Emin Həsənli: “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam tarixi bir hadisədir”
A A A
01/12/2018
Oxunma sayısı : 34276

“Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamı tarixi bir hadisədir”.


 
QHT.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

 

E. Həsənli deyib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib:


“Babalarımız 100 il əvvəl Şərqdə ilk Xalq Cümhuriyyəti qurub, bayrağımız, gerbimiz qəbul edilib, bir çox Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Eyni zamanda, Bakı Dövlət Universiteti, Azərbaycan ordusu yaradılıb. 9 noyabrın Azərbaycanda Bayraq Günü elan edilməsi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Bayraq Meydanının tikilməsi, bayrağa bu cür ali münasibət dövlətçilik tariximizə və ənənələrimizə hörmətin göstəricisidr. Ulu öndər Heydər Əliyev 1998-ci il mayın 22-də ordumuzun 80 illiyi ilə bağlı fərman verib, Milli Ordumuzu da Xalq Cümhuriyyəti Ordusunun varisi elan etmişdi. Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin varisidir. Bu il də ordumuzun 100 illiyi tamam olur və dövlət başçısı 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi haqqında tarixi bir sərəncam imzalayıb”.

 

E. Həsənli bildirib ki, Milli Məclis də Xalq Cümhuriyyəti parlamentinin varisidir və bu il parlamentin də 100 illiyi olacaq: “Tarixi hadisələr çoxdur. Ən əsası bu il biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik və bütün dünyaya göstərəcəyik ki, Azərbaycan xalqı nə qədər demokratik, hüquq və qanunun aliliyinə önəm verən xalqdır. Eyni zamanda, Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu dünyaya nümayiş etdirəcəyik. Şərqdə ilk operanı bizim babalarımız yaradıb. Biz bu tariximizlə qürur duymaılyıq. Bu il həm də Bakının işğaldan azad edilməsinin 100 illiyidir. Ulu öndər 1999-cu ildə Türkiyə prezidenti Süleyman Dəmirəllə birlikdə Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinə abidənin açılışını etdi, Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalandı. Azərbaycan və Osmanlı ordusunun birgə gücü ilə Bakını erməni-rus işğalından azad ediblər. Bu il həmin tarixi hadisənin də 100 illiyini qeyd edəcəyik”.

 

E. Həsənli vurğulayıb ki, bütün bunlar Azərbaycan xalqının mübariz və istedadlı xalq olduğunu göstərir: “Biz Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu sərəncamını Azərbaycan gəncliyi, ehtiyatda olan hərbçilər olaraq çox yüksək qiymətləndiririk və bunu dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsi yolunda atılmış addım hesab edirik. 2016-cı ilin aprel hadisələri, Cocuq Mərcanlıya qayıdış, keçən il ordu quruculuğunda əldə edilən nailiyyətlər, keçirilən birgə təlimlər, Silahlı Qüvvələrin güclənməsi, ayrı-ayrı qoşun növlərinin inkişaf etməsi, prezidentin ən müasir silahların alınması barədə anons verməsini də qeyd etmək istəyirəm. Azərbaycanın öz ordusunu, dövlətini gücləndirərək, inşallah, torpaqlarımızı işğaldan azad edəcəyik və bu cür bayramlarımızı Şuşada, Xankəndində keçirəcəyik”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31