Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov prezidentin sərəncamını şərh edib
A A A
02/05/2018
Oxunma sayısı : 51789

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov prezidentin sərəncamını şərh edib


Aprelin 11-də növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı ölkə başçısının sərəncamını Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov “çəkilməsini zəruri edən amillər var:

“Son Referendumdan sonra Azərbaycan Respublikasının Konstitusiyasında prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verilmişdi. Bu il ölkəmizdə çox vacib, böyük tədbirlər var. Prezident Azərbaycan Xalq Cünhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı may ayında və sonra ölkə miqyasında böyük beynəlxalq tədbirlər keçiriləcək, Azərbaycana çoxsaylı qonaqların – dövlət başçıları, eyni zamanda nüfuzlu xadimlərin gəlməsi gözlənilir. Həmçinin bu il ümummilli lider Heydər Əliyevin də 95 illiyidir və bununla bağlı da ölkəmizdə çox böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eləcə də, ölkədə bir çox beynəlxalq tədbirlər də keçiriləcək. Bu tədbirlərin miqyası elədir ki, onların keçirilməsi prezident seçkiləri ilə üst-üstə düşdüyü halda, qrafik baxımından müəyyən çətinlik yarada bilərdi”.

Rufiz Qonaqov əlavə edir ki, son konstitusiya dəyişikliyində prezidentin səlahiyyət müddəti də 5 ildən 7 ilə qaldırılıb. “Buna görə də 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkilərinin üst-üstə düşməsi ehtimalı vardı. Sərəncamı zəruri edən amillərdən biri də bununla bağlıdır. Həmçinin çox böyük tədbir olan prezident seçkilərində bütün siyasi qüvvələrin, partiyaların daha mobil şəkildə iştirakını təmin etmək üçün artıq bir fürsət yarandı. Yəni prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamından sonra gözləməyə ehtiyac qalmayacaq”.

R.Qonaqov bildirir ki, bu aylarda həm Rusiyada, həm də Ermənistanda seçkilər keçirilir və bu ölkələrin hər birində keçirilən seçkilər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesini ləngidir. Seçkilərin bir neçə ay qabağa çəkilməsi isə bu prosesi də sürətləndirməsi ilə nəticələnəcək.

“Çox cəlbedicidir ki, bu seçkilərdə uzunmüddətli hazırlaşmağa ehtiyac yoxdur. Çünki hər bir siyasi qüvvə seçki ilində hazır olmalıdır. Bəzi partiyaların artıq namizədləri var və hətta seçki qərargahları da yaradılıb. Digər partiyalarda da kim özünü prezidentliyə namizəd hiss edirsə və namizəd bilirsə, buyursunlar, namizədini irəli sürsünlər. Sözsüz ki, YAP da öz namizədini irəli sürəcək. Bu gün də Hımkarlar İttifaqı Kpnfederasiyasının qurultayında canab prezidentin namizədliyi növbəti dəfə dəstəklənib, irəli sürülüb. Prezidentin köməkçisi Əli Həsənov artıq hamını prezident İlham Əliyevi dəstəkləməyə çağırıb və demək olar ki, artıq kampaniyaya start verilib. Rəsmən də yaxın günlərdə start veriləcək”.

Rəşad VAQİFOĞLU / Bizim Yol

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Əhali arasında tibbi maarifləndirmə işinin təşkili və əhaliyə tibbi-psixoloji yardımların göstərilməsi” layihəsi başa çatıb - 15 / 08 / 2018 14:15
Layihə çərçivəsində bölgələrdə prezidentin fərmanına ictimai dəstək verilib - 15 / 08 / 2018 13:38
“Peşə təhsili ndə səriştəli kadrların yetişdirilməsi” - 15 / 08 / 2018 13:30
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-ləri dəvət edir... – Elan - 15 / 08 / 2018 12:49
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. - 15 / 08 / 2018 12:45
“Ailə Dünyası” Qazax rayonunun “Sınıq körpü” sərhəd-keçid məntəqəsində maarifləndirmə aksiyası keçirib - 15 / 08 / 2018 10:27
Summit of heads of state of Caspian countries great historical event - analyst - 14 / 08 / 2018 17:27
Hotellər Assosiasiyası yaradılacaq - 14 / 08 / 2018 17:17
Каспийская декларация: выдающееся достижение азербайджанской дипломатии - 14 / 08 / 2018 17:15
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir - 14 / 08 / 2018 15:24
Türk dünyası bir araya gəldi - 14 / 08 / 2018 13:40
QHT TV Xəbərlər Bloku - 06 - 14 / 08 / 2018 12:09
Layihə çərçivəsində “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” ilə bağlı mövqe sənədi hazırlanıb - 14 / 08 / 2018 10:16
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini darmadağın etdi” - 14 / 08 / 2018 07:25
QHT sədri generalla görüşdü - 13 / 08 / 2018 18:27
“Erməni şəbəkəsinin məyusluğu hiss olunur” – Sahib Məmmədov - 13 / 08 / 2018 16:34
Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib - 13 / 08 / 2018 12:57
Gənclər Fondununun icraçı direktoru Türkiyədə işgüzar səfərdə olub - 13 / 08 / 2018 11:07
Nazirliyin işsizlərlə bağlı yeni qərarı: nəyi dəyişəcək? - 13 / 08 / 2018 09:25
V Xəzər Sammiti – Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə böyük tarixi hadisəyə çevrildi - 13 / 08 / 2018 07:02
Cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib - 11 / 08 / 2018 19:05
Beynəlxalq “Zaparoji Kazakları” Birliyinin Getmanı Azərbaycanda işgüzar səfərdə olub - 11 / 08 / 2018 10:55
Ekspert: “Sosial şəbəkələrdə əks hücum taktikası qurulmalıdır” - 10 / 08 / 2018 13:46
Kənd təsərrüfatı naziri İnam Kərimov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb - 10 / 08 / 2018 13:38
“Tacikistan prezidentinin Azərbaycana səfəri strateji əhəmiyyətə malikdir” - Politoloq Rufiz Qonaqov - 10 / 08 / 2018 12:44
Tanınmış QHT sədrindən açıqlama: SMS göndərməklə reforma aparmaq alınmayacaq, xüsusən sosial sahədə - 10 / 08 / 2018 11:43
Milli ziyalı Mobil Vəkiloğlu haqqında.. - 10 / 08 / 2018 08:23
QHT sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə təşəkkür etdi - 09 / 08 / 2018 17:15
Şəmkir rayonunda növbəti məlumatlandırma sessiyaları həyata keçirilib - 09 / 08 / 2018 08:21
Məcburi köçkün icmaları arasında yol təhlükəsizliyi mövzusunda keçirilən intellektual müsabiqəyə yekun vuruldu - 08 / 08 / 2018 12:29