Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar?
A A A
01/25/2018
Oxunma sayısı : 30660
Bir müddət əvvəl assambleyada sinələrinə şəkil yapışdırıb insan hüquqlarının müdafiəçisi kimi çıxış edənlər Ermənistan prezidentinə etiraz etməyə ehtiyac duymadılar
 
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası yanvarın 22-də öz işinə başlayıb. Yanvarın 26-na qədər davam edəcək qış sessiyasında müzakirəyə çıxarılan məsələlər əsasən münaqişə zonalarındakı humanitar fəlakətlər, sülhün əldə olunması, dözümlülük və tolerantlıq, Avropada anti-semitizm, islamofobiya və ksenofobiya hallarının artması ilə bağlıdır. Bu mötəbər tədbirdə iştirak edən millət vəkillərimiz Azərbaycanla bağlı müxtəlif məruzələrlə çıxış etməkdə, Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ problemini avropalı deputatların diqqətinə növbəti dəfə çatdırmaqdadırlar. Bu baxımdan, ötən bir neçə gün AŞ PA-da Azərbaycanla əlaqəli baş verənlər xüsusilə diqqət çəkməkdədir. Belə ki, millət vəkili Qənirə Paşayevanın böyük dəstəyi ilə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov AŞ PA üzvlərini, o cümlədən qurumun vitse-prezidenti cənab Georgi Loqvinskini Ermənistan girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlandırıb. Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA-da çıxışı nəzərdə tutulduğundan Avropa Şurasının binasında girovlarımızın şəkillərinin asıldığı xüsusi stend də quraşdırılıb. Hansı ki, yanvarın 24-də Ermənistan prezidenti, erməni deputatlar, ümumilikdə AŞ PA üzvləri məhz bu stendin önündən keçərək sessiya keçirilən zala daxil olublar. Təbii olaraq onların hər biri istər-istəməz bu stendə diqqət yetiriblər. 
 
 
 
Ə.Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib. S.Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Ş.Quliyev və D.Əsgərovun fotolarını tutub, erməni prezidenti ifşa edib. Sonradan bu barədə sosial şəbəkədə məlumat açıqlayaraq bildirib ki, aksiya zamanı əyləşdiyi sektorda ondan başqa hamı erməni olsa da, aksiyanın qarşısını almaq üçün heç nə edə bilməyiblər. Sessiyada çıxış edən S.Sarkisyan çıxışını bir anlıq da olsa dayandırıb, başını qaldıraraq girovların fotolarına baxıb. Yalnız məsələyə AŞ PA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdıqdan sonra hüquq müdafiəçisi zaldan çıxarılıb. Ə.Şahidovun Azərbaycan maraqlarına hesablanan bu addımı birmənalı olaraq təqdir olunur, razılıqla qarşılanır. Bunu onun "Facebook” sosial şəbəkəsində səhifəsinə yazılan rəylərdən, cəmiyyət üzvləri arasında aparılan söhbətlərdən, medianın təqdim etdiyi xəbərlərdən açıq-aydın hiss etmək olar. 
 
 

Lakin təəssüflər olsun ki, hüquq müdafiəçisi adına iddia edən, söz azadlığı və jurnalistikanı şəxsi maraqları üçün vasitəyə çevirən bəzi şəxslər bu cəsarətin, bu təşəbbüskarlığın sahibi deyillər. Xarici dairələrin təsiri altında öz Vətəninə arxa çevirən, ölkəmizin ünvanına zaman-zaman heç bir əsası olmayan ittihamlar səsləndirən, müxtəlif iddialar irəli sürən Leyla Yunus, Emin Hüseynov, Qənimət Zahid, Emin Milli, Orduxan Teymurxanlı, Həbib Müntəzir kimi antimilli ünsürlər Azərbaycan maraqlarını müdafiə etmirlər. Saxta vətənpərvərliyi, qaraguruhçuluğu özlərinə peşə seçmiş bu adamlar sığındıqları xarici ölkələr üzərindən Azərbaycana qarşı "səlib yürüşünə” keçir, ölkəmiz barədə beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. 
 
 

Xatırlayırsınızsa, 2014-cü ildə Prezident İlham Əliyev AŞ PA-da çıxışı zamanı adları qeyd olunan şəxslərin bəziləri sessiyanın keçirildiyi zalda, həmçinin qurumun binası önündə etiraz aksiyası keçirmişdilər. Onlar ağızlarına qara lent yapışdırmaqla, üzərində "siyasi məhbus” şəkli olan köynəkləri əyinlərinə geyinməklə zalda ayaqüstə dayanıb etirazlarını bildirmişdilər. Bununla guya ki, Azərbaycanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, hüquq müdafiəçisi və jurnalistlərin həbsə atıldığını, susdurulduğunu nümayiş etdirmək istəmişdilər. Onların bu hərəkətinin davamı olaraq, AŞ PA sessiyasında iştirakçı olan bəzi ermənipərəst deputatlar eyni məqsədə xidmət edən, təxribat yaratmağa hesablanan, qaynağı dezinformasiya olan suallarla Azərbaycan Prezidentinə müraciət etmişdilər. Təbii ki, dövlət başçısı ona ünvanlanan suallara sərrast və konkret cavablar verməklə bu qarğa-quzğun sürüsünü susdurmuşdu. Ancaq burada diqqət çəkən iki məqam üzərində dayanmaq istərdik. O zaman sessiyada ağızları yapışdırılmış, tikilmiş etirazçı gəncləri heç bir təhlükəsizlik qüvvəsi, AŞ PA-nın hər hansı nümayəndəsi zaldan çıxarmağa cəhd etmədi. Təhlükəsizlik əməkdaşları yalnız baş verənləri seyr etməklə kifayətləndi. Bununla bağlı yayılan foto və videolardan da göründüyü kimi, onlar sessiya başa çatana qədər zalda qaldılar. Amma hüquq müdafiəçisi Ə.Şahidovun yanvarın 24-də təkbaşına, tam sivil formada, səssiz aksiyasına, həqiqətləri əlindəki şəkillərlə dilə gətirməsinə, Ermənistan prezidentinin əsl mahiyyətini ortaya qoymasına, onu ifşa etməsinə AŞ PA-nın təhlükəsizlik əməkdaşları dözümlü yanaşa bilmədi. İsrarla hüquq müdafiəçisinin zaldan çıxmasını tələb və təkid etdilər, sonda buna nail oldular. Bu faktın özü Avropanın mötəbər qurumunda reallıqların nədən ibarət olduğunu əyani şəkildə növbəti dəfə ortaya qoyur.
 
