“Təlafər türkman uşaqları üçün” dəstək tədbiri keçirilib
A A A
02/06/2018
Oxunma sayısı : 9015

“Ortaq Dəyərlər” İcimai Birliyinin təşəbbüsü ilə “Şəhid Musa Özalkanın arzusuna dəstək– Təlafər uşaqları üçün” adlı tədbir keçirilib.

“Park-Bulvar”-da keçirilən tədbiri açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terror qruplarına apardığı “Zeytun budağı” əməliyyatı Azərbaycanda da diqqətlə izlənilməkdədir: “Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkan daha öncə sosial şəbəkədə yazdığı mesajında bəyan etmişdi ki, əgər o döyüşdə şəhid olarsa, dövlət tərəfindən ailəsinə veriləcək maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin. Şəhid Musa Özalkanın bu vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesajdır. Biz də bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər olaraq “Şəhid Musa Özalkanın arzusuna dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verdik”.

Tədbirdə çıxış edən MHP Antalya millət vəkili Ahmet Selim Yurdakul Azərbaycan ictimaiyyətinin göstərdiyi bu həssasiyyətin maddi dəstəkdən daha çox mənəvi gücünün olduğunu qeyd edib.

Millət vəkili Məlahət İbrahimqızı türkmanların Azərbaycan xalqı ilə tarixi, mədəni bağları olduğunu dilə gətirərək ağır durumda olan bu topluma göstərilən diqqətin önəmli olduğunu vurğulayıb.

“Şəhid qardaşmız Musa Özalkan bu arzusu ilə həm də İraqda, Suriyada yaşayan türkmanların vəziyətini gündəmə gətirdi” deyən millət vəkili Qənirə Paşayeva artıq bu yöndə çalışmaların olduğunu söyləyib.

Türkiyə-Azərbaycan İşadamları və Sənayeçilər Birliyi (TÜİB) Başqanı Hüseyin Büyükfırat təşəbbüsə dəstəyini ifadə edərək bu kimi çalışmaların iki ölkənin qardaşlığını möhkəmləndirən adımlar olduğunu bildirib.

Polkovnik Hikmət Ağayev, Aprel qazisi Anar Məmmədov hazırda Suriyada terrorçularla savaşan türk əsgərlərinə dəstəklərini ifadə edərək “Gərək olarsa, hər an onlarla birlikdə döyüşməyə hazırıq” deyiblər.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri Fərqanə Mehmanqızının da dəstək verdiyi tədbirdə ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.

Xeyriyyə aksiyasının bu ayın sonunadək davam etdiriləcəyi qeyd olunub.

(“Ortaq Dəyərlər” İctimai Birliyi tədbirin keçirilməsinə yaratdığı şəraitə görə “Park-Bulvar” Ticarət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirir)

        

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir" - 23 / 02 / 2018 13:54
Veteranlar Xocalı soyqırmı abidəsini ziyarət etdilər - 23 / 02 / 2018 11:28
Ərdəbildə Xocalıya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək - 23 / 02 / 2018 11:27
Təməlində dostluğun və doğmalığın dayandığı ailə - 23 / 02 / 2018 08:41
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR - 23 / 02 / 2018 08:34
Niyaməddin Orduxanlı Avropa Parlamentinin 500 deputatına rəsmi müraciət etdi - 23 / 02 / 2018 08:34
Sumqayıt hadisələri - məkrli planlar - 23 / 02 / 2018 08:09
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb - 22 / 02 / 2018 13:51
Azay Quliyev: Ermənistanın beynəlxalq layihələrdən kənarda qalmasının səbəbi onun işğalçılıq siyasətidir - 22 / 02 / 2018 13:26
Cəsarət Hüseynzadə: "İşğal faktına, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq” - 22 / 02 / 2018 10:03
"Avropada yaşayan bir erməni görmüsünüz Sərkisyana qarşı aksiya keçirsin?!” - Orduxana Orduxanlıdan sual - 22 / 02 / 2018 10:02
Jasarat Huseynzadeh: "We kindly appeal to the members of the European Parliament not to remain indifferent to the fact of occupation, violation of the rights of refugees and internally displaced persons" - 22 / 02 / 2018 09:43
İlham Əliyev Ağsaqqallar Şurasının sədrinə “İstiqlal” ordeni təqdim edib - 22 / 02 / 2018 08:17
Yayım Assosiasiyası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib - 21 / 02 / 2018 16:00
Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada... - 21 / 02 / 2018 08:19
Bakıda “İrrealizm” adlı rəsm sərgisi açılıb - 20 / 02 / 2018 18:11
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə” - 20 / 02 / 2018 17:36
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1500 manat müəyyən edildi - 20 / 02 / 2018 15:34
Şuranın ASAN Radio ilə əməkdaşlığı çərçivəsində radio proqram hazırlanır - 20 / 02 / 2018 14:00
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək - FOTO - VİDEO - 20 / 02 / 2018 13:39
«Müvəkkil» Sizi HR kurslarına dəvət edir - 19 / 02 / 2018 16:49
Azay Quliyev Vyanaya səfərə gedir - 19 / 02 / 2018 15:00
Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ - 19 / 02 / 2018 14:30
Sabuhi Abbasov: " Whole world recognized the territorial integrity of Azerbaijan " - 19 / 02 / 2018 14:26
ASGA sədri Avropa parlamentinə müraciət ünvanladı: "Avropa dəyərlərini erməni çirkablarına batırmayın" - 19 / 02 / 2018 14:21
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilib - 19 / 02 / 2018 13:38
QHT sədrinə ağır itki üz verib - 19 / 02 / 2018 13:34
50 manatlıq artistlər - 19 / 02 / 2018 12:53
Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur” - 19 / 02 / 2018 12:39
“Bizim planet”də Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılıb - 19 / 02 / 2018 10:06