Azərbaycanda türkmanlarla bağlı ÇAĞIRIŞ
A A A
02/02/2018
Oxunma sayısı : 53822


Məlum olduğu kimi Türkiyə Ordusu ölkənin cənub sərhədlərinə yaxın - Orta Doğuda on illərdir ki, yerləşdirilmiş müxtəlif terror qruplarına qarşı sülh və təhlükəsizlik naminə “Zeytun budağı” - Afrin hərbi əməliyyatını həyata keçirir. Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkan öz mesajında bəyan edib ki, əgər o döyüşdə şəhid olarsa, onun ailəsinə dövlət tərəfindən verilən imtiyazlar və maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin. Şəhid Musa Özalkaın bu təsirli vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesaj kimi qarşılanıb. Hazırda, şəhidin bu arzusunun gerçəkləşməsi üçün bir sıra təşəbbüslər gerçəkləşməkdədir.

 

Azərbaycanda fəaliyyət göstərən “Ortaq Dəyərlər” İctimai Birliyi “Şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verib.

 

Bununla bağlı "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal açıqlamasında bildirib:

 

“Minlərlə günahsız insanın qanının axdığı Orta Doğuda imperialist güclərin marağına xidmət edən terror qruplaşmaları bütün dünya üçün ciddi təhlükə mənbəyidir. Zaman-zaman erməni terrorundan və işğalından əziyyət çəkən xalqımız qardaş Türkiyəni və onun bu haqlı mübarizəsini tam dəstəkləyir və tezliklə “Zeytun Budağı” əməliyyatının qəhrəman Türk ordusu tərəfindən uğurla tamamlanacağına əmindir. “Zeytun Budağı” əməliyyatının gedişində şəhid olan qardaşımız Musa Özalkan ölümündən öncə sosial şəbəkədə paylaşdığı mesajında, “cəbhədə şəhid olaramsa, dövlətin ailəmə ayırdığı bütün təzminatın ağır durumda yaşayan Təlafər türkman uşaqlarına məktəb və ya uşaq bağçası inşa edilsin” vəsiyyəti ilə bütün insanlığa ibrət dərsi verdi. Bu bir daha onu göstərir ki, “Zeytun budağı” - Afrin əməliyyatı dünyanın və bölgənin bütün günahsız insanlarının əmin-amanlığına və Orta Doğuda sülhün bərqərar olunmasına yönəlib. Sözsüz ki, Orta Doğunun bütün xalqları biz azərbaycalılar üçün doğmadır, lakin bu bölgənin tarixi və daimi sakinlərindən olan türkmanların Türk dünyasında xüsusi yeri var”.

 

A.Camal bildirib ki, şəhid Musa Ozalkanın son sözləri təkcə Türkiyə vətəndaşları üçün deyil, bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır:

 

“Eyni zamanda, türkmanlar tarixən Azərbaycan türkləri ilə iç-içə olmuş, dili, adətləri, həyat tərzi ilə bizə ən yaxın olan toplumdur. Bu mənada biz “Ortaq Dəyərlər” İctimai Birliyi və digər bizi dəstəkləyən ictimai qurumlar şəhid Musa Özalkanın mesajına dəstək olaraq türkman qardaşlarımızın uşaqları üçün Təlafərdə məktəb və uşaq bağçasının inşa edilməsi ilə bağlı təşəbbüslərə qoşuluruq. Türk dünyasına, Türkman elinə, ağır durumda olan türkman bacı-qardaşlarımıza həssas yanaşan soydaşlarımızı başlatdığımız xeyriyyə marafonuna dəstək verməyə çağırırıq.

 

Bu gün axşam saat 18.00-da Bakıda - Park-Bulvarda xeyriyyə marafonu keçiriləcək. Arzu edən,təlafərli uşaqlara maddi və mənəvi dəstəyini ifadə etmək istəyən vətəndaşlarımızı bu tədbirdə iştiraka dəvət edirik”.


//Modern.az 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Əlillik dərəcəsini qanunsuz alan 1055 nəfər: Onlardan pul necə geri alınacaq? – AÇIQLAMA - 19 / 01 / 2019 18:08
Beynəlxalq Qadın Klubunun üzvləri şəhidlər xiyabanını ziyarət etdi - 19 / 01 / 2019 18:05
Sahib Məmmədov: Bu qətnamənin heç bir ciddi hüquqi əhəmiyyəti yoxdur - VİDEO - 18 / 01 / 2019 21:16
Avropa Parlamentinin Mehman qətnaməsinin sirri - VİDEO - 18 / 01 / 2019 19:39
20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - 18 / 01 / 2019 19:22
Qənirə Paşayeva MM-in Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib - 18 / 01 / 2019 18:43
Qənirə Paşayeva Milli Məclisdə vərəmlə mübarizə ilə bağlı ictimai dinləmələrin keçirilməsini təklif etdi - 18 / 01 / 2019 18:03
Sənin “BucketList”-in varmı? - 18 / 01 / 2019 17:45
ARB24-in "Gündəm" verlişində Şuranın yeni elektron xidmətləri haqqında danışılıb - VIDEO - 18 / 01 / 2019 17:35
Ağdam rayonunda xeyriyyə tədbiri keçirildi - 18 / 01 / 2019 14:27
“Qətnamənin qəbulunda “5-ci kolon”un öz maraqları var” - Sahib Məmmədov - 18 / 01 / 2019 10:01
Elməddin Behbud: ... Sorosun ögey övladlarında növbəti məyusluq yaradacaq - 18 / 01 / 2019 10:01
Avropa Parlamentinin riyakarlıq və qərəz simasızlığı – Sorosdan Harmsa qədər… - 17 / 01 / 2019 17:45
“Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib - 17 / 01 / 2019 17:36
Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib - 17 / 01 / 2019 17:13
QHT və Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası birgə xeyriyyə aksiyası keçirib - 17 / 01 / 2019 16:39
Azay Quliyev ARB televiziyasının "Günə baxış" proqramının qonağı olub -VİDEO - 17 / 01 / 2019 16:09
Gəncliyə Yardım Fondunda 20 yanvar şəhid ailələri ilə görüş keçirilib - FOTO+ VİDEO - 17 / 01 / 2019 15:49
“Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda tədbir keçirilib - FOTOLAR - 17 / 01 / 2019 15:40
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb - 17 / 01 / 2019 12:14
Yol hərəkətinin təhlükəsizliyinə dair mühüm proqram - 17 / 01 / 2019 09:53
QHT "20 yanvar qürurumuzdur" adlı tədbir keçirib - 16 / 01 / 2019 19:24
“Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən Lənkəranda təlim keçirilib - 16 / 01 / 2019 19:18
İcma rəhbəri İsveçrə səfiri ilə görüşüb - 16 / 01 / 2019 18:12
Dövlət Gömrük Komitəsinin Akademiyasında mediatur keçirilib - 16 / 01 / 2019 18:08
Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası Uşaq sümük vərəm xəstəlikləri sanatoriyasında tədbir keçirdi- FOTOLAR - 15 / 01 / 2019 17:54
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI - 15 / 01 / 2019 14:16
Niyaməddin Orduxanlı Pedaqoji unversitetin İctimai Şurasına üzv secilib - 15 / 01 / 2019 12:40
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib - 15 / 01 / 2019 12:35
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlərin tərcümeyi halları - 15 / 01 / 2019 12:22