"Bizim missiyamız əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır”.
A A A
11/23/2017
Oxunma sayısı : 109450

QHT sədri Səbinə Kərimova: "Bizim missiyamız əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır”.

 "Bu gün qarşıda duran əsas məsələ əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına nail olmaqdır”.Unikaal.org xəbər verir ki, bunu bizimlə söhbətində "Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin sədri, birinci qrup əlil SəbinəKərimova bildirib. Bəli, bugünki həmsöhbətimiz odur. S.Kərimova ictimai həyatda çox fəal və yorulmaz bir xanım kimi tanınır.

 Onunla söhbətimizi təqdim etməmişdən öncə həmsöhbətimizi öz dili ilə sizə tanıdaq: "Mən, Kərimova Səbinə Aqil qızı 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. 1984-cu ildə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbə getmişəm.1992-ci ildə aldığım xəsarət nəticəsində bu günə kimi birinci dərəcəli əliləm. 1994-cu ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültsinə qəbul olmuşam. İlk fəaliyyətim Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Şöbəsində başlayıb. Demokratiya və İnsan haqlarında məsul işçi olandan sonra Qadın Krizis Mərkəzinin rəhbəri olmuşam. QHT Alyansının üzvü və"Ulfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyinin icraçı direktoru olmuşam. Hazırda isə təsisçisi olduğum təşkilatın rəhbəriyəm”.

 Səbinə Kərimovanın sözlərinə görə, əlilliyi olan şəxslərin sosial-məişət şəraitini yaxşılaşdırmaqla onların cəmiyyətə inteqrasiyası mümkündür: "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına mane olan əsas səbəb onların cəmiyyət tərəfindən tam qəbul olunmamasıdır. Əgər cəmiyyət əlilləri tam qəbul etsə, problemləri də həllini tapacaq. Eləcə də, əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək və sosial reabilitasiya təmin ediləcək”.

 S.Kərimova bildirib ki, əlillərin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi sahəsində dövlət proqramları və layihələr həyata keçirilib: "Bu layihələr sırasında əlillərin sosial müdafiəsi və statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı islahatlar reallaşıb. Dövlət Proqramı həyata keçirilib. Müxtəlif tədbirlər həyata keçirilib. Məsələn, sağlamlıq imkanları məhdud gənclər peşə kurslarına cəlb olunur ki, onlar da gələcəkdə öz işlərini qura bilsinlər. Özünüməşğulluq proqramı həyata keçirilib. Xarici ölkələrdə əlillərin reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi tədbirləri həyata keçirilib”.

S.Kərimova bildirib ki, əlilliyi olan şəxslər qanunvericilik aktlarında təsbit olunmuş bütün hüquq və azadlıqlara malikdirlər: "Azərbaycan Respublikasının Konistitusiyasında "Əliliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlilərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunda əlilliyi olan şəxslərin hüquqları təsbit olunub. Konstitusiyanın 38-ci maddəsində əlilliyə və əmək qabiliyyətinin itirilməsinə görə sosial təminat hüququ müəyyən edilib. 

Eləcə də, Azərbaycan Respublikası 2008-ci ildə BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən Konvensiyanın 1-ci maddəsində göstərildiyi kimi, bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarına tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir.

 Onu da bildirim ki, qanunvericilik öhdəliklərə uyğunlaşdırılsa da, icrada problem olar. Eləcə də qanunlar təkmilləşdirilməlidir. Məsələn, müəssisələr, idarələr, təşkilatlar və xüsusi sahibkarlar əlilliyi olan şəxslərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Amma… Əlilləri işə qəbul etməyən sahibkarlar üçün cərimələr aşağı məbləğdədir. Sahibkar o cəriməni ödəyir, amma əlili işə götürmür. Bu səbəbdən bu kateqoriyadan olan vətəndaşların məşğuliyyət problemi var. Əgər o cərimə 90 manat yox, 900 manat olsaydı, bax onda hər bir mənzərə başqa cür olardı. Odur ki, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsində, onların sosial müdafiəsinin təmin olunması sahəsində islahatların davam etməsi arzuolunandır. Nəzarət gücləndirilməlidir ki, işə qəbul prosedurları asanlaşsın. Bununla da bir çox əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı problemləri aradan qaldırmaq mümkündür”.

Səbinə Kərimova

ŞƏRHLƏR
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03