Respublika üzrə II Milli Mühasiblər Forumu keçiriləcək - Qeydiyyat başladı
A A A
02/07/2018
Oxunma sayısı : 90827


Ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən amillərdən biri də dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunmasıdır.

Mühasibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraqAzərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər Birliyi birgə olaraq 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı rayonundakı AR Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumunu keçirəcəklər.

Forumun reallaşmasında məqsəd Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların stimullaşdırılması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Tədbirdə mühasiblər, alimlər, ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq, innovativ təkliflər irəli sürəcəklər. Foruma mühasibat uçotu sahəsində Azərbaycanda tanınmış məşhur spikerlər dəvət olunmuşdur ki, bu da iştirakçıların peşə hazırlığının daha da artırılmasına, mühüm biliklər əldə etmələrinə və tədbir boyu vaxtlarının səmərəli keçməsinə kömək edəcəkdir. Həmin spikerlər haqqında geniş məlumat http://mmf.az/#team  səhifəsində verilmişdir.


Forumda bir ilkə də imza atılaraq əvvəlki tədbirdən fərqli olaraq məşhur spikerlərlə yanaşı mühasibat uçotu sahəsində yeni simaların üzə çıxması üçün hər kəsə məruzəçi kimi çıxış etmək imkanı yaradılmışdır. Təbii ki, bu seçim əsasında aparılacaq. Buna görə də məruzəçi iddiasında olanlar Forumun rəsmi saytına – www.mmf.az – a daxil olub şərtlərlə tanış olmalı, tələblərə müvafiq qaydada müraciət etməlidirlər.



Bu dəfəki Forum keçən ilkindənhəmdə öz rəngarəngliyi ilə də seçilir. Belə ki, Forumda mühasibat uçotu sahəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin mühasibat uçotu sahəsində ən yaxşı treyneri, jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Azərbaycanda bu sahə üzrə özünə güvənən şəxslər bacarıqlarını sınamaq üçün  http://mmf.az/#musabiqe saytına daxil olub yarış şərtləri ilə tanış ola bilərlər.Qeyd edək ki, qalibləri sonda pul mükafatları, qiymətli hədiyyələr və sertifakatlar gözləyir.

Hesab edirik ki, Forum iştirakçıları üçün ən maraqlı məqamlardan biri də mühasibat uçotu sahəsində Respublika üzrə II Breyn-Rinq yarışmasına qatılmaları olacaqdır. Bilik müsabiqəsi Forums iştirakçıları arasından mühasibat uçotu üzrə sual-cavab əsasında komandaların formalaşması ilə başlayır. Sonrakı mərhələlərdə isə suallar getdikcə çətinləşir, özündə nəzəri və praktiki məsələləri ehtiva edir. Qalib komanda bir qayda olaraq mükafatlandırılır. Keçən ilki Breyn-Rinqdə qalib “HAYKS” komandasına Beynəlxalq Sertifikatlı ödənişsiz treyninq hədiyyə olunmuşdur. Həmin oyundan kiçik fraqment özü də adamda böyük təəssürat oyadır.


Qeyd edək ki, II Milli Mühasiblər Forumunda iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Forumun Təşkilat Komitəsi tərəfindən qarşılanmaqla yanaşı, tədbirin 2-ci günü Azərbaycanın füsunkar məkanlarından olan Şamaxı və İsmayıllı rayonlarının ən gözəl güşələrində gəzinti də təşkil olunacaqdır.


Hesab edirik ki, bu da iş mühitindən ayrılaraq, mühasiblərin illik yorğunluqlarını aradan qaldıracaqdır. Oxuyucular gecikməməli, iştirak üçün müraciətə tələsməlidirlər.

Məruzəçilər ən geci 15 fevral 2018-ci il tarixinə kimi qeydiyyatdan keçməlidirlər. Dinləyici kimi iştirak arzusunda olanlar isə 1 Mart 2018-ci il tarixinə qədər bu istəklərini Təşkilat Komitəsinə bildirməlidirlər.


