Umud Mirzəyev: “Medianın məsuliyyəti səngərdəki əsgərin məsuliyyətindən az deyil.”
A A A
02/08/2018
Oxunma sayısı : 68837
1905.az portalının suallarını Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev cavablandırıb.


 – Umud müəllim,  Qarabağın işğalı ilə bağlı problemlərin Azərbaycan mediasında inikası  ilə bağlı nə deyə bilərsiniz? Bəzən deyirlər ki, ayditoriyanın mövzuya marağı azala-azala gedir, bu mövzunun zəruri səviyyədə işıqlandırılmasında da axsamalar olur…
 

Mentalitetimiz  belədir  ki, bəzən  bizdə  böyük  bir  arxayınlıq  olur.  Elə bilirik ki,  işin içindəyik  və  hər  şeydən  xəbərimiz  var.  Amma  eyni zamanda  məlum  olur  ki, insanların  çox şeydən  xəbəri yoxdur. Burada  təbii ki, zaman  faktoru  da var. Məlum hadisələrin  başladığı  dövrdən  sakitləşdiyi dövrə qədər vaxt keçib. Zaman  keçdikcə  adamların  arasında  bu məsələ  ilə  bağlı  məlumatlandırma  işində səngimə olmamalıdır. Daha çox  bu  proses  intensivləşməlidir.  Biz  nə  qədər daha  çox  bunu  öz  içimizdə  bilsək, bu  məlumatı  öz   içimizdə  bişirsək ,  bütün o  detalları  ilə  fərqinə  varsaq  bunu biz  ölkədən  kənarda  da  daha  yaxşı  təqdim  edə  bilərik.  Ölkədən  kənarda da  insanları,  beynəlxalq  camiəni məlumatlandıra  bilərik.  Mən deməzdim  ki, bu  istiqamətdə   iş  həddindən  artıq  xoşagəlməz  bir  durumdadır . Əksinə bir çox vətəndaş cəmiyyəti təmsilçisi, səfirliklərimiz , nümayəndəliklərimiz bu sahədə ciddi səy göstərirlər. Amma bəzən bu sahədə müəyyən çatışmazlıqlar müşahidə olur. Bu çatışmazlıqları aradan qaldırmalıyıq.

 
Azərbaycanın  bütün  bölgələrindən  Qarabağda  uğrunda şəhid  olan  insanlarımız  var. Əslinə  qalanda    bunlarla   bağlı   təkcə  onun  şəhid  olub,  şəhid kimi  tanıtdırmaq  yox , həm də deməliyik ki,  bu insan   hansı  şəkildə şəhid olub, harada olub,  hansı  bölgədə  olub.  Bunları  bizim  gənc  nəsil bilməlidir. Biz   bu  istiqamətdə  maarifləndirici  işi   hər zaman  aparmalıyıq. Bayaq  qeyd  etdiyim  kimi  biz  nə qədər  ölkə  içi  uğurlu təbliğatımızı apara   bilsək  bunu  ölkədən  kənarda  da  o şəkildə  apara bilərik.

  

Bu  günlərdə  bizim  ofisdə  biz  bir  məsələni  müzakirə  etdik.  Paraqvay Parlamenti  Xocalı məsələsini  qınayıb  və  bununla  bağlı   Ermənistan  parlamentinin vitse-  spikeri Paraqvay  Parlamentliyinin  rəhbərliyinə,  hökumətinə  etiraz  dolu  bir  bəyanat  göndərib. Guya ümumiyyətlə  Ermənistanın  Xocalıdan   xəbəri  yoxdur.  Təsəvvür  edirsinizmi,  bu böyüklükdə   böyük  bir  genosid ,  böyük  bir  şəhərdə  böyük   bir  soyqırım  aktı törədəsən və    onu   danmağa  iddia  edəsən, təşəbbüs  edəsən.   Bütün  tarixə  nəzər  salsaq   bunlar bu  cür   faktları  tamam  fərqli  şəkildə   dünyaya təqdim  ediblər  və  nailiyytə də qazana biliblər. Bu  gün  də  onlar cəhd  edirlər.  Biz  özümüz  də  öz  həqiqətlərimizin   daha  çox  yayılması  üçün  səy   göstərməliyik,  fəaliyyətimizi  bir  an   belə  dayandırmamalıyıq.
 

– Həm də biz qabaqlayıcı addımlar ata bilməliyik, elə deyilmi?

