Emin Həsənli: “Türkiyənin hərbi və diplomatik uğurları qürurvericidir”
A A A
01/24/2018
Oxunma sayısı : 42993


“Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyat tam haqlı və ədalətli əməliyyatdır”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

E. Həsənli deyib ki, bu əməliyyat tək Türkiyə dövlətinin maraqlarını yox, həm də bölgədə sülhü və ədaləti qorumaq üçündür: “Həmin bölgədə yetişən terrorçular son illər dünyanın ayrı-ayrı ölkələrində terror hadisələri törədiblər. Xüsusən həmin bölgə sülh və sabitlik üçün böyük təhdiddir. Uzun müddətdir ki, Suriyada bu hadisələr davam edir və hamı bu hadisələrin sona çatmasını istəyir, Suriyada sabitlik yaransın. Suriyada sabitliyin olmaması qonşuluqdakı qardaş Türkiyəni təhdid edir. Həm Türkiyəyə suriyalı qaçqınlar gəlir, həm də orada yetişən terrorçular Türkiyənin ərazi bütövlüyü, müstəqilliyi üçün də çox böyük təhdiddir. Bu terrorçular Türkiyənin ayrı-ayrı şəhərlərində xeyli terror hadisələri törədiblər. Bölgədə gərgin vəziyyətin davam etməsi dünya birliyi və bölgədə maraqlı olan dövlətlər üçün çətin bir durum yaradıb”.

E. Həsənli Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatın uğurla başa çatacağını vurğulayıb: “Türkiyənin Kiprdə həyata keçirdiyi əməliyyatdan sonra bu, ölkədən kənarda keçirilən ən böyük əməliyyatlardan biridir. Türkiyənin peşəkar nizami ordusu var, peşəkarlığı və nizam-intizamı baxımından demək olar ki, NATO-nun birinci ordusu hesab edilir, Türkiyə ordusu Avropanın ən güclü ordusudur. Türkiyə xalqının da vətənpərvərliyi bütün dünya üçün nümunədir. Çanaqqala və Kipr savaşları bunun bariz nümunəsidir. Bu gün Türkiyə ordusunun Afrin bölgəsində keçirdiyi əməliyyata Türkiyə xalqı, siyasi partiyalar, mətbuat dəstək verir. Azərbaycan da hər zaman Türkiyəyə qardaş dəstəyi verir, bu, qarşılıqlıdır. Hər zaman Azərbaycan Türkiyəyə, Türkiyə Azərbaycana qardaş dəstəyini əsirgəməyib. Türkiyə ordusunun Afrin əməliyyatı bizi çox sevindirir. Hesab edirik ki, bu əməliyyat qısa müddətdə böyük uğurla yekunlaşacaq. Türkiyənin diplomatik, hərbi uğurlar əldə etməsi bizim üçün də qürurvericidir. Türkiyənin regionda, dünyada nüfuzunun artması Azərbaycan, Azərbaycanın regionda, dünyada nüfuzunun artması Türkiyə üçün önəmlidir”.

E. Həsənli 2016-cı ilin aprelində həyata keçirilən əməliyyatın Azərbaycan ordusunun gücünü, peşəkarlığını ortaya qoyduğunu nəzərə çatdırıb: “Aprel hadisələri zamanı Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Azərbaycan dövləti və xalqı da Türkiyəyə birmənalı dəstəyini nümayiş etdirir. İnşallah, Afrin əməliyyatı uğurla yekunlaşacaq. Yeni dünya düzəninin formalaşmasında Türkiyənin rol alması, regionda baş verən hadisələrə adekvat cavab verməsi, Rusiya və İranla koordinasiya olunmuş fəaliyyət göstərməsi, bir çox güclərin Türkiyə ilə hesablaşması önəmlidir. Bu, Türkiyə diplomatiyasının, hərbisinin qələbəsidir. Biz də bundan böyük qürur hissi keçiririk. Keçən ilin aprel hadisələrində Azərbaycan ordusunun hərbi uğurları, xalqımızın vətənpərvərliyi türk millətinin nə qədər cəsur olmasının nümunəsidir. Heydər Əliyev Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu bəyan edib. Atatürk də deyib ki, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. İnşallah, Azərbaycan belə əməliyyatı işğal altındakı ərazilərində keçirəcək, qısa müddətdə bu əməliyyatlar başa çatacaq və Azərbaycan bayrağı Xankəndində dalğalanacaq”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17