizlərlə uyğunlaşmağı barmayacaqlar…

Azacıq da olsa kişi olun və gedin özünüzə ölümlər içində ölüm seçin. O ölüm ki həqiqətən qəhrəmanlıqdır,  cəsarətdir, mətanətdir, şücaətdir, mərdlikdir, igidlikdir, rəşadətdir, əzmdir, dəyanətdir. Qəhrəmanlıq və cəsarət simvolu olan azərbaycanlı qardaşlarımızın adlarını sayım sizə? Mənim kimi özünüzdə edə bilərsiniz bunu. Əgər inanmırsınızsa yolunuzu Şəhidlər Xiyabanından salın!

Qəhrəmanlıq və cəsarət kimi xüsusiyyətləri o axmaq işi edənlərə   yapışdıranlar, o müqəddəs yerdə uyuyanların baş daşlarını görəndə hansı hissləri keçirəcəksiniz? Yaxud bütün günü “mən də filankəslər kimi filan şey edəcəm, bezmişəm ədalətsizlikdən, əlvida, görüşənədək, son məktub …” yazıb haray çəkib, şivən qoparıb, üz cıraraq  hamını narahat edən tiplər heç utanacaqsınız? Zatən Sizdə utanan sifət olsa  Inti h Ar etməzsiniz! Ar eliyin, utanın, axmaq fikirlərdən daşının və bu dünyanın daha ədalətli, yaşanılası duruma gəlməsi üçün çalışın!


ŞƏRHLƏR
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31