"Eşşək" damğası - Ceyhun Musaoğlu yazır
A A A
01/16/2018
Oxunma sayısı : 31100
Ceyhun MUSAOĞLU


Yenidən eyni məntiqə köklənməyimiz üçün yenədəmi aprel savaşı arzulayaq? Çaşdırırıq, insan fikrində yox, düşüncəsində azaddır. Nə istəyirsən, düşünə bilərsən, hər düşündüyünü dilinə gətirə bilməzsən.

Qadağalar insanı heyvandan ayırmaq üçündür. Əlin-qolun, ayağın-başın bağlanmır, nəyi, harda, necə demək lazım olduğunu şüurunla dərk edirsən. Azad insan öz azadlığının sərhədlərini tanıyandır. Söymək sənin haqqındır, razıyam, amma bu haqq mənim haqqımı gəmirirsə, heyvaniləşmiş olursan. Kişilər, yəqin yanımızda əks cinsin nümayəndəsi olmayanda söyüşlü lətifələrdən danışıb ləzzət aldığımız anları az yaşamamışıq. Bir xanım gəldimi, susmuşuq. Niyə? Tapdız: onda özümüzə qarşı ikrah hissi oyatmayaq, "eşşək" damğasını alnımıza yazdırmayaq.

Özgəsini sevərək yaşayacaqsan, oğlum mənim. Özgəsinə nifrət etmək onu incidəcək səviyyəyə enəcəksə, qaydaları pozmuş sayılacaqsan, heyvanım mənim. Biz onda uduzduq ki, millət olmamış fərd olduğumuzu gözə soxmağa başladıq. Deyirlər, beşinci sivilizasiya bizik. Deyirlər, üçüncülər, dördüncülər bizdən daha zəkalı olublar. Baxın, yoxdular, sanki heç olmayıblar. Səbəb sadədir: onların heç bir toplumu  millətə, xalqa çevrilə bilməyib. Unutmayın, dövlətin olması  hələ xalqa çevrilmək anlamına gəlmir. Xalqın daşlaşmış dəyərləri olur. O dəyərlər yaşasın deyə, milyonlarla azərbaycanlı özlərini, balalarını qurban veriblər, verirlər. Lap ağırını misal çəkim. O dünyanın varlığına inanmayan ateist də şəhidin əbədiyyətə qovuşduğunu, ən uca məqama çatdığını nəinki dilində, heç düşüncəsində belə, inkar etmir. Şəhidlik dəyərdir. 
Dinlədim, oğlunun naminə dedin ki, fərarilik də insan azadlığıdır. Yox, əziz şairim. Fərarilik ordunun haqqına girməkdir, kiminsə yerinə yaşamağa dürtülməkdir. Azadlıq ən dəyərli nemətdir, onu fərarinin ürəyinə pul kimi basmağa tələsməyin. 

Sağ ol, ay İlham Tumas. Pafos məhz yalan danışmaq və bu yalanı guruldamaqdır. Xəlil Rza yalan danışmadı. Xəlil Rza yalanı heç düşünmədi də. Ona görə xalqın dəyərinə çevrildi. Nizami də dəyərdir, Füzuli də. Mirzə Fətəli Axundzadə də dəyərdir, Cəlil Məmmədquluzadə də,  Mikayıl Müşfiq də dəyərdir, Səməd Vurğun da. Rəsul Rza da dəyərdir, Əli Kərim də. Bəli, Fuad Poladov da dəyərdir, Həsən Turabov da, Şövkət Ələkbərova, Zeynəb Xanlarova da.Mənim mən olduğumu mənə sübut edən nə varsa, dəyərdir. İndi onlar neyləsin ki, mən mənə sübut olunan məni tanıya bilmədin başqa mənlərdə əridiyim üçün.
Millət olmadan əvvəl fərd olmağa can atdınsa, sürünə-sürünə ilana dönəcəksən. İkinci dünya müharibəsində ən ağır məğlubiyyətə düçar olan Almaniya 40 il keçmədi, dünyanın ən möhtəşəm ölkəsinə, ən azad, mədəni xalqına çevrildi. Almaniya parlamentində qərar qəbul olunub: kriminal xəbərlərin yayılması minumum həddə endirilsin. Biz "Almaniyada" ifadəsini səsləndirən kimi, yanımızdakının ilk reaksiyası belə olur: "...piyvə bizim pulla havayıdırr". Fərdik, şəxsimizə lazım olanı düşünürük. 

Millət olmadan fərd kimi yaşamaq eşqinə düşənlərin dilini elə burarlar ki, danışanda topuq çalar. Ha dinləyirsən, bilmirsən hansı xalqın dilidir, danışan kimdir. Başımız özümüzün eqosuna qarışıb. Onda ayılacağıq ki, danışdığımız kimi yazırıq, onda ayılacağıq ki, "a"-ları alma bilib yemişik, "salam"ı "slm"la əvəzləmişik. Bax onda atamızın salamını alanda elə biləcək söyürük onu, analarımıza "oğlun əskərlikdən qayıtdı” deyəndə elə biləcək, paralic keçirib pəltək olmuşuq. Hardan bilsin ki, "g" səsindən qorxuruq. "Günəşdən gizlənən yarasalardır".

Qoy bu yazı bitməsin...

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39