 
 
Digər məqam 2014-cü ildə AŞ PA-da keçirdikləri etiraz aksiyaları ilə Qərb mediasının gündəmini bəzəyən "qəhrəmanlar”ın Ermənistan prezidenti S.Sarkisyanın AŞ PA-dakı çıxışı zamanı orada olmamalarıdır. Əgər onlar iddia etdikləri kimi vətənpərvər, xalq, millət təəssübkeşi olsaydılar, məntiqlə o zalda hamıdan birinci olmalıydılar. Çünki, ümummilli maraqlar olan yerdə şəxsi maraqlar hər zaman arxa plana keçməlidir. Həmin gün orada çıxış edən şəxs Azərbaycanın 20 faiz ərazisini işğal edən, indiyə qədər işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, 30 mindən çox insanımızın şəhid olmasına, 50 mindən artıq vətəndaşımızın sağlamlıqlarını itirməsinə səbəbkar olan düşmən dövlətin – Ermənistanın prezidenti idi. Damarında azərbaycanlı qanı axan, Vətənini, millətini düşünən istənilən kəs bu fürsətdən maksimum yararlanmağa çalışardı. Amma antimilli ünsürlərdə bu qeyrət olmadığı üçün orada olmadılar. Tutaq ki, sən Azərbaycan hakimiyyətindən, mövcud iqtidardan küskünsən, bəs Vətəninə, ölkənə, onun milli-dövlətçilik maraqlarına, mənsub olduğun xalqa niyə arxa çevirirsən? Məgər Xocalı soyqırımının törədilməsində bilavasitə iştirakçı olan S.Sarkisyana, azərbaycanlıları ölkəsində girov saxlayan Ermənistan prezidentinə etiraz etmək vətənpərvərlikdən qaynaqlanmırmı? 
 
 
 
Bütün bu faktlar bir daha ona dəlalət edir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınanların bir qismi sonrakı davranışlarında ölkəmizə qarşı səmimi münasibət sərgiləmirlər. Vətən, millət, xalq təəssübkeşi kimi özlərini beynəlxalq ictimaiyyətə sırımaq istəyənlər əsil gerçəklikdə Azərbaycanı istəməyən qüvvələrin, erməni diasporunun maliyyələşdirdiyi təşkilatlara sığınaraq, məhz onların təlimatları ilə hərəkət edirlər. Bu insanlar öz ağalarını, əllərində alətə çevrildikləri qüvvələri narazı salmamaq, Vətəni satmaq müqabilində alacaqları 5-10 manatı itirməmək üçün hər vasitəyə əl atırlar.
 
Rufik İSMAYILOV

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37
Ramazan ayı İslam dininin ən gözəl aylarından biridir! - 15 / 06 / 2018 07:45
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi davam edir - 14 / 06 / 2018 21:09
Azərbaycan Diabet Liqası "Diabetə birlikdə qalib gələk!" şüarı altında yürüş keçirir - 14 / 06 / 2018 19:20
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr davam edir - 14 / 06 / 2018 17:36
Şuranın dəstəyi ilə inklüziv təhsillin təbliğinə həsr olunmuş ictimai maarifləndirmə tədbirləri davam etdirilir - 14 / 06 / 2018 16:48
Şuranın dəstəklədiyi layihə çərçivəsində ilk təlim Ucarda baş tutub - 14 / 06 / 2018 13:00
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstə rən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar - 14 / 06 / 2018 12:51
Şuranın dəstəyilə ‘NGO Azerbaijan’ adli mobil applikasiya təqdim edildi - 14 / 06 / 2018 09:07
Əlilliyi olan şəxslər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanları müzakirə olunub - 14 / 06 / 2018 08:08
Bilik Fondu bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıtdırdı - 14 / 06 / 2018 07:55
Şuranın dəstəyi ilə sahibkarlığın inkişafı ilə bağlı veriliş hazırlanacaq - 14 / 06 / 2018 06:20
Şuranın dəstəyi ilə “Məişət zorakılığı insan alverinə yol açır”mövzusunda təlim təşkil edildi - 14 / 06 / 2018 05:31
Şuranın maliyələşdirdiyi layihəyə yekun vuruldu - 14 / 06 / 2018 05:28