Vətən sağ olsun!- Şuranın dəstəyi ilə çəkilən filmin nümayişləri davam edir.
A A A
01/19/2018
Oxunma sayısı : 61115

|

Ötən il Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə  "Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Urfan Vəlizadənin qəhrəmanlığı haqqında filmin çəkilməsi" layihəsi  çərçivəsində Vətən sağ olsun! filminin çəkilişini həyata keçirib.

Bu barədə QHT.az-a məlumat verən Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı bildirib ki, layihə başa çatsa da filmin nümayişləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin  təlim Tədris Mərkəzində həyata keçirilib. Növbəti belə tədbir Heydər Əliyev Müasir Təhsil Kompleksində olub. Tədbirdə Heydər Əliyev Müasir Təhsil Kompleksinin rəhbərliyi, müəllim kollektivi, Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə , qızları, QHT sədrlərindən Dünya Əliyeva, Bəsti Nəsibova, Səbinə Kərimova,Cəmilə Adurova, Cəsarət Hüseynzadə, Mətanət Əsgərqızı, müharibə veteranlarından Vüsal Nəzərov, Hikmət Məmmədov iştirak ediblər.

Tədbir 20 yanvarın ildönümünə təsadüf etdiyindən  əvvəlcə 20 yanvar hadisələrindən söhbət açılıb. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad ediliblər.

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı 20 Yanvar faciəsinin  xalqımızın tarixində həm də qəhrəmanlıq səhifəsi kimi yaddaşlarda qaldığını qeyd edib. İctimai Birlik rəhbəri xalqımızın hərb tarixinə adları yazılan qəhrəmanlarımızın məhz 20 Yanvar, Xocalı faciəsindən dərs alaraq düşmənə qarşı mübarizəyə qalxdıqlarını qeyd edib. O, İctimai Birliyin ötən il icra etdiyi layihə barədə məlumat verərək, 2016-cı ilin aprel hadisələrinin iştirakçısı olan şəhid mayor Urfan Vəlizadənin də 20 Yanvar faciəsinin şahidlərindən olduğunu qeyd edib. Daha sonra  İctimai Birlik sədri Vətən sağ olsun! filminə baxmağa dəvət edib. Film başa çatərkən tədbir iştirakçıları ayağa qalxaraq sürəkli əl çalıblar.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, müharibə veteranlarından Vüsal Nəzərov, Hikmət Məmmədov şagirdlərə yaxşı oxumalarını, vətənimizi sevmələrini, ona layiq vətəndaş olmalarını tövsiyyə ediblər.

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyinin sədri Şəbnəm Rəfaelqızı şagirdlərə müraciət edərək filmlə bağlı təəssuratlarını demələrini xahiş edib. Çıxış edən şagirdlər bu filmə baxandan sonra düşmənə qarşı döyüşməyə hazır olduqlarını, yaxşı əsgər olacaqlarını qeyd edbilər. Şagirdlərin çoxu isə mütləq hərbçi  peşəsini seçəcəklərini dilə gətiriblər.

Tədbirin sonunda İctimai Birlik sədri Şəbnəm Rəfaelqızı Heydər Əliyev Müasir Təhsil Kompleksinin icraçı direktor əvəzi Məmmədəli Kəsəmənliyə şərait yaratdıqlarına görə minnətdarlıq bildirərək, məktəbə filmin nüsxələrini bağışladı.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39