Müraciət etmək üçün www.mmf.az elektron saytında “Qeydiyyat” pəncərəsinə daxil olub elektron qaydada formanı tam doldurub göndərmək lazımdır. Bundan sonra elektron qeydiyyat formasında göstərdiyiniz e-mail ünvanınıza 3 gün ərzində xüsusi ərizə forması göndərilir. Həmin ərizəni tez bir zamanda tam doldurub ərizə gələn e-mail ünvana göndərməlisiniz. Bu da hələ iştirak hüququ əldə etməyiniz deyildir.Daha sonra 2018-ci ilin mart ayının ilk həftəsi MMF-in Təşkilat Komitəsinin üzvləri ərizəçinin göndərdiyi məlumatları təhlil edərək tədbirin keçirilmə məqsədlərinə ən uyğun şəxsləri şeçəcəklər. Seçilmiş şəxslərə xüsusi dəvətnamələr göndəriləcək ki, bununlada onlar Forumda tam iştirak hüququ əldə etmiş olacaqlar.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“SOYQIRIMI” sənədli filminin nümayiş keçirilib - 24 / 04 / 2019 12:51
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramınının ilk təqdimatını BDU-da keçirdi -FOTO - 24 / 04 / 2019 12:34
"Queen of the Skies" ("Səmanın kraliçası") yük təyyarəsinin daxilini çəkmək imkanı - 24 / 04 / 2019 12:11
Məhəmməd Quluzadə: "Humanitar təşkilatlar üçün imtiyaz ləğv edilib" - 24 / 04 / 2019 11:01
"Olaylar" 24 yaşını qeyd edir - 24 / 04 / 2019 06:13
"Bərdə Peşə Liseyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təlim keçirilib - 23 / 04 / 2019 18:54
Şəhid Anaları Cəmiyyətinin sədri vəfat edib - 23 / 04 / 2019 17:58
“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirilib - 23 / 04 / 2019 15:22
Vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Birlyi ilə Azərbaycan arasında imzalanacaq sazişdən danışıblar - 23 / 04 / 2019 15:17
BMT-dən Azərbaycana qarşı təxribat - Azay Quliyev çağırış etdi - 23 / 04 / 2019 14:47
“Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” - 22 / 04 / 2019 20:16
“Gələcək üçün” ümumrespublika marafonu UNEC-də - 22 / 04 / 2019 13:32
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi - 22 / 04 / 2019 12:28
“Konstitusiya” Araşdırmalar Fondu Zaqatala rayonunda Hüquqşünas xidmətinin göstərilməsi üzrə vakansiya elan edir - 22 / 04 / 2019 11:09
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. - 22 / 04 / 2019 10:19
Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq - 21 / 04 / 2019 18:58
Dünya hemofiliya günü ilə bağlı tədbir keçirilib- FOTO +VİDEO - 20 / 04 / 2019 10:10
QHT sədri haqqında Abşeron rayon məhkəməsində qərar qəbul edilib - 19 / 04 / 2019 20:16
Zülfüqar Hüseynzadə: "Təşəbbüskarlara, icraçılara, bir sözlə, bu işin SƏLİS getməsinə qol qoyan hər kəsə təşəkkür edirəm" - 19 / 04 / 2019 18:45
Beynəlxalq Dialoq və İnkişaf Alyansı “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda konfrans keçirib- FOTO +VİDEO - 19 / 04 / 2019 18:25
Əlilliyi olan şəxslər üçün açıq qapı təşkil olundu - 19 / 04 / 2019 17:34
“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib - 19 / 04 / 2019 12:22
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı görüş keçirilib - 18 / 04 / 2019 18:41
Aqil Camal: "SƏLİS xidmətindən istifadə edən həmkarlarımız məmnundur" - 18 / 04 / 2019 18:17
"Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib - 18 / 04 / 2019 14:47
Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşüb - FOTO - 17 / 04 / 2019 19:20
Nəsimi Qarabağlı: "Hər şey bu qədər SƏLİS və asan!" - 17 / 04 / 2019 07:57
Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir - 17 / 04 / 2019 06:50
Prezident təsdiq etdi: Gənclər təşkilatlarının üzvləri üçün yaş senzi tətbiq olunacaq - 16 / 04 / 2019 19:24
Beynəlxalq arenanı “Uzun dərə” rəqsi və Kimyaya aid tətbiqlə təəccübləndirən şagirdlərimiz - 16 / 04 / 2019 19:10