"Hesablama Palatası haqqında" qanun layihəsinin müzakirəsi keçirilib
A A A
02/06/2018
Oxunma sayısı : 7186
Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri,  millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının,  Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib:  “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.

Hesablama Palatasının auditoru Firsənd Qurbanov diqqətə çatdırıb ki, ictimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində nəzərə alınacaq: “Zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır. Bugünkü müzakirə Hesablama Palatası üçün faydalı olacaq. İctimai müzakirədə səslənən hər bir faydalı fikirdən qanun layihəsində və ya öz fəaliyyətimizdə bu və ya digər formada istifadə edəcəyik”.

Hesablama Palatasının hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov ““Hesablama Palatası haqqında”  yeni qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və kənar dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyənləşdirilib: “Hesablama Palatasının üzvləri ilə bağlı yeni tələblər müəyyən olunub. Xüsusən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, beynəlxalq prinsiplər, xarici ölkələrin təcrübələrinin öyrənilməsi geniş şəkildə qanun layihəsində əksini tapıb. Kadr potensialının gücləndirilməsi Hesablama Palatasının fəaliyyətinin əsas istiqamətlərindən biridir.  Kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzinin yaradılması nəzərdə tutulur”.

Platforma üzvü Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov “Səmərəli kənar nəzarət hansı qanunvericilik mühitini tələb edir?” mövzusunda təqdimatla çıxış edib. S.Bağırov Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) standartları, “Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi”ndə əks olunan məsələlər,  beynəlxalq təcrübədə ali audit qurumlarının fəaliyyəti barədə məlumat verib. S.Bağırov tövisyyələri də təqdim edib. Tövsiyyələrdə Hesablama Palatasının statusu, səlahiyyət çərçivəsi, Palatanın fəaliyyətinin maliyyələşməsi,  üzvlərinin təminatları məsələləri əks olunub.

Təqdimatlardan sonra millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər.  Müzakirələr zamanı  Platforma üzvləri, İqtisad Universitteninin alimləri,  müstəqil ekspertlər qanunun ayrı-ayrı maddələri ilə bağlı fikirlərini açıqlayıblar. Dövlət qurumlarının performans auditi, dövlət orqanlarının maliyyə performansı audtinin keçirilməsi, audit fəaliyyətinin əhatə dairəsi, səmərəliliyi  ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diskusiyalardan sonra Hesablama Platası nümayəndələri səslənən sualları cavablandırıblar və tövsiyyələrə münasibət bildiriblər.

Müzakirələrin sonunda Ə.Nuriyev qeyd edib ki,  səslənən təkliflər ümumiləşdiriləcək və Platforma tərəfindən Hesabalam Platasına təqdim olunacaq.

Strateq.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Yayım Assosiasiyası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - 21 / 02 / 2018 16:00
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06