Azərbaycandan şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Türkman eli üçün marafon başlayır
A A A
01/31/2018
Oxunma sayısı : 36039

Məlum olduğu kimi qardaş Türkiyə Ordusu ölkənin cənub sərhədlərinə yaxın – Orta Doğuda on illərdir ki, yerləşdirilmiş müxtəlif terror qruplarına qarşı sülh və təhlükəsizlik naminə “Zeytun budağı” – Afrin hərbi əməliyyatını həyata keçirir. Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkanın daha əvvəldən sosial şəbəkədə yayınladığı vəsiyyət mesajı “Zeytun budağı” əməliyyatının tarixinə qızıl hərflərlə yazıla biləcək bir örnəkdir.  

Belə ki, Musa Özalkan öz mesajında bəyan edib ki, əgər o döyüşdə şəhid olarsa, onun ailəsinə dövlət tərəfindən verilən imtiyazlar və maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin.

Şəhid Musa Özalkaın bu təsirli vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesaj kimi qarşılanıb.

Hazırda, şəhidin bu  arzusunun gerçəkləşməsi üçün bir sıra təşəbbüslər gerçəkləşməkdədir.
Azərbaycanda fəaliyyət göstərən “Ortaq Dəyərlər” İctimai Birliyi bu gündən “Şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verib.

Bununla bağlı İctimai Birliyin yaydığı açıqlamada deyilir:
– Odlar içində yanan, minlərlə günahsız  insanın qanının axdığı Orta Doğuda imperialist güclərin marağına xidmət edən terror qruplaşmaları bütün dünya üçün, xüsusilə, Avropa və bizim bölgəmiz üçün ciddi təhlükə mənbəyidir. Əslində təcrübələr göstərir ki, bu gün Türkiyənin qlobal terrorizmə qarşı apardığı mücadilə bütövlükdə dünyamızın və bölgəmizin əmin-amanlığının, sabitliyinin və təhlükəsizliyinin qorunmasına xidmət edir. Zaman-zaman erməni terrorundan və işğalından əziyyət çəkən xalqımız qardaş Türkiyəni və onun  bu haqlı mübarizəsini tam dəstəkləyir və tezliklə “Zeytun Budağı” əməliyyatının qəhraman Türk ordusu tərəfindən uğurla tamamlayacağına əmindir.

“Zeytun Budağı” əməliyyatının gedişində şəhid olan qardaşımız Musa Özalkan ölümü ilə tarixə qəhramanlıq yazdı. O, şəhid olmazdan bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı mesajında, “cəbhədə şəhid olaramsa, dövlətin ailəmə ayırdığı bütün təzminatın ağır durumda yaşayan Təlafər türkman uşaqlarına məktəb və ya uşaq bağçası inşa edilsin” vəsiyyəti ilə bütün insanlığa ibrət dərsi verdi. Bu bir daha onu göstərir ki, “Zeytun budağı” – Afrin əməliyyatı  dünyanın və bölgənin bütün günahsız insanlarının əmin-amanlığına  və Orta Doğuda sülhün bərqərar olunmasına yönəlib.

Sözsüz ki, Orta Doğunun bütün xalqları biz azərbaycalılar üçün doğmadır, lakin bu bölgənin tarixi və daimi sakinlərindən olan türkmanların Türk dünyasında xüsusi yeri vardır. Şəhid Musa Ozalkan qardaşımızın son sözləri təkcə Türkiyə vətəndaşları üçün deyil, bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır.

Yeri gəlmişkən, Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət adamı, Türk Dünyasının görkəmli oğlu Heydər Əliyev öz müsahibələrində Azərbaycan türklərinə ən yaxın bağlılığı olan türk toplumlarından birinin də türkmanlar olduğunu və onların hətta  tarixin hansısa dönəmində Azırbaycandan köç etmələri fikrini də xatırlatmaq istərdik. 

Bu mənada biz “Ortaq Dəyərlər” İctimai Birliyi və digər bizi dəstəkləyən ictimai qurumlar şəhid Musa Özalkanın mesajına dəstək olaraq türkman qardaşlarımızın uşaqları üçün Təlafərdə məktəb və uşaq bağçasının inşa edilməsi ilə bağlı təşəbbüslərə qoşuluruq. Türk dünyasına, Türkman elinə, ağır durumda olan türkman qardaşlarımızı həssas yanaşan soydaşlarımızı başlatdığımız xeyriyyə marafonuna dəstək verməyə çağırırıq”.
Marafonun gedişatı ilə bağlı davamlı olaraq ictimaiyyətə məlumat veriləcək.

Marafona maddi dəstək vermək istəyənlər üçün aşağıdakı bank hesabı açılıb. Hesaba yardım ödəyərkən “Şəhid Musa Özalkanın vəziyyətinə dəstək – Təlafər uşaqları üçün” bildirişi qeyd olunmalıdır. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Nazir Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb - 16 / 08 / 2018 18:17
Əmanətimizə sahib çıxaq! - 16 / 08 / 2018 18:10
Millət vəkilləri QHT Koalisiyasının üzvləri ilə görüşdülər - 16 / 08 / 2018 14:01
Kimlər təhsil haqqından azaddır? - 16 / 08 / 2018 13:17
Respublika Veteranlar Təşkilatı gənclər arasında vətənpərvərliyin təbliğinə dair yeni layihə həyata keçirir - 16 / 08 / 2018 12:10
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. - 16 / 08 / 2018 07:06
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 19:49
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsilində səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:00
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38