Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub
A A A
02/01/2018
Oxunma sayısı : 64429

|

01 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admistrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşü keçirilmişdir.

Əli Həsənov çıxışına başlamazdan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin veteranlara salamlarını və ən xoş arzularını çatdırmış, dövlət başçısının veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxladığını bildirmişdir. Bu gün də məhz xüsusi bir missiyanı həyata keçirmək üçün veteranlarla görüşə gəldiklərin qeyd edən Ə.Həsənov bu il fevral ayının 1-də 95 yaşı tamam olmuş Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 31 yanvar 2018-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu bildirmişdır.

SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləmiş Tofiq Ağahüseynovun sovet dövründə general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olduğunu qeyd edən Əli Həsənov onun müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi hərbi sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun, güclü ordusunun qurulmasında mühüm xidmətlər göstərdiyini xüsusi vurğulamışdır.

T.Ağahüseynovun Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edildiyi 1997-ci il 17 aprel tarixini və bu işlədiyi dövrü xatırladan Ə.Həsənov onun karyera həyatında da ulu öndərin mühüm rolu olduğunu və generalın da bunu dəfələrlə etiraf etdiyini bildirmişdir. Sovet dövründə tutduğu yüksək vəzifələri T.Ağahüseynovun hərbi sahədəki bacarığının və xidmətlərinin göstəricisi kimi qiymətləndirərək, qocaman generalın müharibə şəraitində olan Azərbaycanda milli ordu quruculuğundakı mühüm xidmətlərindən danışaraq: “məhz bu xidmətlərinə görə T.Ağahüseynov Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub”, demişdir.

Tofiq Ağahüseynovun veteran hərakatına verdiyi töhfələr nəzərə alınaraq onun Respublika Veteranlar Təşkilatının sədri seçilmsini və bu sahədə gənclik həvəsi ilə fəaliyyətə başladığını qeyd edən Ə.Həsənov onun Azərbaycan xalqına, dövlətinə bu gün də layiqincə xidmət etdiyini bildirmişdir. İkinci Dünya müharibəsinin od-alovundan keçmiş veteranın bu günki yüksək dövlət mükafatına da ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görüldüyünü diqqətə çatdırmışdır. Tofiq Ağahüseynovun Respublika Veteranlar Təşkilatının sədri kimi fəaliyyət göstərdiyi qısa müddətdə Təşkilatda işgüzar ovqat daha da yüksəlmiş, beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Ə.Həsənov veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, səmərəli və fəadakar fəaliyyətləri ilə gənclərə daim nümunə olduqlarını vurğulayaraq, bundan qürur duyduqlarını demişdir.

Çıxışının sonunda Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu T.Ağahüseynova təqdim edən Prezidentin köməkçisi ona möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulamış, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda gələcəkdə də davam etdiriləcəyini əmin etmişdir.

T.Ağahüseynov çıxış edərək yüksək təltifə və diqqətə görə Azərbaycan Respublikası Prezidentinə dərin minnətdarlığını çatdırmış, Ali Baş Komandanın veteranları daim diqqətdə saxladığını bildirmişdir. O, bu il Respublika Veteranlar Təşkilatının qarçısında duran mühüm vəzifələrdən, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülməsindən danışmış, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileylərinin qeyd olunacağını qeyd etmişdir. Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərində Təşkilatın fəal iştirak edəcəyini də xüsusi vurğulayan RVT sədri bu sahədə veteranların daim təşəbbüskar olduqlarını bildirmişdir.

Görüş başa çatdıqdan sonra Ə.Həsənov veteranlarla xatirə şəkli çəkdirmişdir.

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR - 17 / 01 / 2019 15:40
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb - 17 / 01 / 2019 12:14
Yol hərəkətinin təhlükəsizliyinə dair mühüm proqram - 17 / 01 / 2019 09:53
QHT "20 yanvar qürurumuzdur" adlı tədbir keçirib - 16 / 01 / 2019 19:24
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilib - 16 / 01 / 2019 19:18
İcma rəhbəri İsveçrə səfiri ilə görüşüb - 16 / 01 / 2019 18:12
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib - 16 / 01 / 2019 18:08
Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında tədbir keçirdi- FOTOLAR - 15 / 01 / 2019 17:54
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI - 15 / 01 / 2019 14:16
Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib - 15 / 01 / 2019 12:40
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 15 / 01 / 2019 12:35
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin tərcümeyi halları - 15 / 01 / 2019 12:22