Həlli milyonlar tələb edən qanunsuz tikili problemi çözülür? - Yollar göstərildi
A A A
02/03/2018
Oxunma sayısı : 8058
Qanunsuz adlanan, özbaşına tikilmiş tikililərin dərindən inventarizasiyası həyata keçirilməlidir”.

Bu barədə "Sherg.az”a Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin tikilməsindən danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib. 

O qeyd edib ki, bundan sonra müxtəlif qərarlar qəbul etmək olar:

"Məsələn, qanunsuz tikili hansı təyinatlı torpaqda tikilib? Bu tikililər kommunikasiya xətlərinin altında və yaxud üzərindəmi inşa olunub? Hansısa mühafizə olunan zonanın yaxınlığındadırmı? -- kimi təsnifatlaşdırılma aparılmalıdır. Məhz bunun nəticəsində müəyyən ediləcək ki, Azərbaycanda nə qədər tikili, harada yerləşir? Torpağın təyinatını dəyişdirməklə problem həll olunursa, bu, edilməlidir. Kommunikasiya xətlərinə problem yaradırsa, tədbir görülməlidir. Bunları reallaşdırmadan qərar qəbul etmək mümkün deyil. Çünki elə tikili var ki, yüksək gərginlikli elektrik xəttinin altında və ya kommunikasiya xəttinin üzərində inşa olunub. Belə tikililəri qanuniləşdirməyin tərəfdarı deyiləm. Vaxtilə yerli icra orqanları rüşvət alıb, evlərin tikilməsinə icazə veriblər.

Bələdiyyə torpaqlarında inşa olunan tikililər də mövcuddur. Torpağın təyinatı da imkan verir, amma ailələrin öz mülkiyyətlərində deyil. Vətəndaşlar həmin torpağ hansısa yolla zəbt ediblər, qeyri-qanuni şəkildə əldə ediblər. Bu halda torpaqları həmin şəxslərə bağışlamaq, güzəştli qiymətlərlə satmaq olar. Həmin ərazidə yaşayan insanlar torpaq üzərində mülkiyyət hüququnu əldə edəndən sonra, tikili normal parametrlərə uyğun gəlirsə, daşınmaz əmlak kimi reyestrə daxil edilə bilər”.

Qeyd edək ki, deputat Elmira Axundova Milli Məclisdə müzakirələr zamanı qanunsuz tikililərdən danışıb. O xatırladıb ki, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Deputatın sözlərinə görə, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər:

"Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər”.

Aysel Aslan

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Yayım Assosiasiyası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - 21 / 02 / 2018 16:00
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06