 
–  Ermənilər bu  konflikt  başlamazdan   bəlkə də  iyirmi il, otuz il, əlli il, yüz il öncə  sistemi qurmuşdular.  Onlar  bilirdilər  ki, gec-tez  bu  olacaq. Onlar bilirdilər  ki, doxsanıncı  illərdə hansı  addımları  atmalıdırlar, doxsanıncı  illərin  ortalarında  hansı  addımı  atmalıdırlar. Yeni əsrin başlanğıcında hansı addımların  atılmalı olduğunu bilirdi ermənilər. Onların  bir  yol   xəritəsi var. Əslinə  qaldıqda  istərdim  bu  gün  bir məsələyə   toxunaq.  İxtiyari beynəlxalq   media  qurumunda ən azı bir erməni əsilli işçi var. Ola bilsin o sadəcə olaraq texniki işçidir. Amma o oradadır.Üstəlik, sistemli şəkildə yerləşdirilib ora.  Mən  deyərdim ki, Rusiya  mediasının rəhbərliyinin az qala yarısı erməni əsilli adamlardır. İstər  televiziya qurumları, istər  çap mediası olsun , internet  media olsun,  bunların  hamısında əgər birinci  şəxs  deyilsə   ən azından müavin səviyyəsində, böyük  departamentlərin  rəhbərləri  səviyyəsində  ermənilər təmsil  olunurlar. Digər  tərəfdən  BMT-nin, beynəlxaq  qurumların  özündə  onların  adamları  yerləşiblər, şəbəkələşiblər.  Birləşmiş  Millətlər  Təşkilatı  ilə  biz  işləyirik.   BMT-də  çoxsaylı   komitələr  var: insan  haqları  ilə  bağlı,  qadın hüquqları  ilə  bağlı , iqtisadiyyatla   bağlı, ekologiya  ilə  bağlı və s. Onların  hər  birində   o  ölkənin   təmsilçiləri   müxtəlif   pozisiyalardadır.  Burada  incə  bir  problem də var.  Biz   niyə  təmsil   oluna  bilmirik?

 

Bizə  yer  vermirlərmi,  yol  vermirlərmi?    Mən  deməzdim ki,  bizə  mane  olan  böyük  baryerlər  var.   Biz  sadəcə  olaraq   o fikirləri  qırağa  qoymalıyıq.   Guya mümkün   deyil, guya bizi  yaxın  buraxmazlar.  Mən  bunu  tam  səmimiyyətlə   deyirəm. İstənilən  yerə, istədiyimiz  beynəlxalq  təşkilata , istədiyimiz   media qurumuna   biz  yaxın  düşə  bilərik.

 

– Ənənəvi xristian  həmrəyliyi necə rol oynayırmı?

 
 
– Bu  var. Bu amilin rolunu danmaq olmaz.  Amma  bundan  kənarda  insani dəyərlər də   vardır.
Ən  böyük  problemin  içərisindəyik.Torpaqlarımız  işğal olunub. Əslinə  qalanda bu  da   bizim   böyük  bir  arqumentimzidir, ən  böyük  silahımızdır, bu  faktdır. Bunu  bayraq  edib , bunu  əldə  götürüb  istənilən  auditoruyada  biz  sözümüzü  deyə  bilərik  və  təbliğatımızı qura  bilərik. Az qala otuz ildir ki,  bu  problem var. Bu   otuz  ildə  on  altıncı  ilin aprel hadisələri  oldu . Aprel   hadisələrində   biz  iki  zirvəni fəth  etdik: Lələ Təpə və Talış  yüksəkliyi. Bizim   bəlkə  də  bu  dialoqumuzun  ən   yaxşı  sualı  ortaya  çıxa  bilər ki,  bizim  media sahəsində , mətbuat  sahəsində  hansı  zirvələri  biz  fəth etmişik. Əslinə  qalanda mənə  elə gəlir ki,  medianın, mətbuatın  səngəri,  mətbuatın  məsuliyyəti  bu savaşda  bəlkə də   əsgərin  məsuliyyətindən  az  deyil.
 
 

 – Auditoriyanın   bu   mövzudan   müəyyən  qədər   yorulmasını  siz   müşahidə  etmirsiniz  ki?  Çünkü  hər  hansısa  bir  işğal  altında olan  bölgəmizin işğalının  artıq  iyirmi   neçənci  ildönümüdür   və  burada  yeni  modellər  tapmaq  gündən-günə  çətinləşir   və  maraq  bunun  nəticəsi   olaraq  azalır. Üstəlik  bizim  işğal  altında olan   bölgələrimizi  reallıqda  görmüş  adamların  da  sayı  gündən-günə  azalır. Bunlar  obyektiv  proseslərdir.  Auditoriya yorulmayıb ki?  
 

