Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilib
A A A
01/12/2018
Oxunma sayısı : 52989

|

Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Dəyanət Səlimxanlı, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Təşkilatın əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, professor İzzət Rüstəmov, ziyalılar, elm ictimayyətinin nümayəndələri, veteranlar və gənclər iştirak etmişdirlər.

 “İlahi Nur” kitabı Paşayevlər nəslin min illik tarixinə, bugününə və bu nəslin layiqli davamçılarına, görkəmli yazıçı, böyük ədəbiyyatçı alim Mir Cəlal Mir Ələşrəf oğlu Paşayev, akademik Arif Paşayev və nəslin şərəfli ömür yoluna həsr olunmuşdur. “İlahi Nur” poemasında nəsilin şəcərəsindən olan Mir Məhəmməd, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzin və nəslin sonra gələn nümayəndələrinin fəzilətindən bəhs olunur.

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi şərəfli həyat yolu haqqında danışdı. “Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Mir Cəlal Paşayevin çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına Azərbaycanın tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır.

Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir”.

Cəlil Xəlilov həmçinin Mir Cəlal Paşayevin davamçılarının onun yolunu uğurla davam etdirdiyini, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə əlindən gələni əsirgəməyən insanların heç bir zaman unudulmayacağını vurğuladı. Cəlil Xəlilov Mir Cəlal Paşayev və onun nəsil şəcərəsi haqqında yazılan  “İlahi Nur” kitabını Azərbaycan oxucuları üçün dəyərli mənbə və gözəl poeziya nümunəsi adlandırdı. Təqdimatı keçirilən kitabı Azərbaycanda dini tolerantlığın və eləcə də,  İslam dininin yüksək səviyyəli inkişafının bariz nümunəsi kimi dəyərləndirdi.

Professor İzzət Rüstəmov “İlahi Nur” kitabını dini baxımdan gözəl nümunə kimi qiymətləndirdi. Mir Cəlal Paşavin nəsil şəcərəsinin İslam dininin və Azərbaycan elminin inkişafındakı fəalliyyətlərini qeyd etdi.

Sonra çıxış edən müəllif tədbirin təşkilatçılarına və bütün iştirakçılarına təşəkkürünü bildirdi. O kitabın ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı.

Digər çıxış edənlər - xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, Yadulla Cümşüdov və digərləri  “İlahi Nur” kitabının ədəbi və dini əhəmiyyətindən, Mir Cəlal Paşayevin və onun davamçılarının xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətlərindən danışdılar.

 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 13-cü buraxılışı hazırlanıb - Video - 14 / 10 / 2018 10:06