– Mən  o  şəkildə  deməzdim.  Ümumiyyətlə, mən  o  fikri qəbul  etmirəm  və bunu  öz   arqumentlərimlə  isbat  etməyə  çalışacağam.
Təsəvvür  edin   bu  hadisələr  başladığı  ilk  gündən  sizin  dediyiniz   fikirlər   əslinə qalanda  səslənirdi.Hələ  doxsanıncı   illərin  əvvəllərində   bir  fikir  vardı ki, guya adamlar artıq  yaddan   çıxarırlar ,  qayıtmaq  istəmirlər və s.  Bu belə deyil.
Mən  sizə  fərqli  bir  fikir  deyəcəyəm.  Azərbaycan  gəncliyi   o  proseslərin   içərisində  olmayıb.    Amma   bir  gen  yaddaşı  var.  Aprel  hadisələri  də  göstərdi  ki,  gənclərimiz   yaşlı  nəsildən  daha  çox   silaha   sarılmağa,  səngərə  doğru  qaçdılar. Nə  qədər  gənclər qrup-qrup , dəstə-dəstə  toplaşıb  regionlara  Füzuliyə, Ağdama,  digər  yerlərə  hərəkət  etdilər,   hərbi hissələrə  müraciət  etdilər,  könüllü  yazıldılar.  Bütün  bunların  hamısı   əslinə qalanda  ondan  xəbər  verir  ki,  biz bu mövzudan usanmamışıq. Bədbinliyə  apılmamalıyıq. Amma  obyektiv  tərəf də  var.  Göz  görmür,  könül  unudur. Məsələn  mən   Qarabağ   bölgəsində  böyümüşəm.   Mən  oranı  qarış-qarış  tanıyıram, amma  məsələn, Quba   bölgəsini tanımıram. Oradakı kəndlərdən  birini, iksini  tanıyıram. Bunları  bilmək   üçün  gərək    gedəsən,  görəsən  ən  azından.
Son  dövrlərdə  biz   bu  istiqamətdə   nə  etdik ?  Azərbaycan  jurnalistlərini,  müxtəlif  sahələrdə    fəaliyyət   göstərən  ziyalıları işqaldan azad olunmuş ərazilərə apardıq. ADA  Universiteti   ilə   biz  birgə  memorandum   imzalamışıq.  Biz  ADA-nın  tələbələrini,  müəllimlərini səngərlərə  apardıq, birbaşa  ön  cəbhəyə  getdik. Bunun   nə  qədər   böyük  təsiri  var.  Ora   gedən  insanlar  artıq  dəyişib  qayıdırlar . İstər  o   azərbaycanlı   olsun    və  yaxud  xarici olsun,  insan  tamamən     durumunu   dəyişir. Çünkü    gözü  ilə  görür,  əli  ilə toxunur,  o  problemi  yaşayır .  O  problemi  yaşayan  insanlarla   eyni  hissləri   keçirir . Bu  cəhətdən  mən  hesab  edirəm  ki,  tələbələrimiz, şagirdlərimiz  təmas  xəttinə  yaxın  ərazilərin  reallıqlarını  görməlidirlər.  İnsanlarla ünsiyyət  qurmalıdırlar. Mən hesab edirəm ki, bunu  ayrı-ayrı  universitetlərimiz , məktəblərimiz  bu  prosesi  qurmalıdır.

Məsələn  deyək ki, Cocuq  Mərcanlı   bərpa  olunandan  sonra , işğaldan  azad  olunandan  sonra  ora çoxlu sayda məktəblilərimiz gediblər. Yaxşı   bir  addımdır,  təqdir  olunmalıdır. Birmənalı  olaraq.
 
– Mən  sizin  cavabınızdan  bu  qənaətə  gəlirəm  auditoriya  bu  mövzudan  usanmayıb. Bəs   jurnalist  ordusu  necə ? Yorulmayıb ki?

– Bizim  jurnalistikamızda   müəyyən   problemlər  var. Çünki jurnalistikamızda bu məsələni, Qarabağ münaqişəsini tam təfərrüatı ilə bilməyən media mənsublarımız var. Bəzən   görürsən  ki, problemi  tam qavramayan, münaqişənin həlli prosesini ətraflı izləməyən  jurnalistlərimiz  mövzuya  müraciət edirlər, bu mövzuya  toxunurlar. Nəticə isə xoşagəlməz olur. Müzakirə olunur və qınaq obyektinə çevrilir. Mənə  elə gəlir ki, bu sahədə  bütün  redaksiyaların   özünün  ayrıca  bir  siyasəti  formalaşmalıdır  və  o  vahid  dövlət  siyasəti  ilə  uyğunlaşmalıdır, koordinasiya  olunmalıdır.

 
Əslinə  qalanda  biz  ümumi  nəzər  salsaq görərik ki,  bu  istiqamətdə  müəyyən  fəaliyyətlər var. Kütləvi  İnformasiya  Vasitələrinə   Dövlət  dəstəyi  fondunun  müəyyən  layihələri  var. Qarabağla  bağlı  ayrıca  bir  xətt   var ki, bu istiqamətdə  müəyyən  layihələr  işləyir  və bu  istiqamətdə  yazılar  gedir.  Amma  mənə  elə gəlir  təkcə  redaksiyaların   yazıları,  ayrı-ayrı müəlliflər  tərəfindən yazılan yazılar olmamalıdır. Ümumiyyətlə  bu  istiqamətdə   peşəkarların  formalaşmasına  ehtiyac  var.  Hər redaksiyanın  ən  azından  bu problemlə  bağlı   hazırlığı, məlumatı olan  bir   əməkdaşı  olmalıdır. Yalnız   bir  dildə  yox  müxtəlif   dilləri   bilən jurnalist olmalıdır.


Bəzən   biz   hər  şeyi    kimdənsə   gözləyirik.  Biz özümüz  də   bu  istiqamətdə  təşəbbüs   göstərməliyik. Redaksiyalar   özləri  bu  mövzu ilə   bağlı   yığışmalıdırlar,  görüşməlidirlər,  müzakirə  aparmalıdırlar. Bir sözlə,  bu  istiqamətdə  təşəbbüslərin  olmasına   ehtiyac  var.

 

– Umud  müəllim, Azərbaycan auditoriyası  Qarabağın  bizim   əzəli  torpaqlarımız  olduğuna  əmindir  və  onu   istiqamətləndirməyə  xüsusi  ehtiyac  yoxdur.  Lakin  dünya  auditoriyasında  hələ  də  kifayət  qədər  insanlar  var  ki, onlar  bu  məsələdə  kimin  haqlı,  kimin  haqsız  olduğunu  bilmirlər. Doğrudur,  bir  çoxları     bilmək  belə  istəmir. Çünkü   dünyada  belə  münaqişələr   kifayət  qədər  var.   Bizim  xarici  soyadlı,  xarici  kütləvi  informasiya  vasitələrində  çalışan   publisistlərin,  reportyorların,  köşə  yazarlarının  bu  prosesə   cəlb  edilməsi  işində  nailiyyətlərimiz  varmı?  Biz  bu  sahədə  nəsə  etmişikmi, edirikmi?


– Ümumiyyətlə,  bu  problem  başlayanda biz nə gördük ?! Gördük ki, mətbuat səngərlərini də ermənilər işğal edib. Sanki onlar bunu əvvəlcədən planlaşdırıblarmış. Artıq  Ermənistan  mediası, Ermənistan  təbliğat  maşını  və  Ermənistanın  havadarlarının  qurduğu  şəbəkə  bizim  səngərlərə   artıq  atəş  açmışdı, artıq  işğal etmişdilər səngərlərimizi.  Artıq  təbliğatlarını qurmuşdular  və  hətta bu məsələ  ilə  bağlı, Qarabağla  bağlı  hər  hansısa  bir  söhbət  etdikdə  adamı  qınayırdılar,  heç danışmağa  imkan  vermirdilər . Deyirdilər : -“Siz  bu  məzlum  xalqdan nə  istəyirsiniz. Uydurma genosidə  uğramış  bu  məzlum  xalqdan  nə  istəyirsiniz.  Niyə  imkan  vermirsiniz o öz  taleyini  yaşasın, müqəddaratını  həll etsin”… Bütün  bunların  hamısını   biz  yaşadıq.

 1997-ci  ildə  biz   Sankt-Peterburqda  milli  məsələ və  qaçqınlar  mövzusuna  həsr  olunmuş  bir   tədbir  keçirdik.  O  zaman  ümumiyyətlə  Peterburq   küçələrində  Qarabağ  məsələsindən  danışmaq  bir  az  təhlükəli  idi, insanların  münasibəti  tamam  fərqli  idi.   Amma   indi   mən  hesab  edirəm  ki,  bizim  gördüyümüz  işlər,    ölkənin   xarici  siyasətində  fəaliyyət  göstərən  insanların  səyləri, bizim  media  qurumlarının  apardığı  iş nəticəsində   mən  hesab  edirəm  ki,  situasiya  xeyli  dəyişib. Mən  belə  qənaətə  gəlmişəm:  deyək  ki,  bizi   əvvəl  heç  eşitmirdilər, indi  mən  hesab  edirəm  ki,  ən  azından  auditoriyanın  yarısı  bizi  eşidir.   Bayaq  qeyd  etdiyim  kimi   səy göstərsək  istənilən  media  qurumunda  istənilən  yazının  çapına  nail  ola  bilirik  və   bu  istiqamətdə  də   fəaliyyət   göstəririk.  Məsələn,  bizim  təşkilatımız   2016-cı  ildə  bu   istiqamətdə   çoxsaylı  jurnalistlərin   regiona   səfərlərini  təşkil  etdi.  Qrup  şəklində  və    fərdi  şəkildə  jurnalistlərin   səfərləri  oldu. Bunların  hamısı  ölkə ilə,  Azərbaycanla  bağlı  çox  böyük  yazılara  çevrildi.  Son  olaraq  biz  Misirin  altı  böyük  media  qurumunun,    o cümlədən bir  milyon  iki  yüz  əlli  min  tirajı  olan   “Al-Ahram”   qəzetinin rəhbərliyinin dəvət etdik. Nəticədə Misir mediasında haqq işimizlə bağlı böyük yazılar dərc edildi.  Biz   bu  tədbiri, bu  səfəri   İslam  həmrəyliyi  ölkələrinin   jurnalistlərinin   assosiasiyası  ilə    birlikdə  reallaşdırdıq. Bu  gün  də  o  yazılar  çap  olunmaqdadır. Yaxud  biz  Özbəkistandan,   böyük  bir  qrup  media  mənsublarının,  media  təmsilçilərinin  Azərbaycana  səfərini  təşkil  etdik.  Rusiyadan,  Avropadan,  Amerikadan , Baltikyanı  ölkələrdən  jurnalistlərin  səfərlərini  təşkil  etdik.   Bunların  çox  böyük  effekti  vardı.  Mən  hesab  edirəm  bu  istiqamətdə  imkanlarımızı     daha  da  artırmalıyıq, daha  çox  fəaliyyət  göstərməliyik.   Bu  gördüyümüz  işlərin, atdığımız  addımların  böyük  nəticəsi  olur.

 
– Umud    müəllim,   2018  ci il  artıq başlayıb.  Beynəlxalq   Avrasiya  Mətbuat  Fondu,   Sizin  rəhbərlik  etdiyiniz  bu  təsisat   cari  təqvim  ilində  hansı  işləri görmək niyyərindədir?


– Beynəlxalq    Avrasiya  Mətbuat  Fondunun   dəstəyi  ilə  “Avrasiya  gündəliyi” adlı,  beş  dildə  yayımlanan   bir  informasiya  portalımız  var.  Bu  fəaliyyət, bizim  bu  istiqamətdə  işlərimiz   bu  il də  davam  olunacaq .  Beynəlxaq  Avrasiya  Fondu  BMT  agentlikləri  ilə   əməkdaşlığını  inkişaf  etdirəcək  və   biz  BMT-nin  Cenevrə  ofisində,  Nyu -York  ofisində   paralel  tədbirlər  keçirməyi  planlaşdırırıq .  Biz  Braziliyada   səkkizinci   beynəlxalq  su  forumunda iştirak edəcəyik. Bu  tədbir  mart  ayında  düzənlənəcək  və biz  bu  istiqamətdə  hazırlıq  işlərini aparırıq.  Ümumiyyətlə,   biz   istər  Şərq  ölkələrindən, istər  Avropa  ölkələrindən  bir  çox   media  qurumlarının  nümayəndələrinin    ölkəyə  səfərlərini   planlaşdırırıq .

Bu  insanlarla  biz  fəaliyyətimizi  davam   edirik.    Təkcə  onların  səfərlərini  təşkil  etmirik,  həm də  onlarla   rabitəni  itirməməyə  çalışırıq.

Qarabağ   ümummilli  məsələdir  və  hər  birimizin  məsələsidir, şərəf  məsələsidir.   Mənə  elə  gəlir  ki, bu  məsələdə  hər  kəs  öz  məsuliyyətini  dərk  etməlidir  və  hər  kəs  əslində    istisnasız  olaraq  nəsə  edə  bilər.  Mən  sizi  tam  əmin  edirəm  hər  kəs, bütün  Azərbaycan    bir  vəhdət   olaraq  bu  problemin  həlli  ilə   bağlı  hərəkətə  gəldiyi  gün  Qarabağın   xilas   günüdür. Mən  o  cür  dəyərləndirərdim.

 
Fuad Babayev, 1905.az

 



 

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39