Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə keçirir - ELAN
A A A
02/08/2018
Oxunma sayısı : 94439
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması”, “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili”, “Milli qəhrəmanların tanıdılması kampaniyasının təşkili”, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi” və “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı”adlı müsabiqələr keçirir.

“Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması” adlı müsabiqənin keçirilməsində əsas məqsəd Azərbycan əlil idmanın beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsi və yüksəldilməsi, idman növləri üzrə Respublika çempionatları, turnir və yarışların keçirilməsi və Əlilliyi olan şəxslərin  və sağlamlıq imkanları məhdud uşaqların və gənclərin bədən tərbiyəsi və idman vasitəsi ilə fiziki mənəvi tərbiyəsi və reabilitasiyasını təşkil etməkdən ibarətdir.

“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” adlı müsabiqənin keçirilməsində əsas məqsəd əlil və sağlağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına mane olan və onların cəmiyyətdə inkişafına mənfi təsir göstərən, habelə təcrid olmaya gətirib çıxaran neqativ halların qarşısının alınması və uşaqların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə  məlumat və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsindən ibarətdir.

“Milli qəhrəmanların tanıdılması kampaniyasının təşkili” adlı müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin təbliği kampaniyasının təşkili və bu istiqamətdə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsindən ibarətdir.

“Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi” adlı müsabiqənin  keçirilməsində  əsas  məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların  asudə vaxtlarının səmərəli təşkili, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlara digər şəxslərlə bərabər istirahət etmək üçün şəraitin yaradılması,əlillərin cəmiyyətə inteqrasiya olunması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası məqsədilə psixoloji və mənəvi vəziyyətinin reabilitasiyasından ibarətdir.

“Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı” adlı müsabiqənin keçirilməsində əsas məqsədəlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik poroblemi ilə bağlı informasiya təminatının artırılmasından ibarətdir

İştirak haqqı yoxdur.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. 

Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplularını və texniki tapşırıqlarını əldə etmək üçün Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85  ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlər aşağıdakılardır:

- Təşkilatın ümumi meyarlara uyğunluğunu təsdiqləyən, onun tam adı, hüquqi statusu, rekvizitləri, nizamnaməsi, dövlət qeydiyyatı haqqında, uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamələri və əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi, lisenziyalar yaxud patentlər, şəhadətnamələr, sertifikatlar, diplomlar (notarial qaydada təsdiq edilməklə), müsabiqə qaydalarına Əlavələrə uyğun olaraq, göstərilən xidmətlərin siyahısı, texniki xüsusiyyətlərinin təsviri, sosial xidmət növü üzrə tam və ya qismən ixtisaslaşması, ən azı 3 illik iş təcrübəsi, son 3 il ərzində  yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu  məlumatları əldə etmək məqsədi ilə müraciət edilə biləcək şəxslərin əlaqə məlumatları, sosial xidmət sifarişi üzrə müqavilənin yerinə yetirilməsinə rəhbərlik edən və texniki işləri yerinə yetirən işçilərin ixtisası və təcrübələri haqqında məlumat və onların müvafiq təlim proqramlarında iştirakını təsdiqləyən sənədlər (diplom və sertifikatların surətləri), təşkilatların  qiymət təklifi (ən azı 30 bank günü qüvvədə olmalıdır); təklif edilən xidmət dəyərinin 2% həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalıdır), Azərbaycan Respublikasında vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları, təşkilatın son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisi bəyannaməsi), təşkilatın son bir ildəki maliyyə vəziyyəti (dövriyyə) haqqında bank arayışı və müsabiqələrin əsas şərtlər toplularına Əlavələrə uyğun tələb olunan məlumatlar;

Müsabiqədə iştirak edən təşkilatların təklifləri Salatın Əsgərova küçəsi 85 ünvanına 20 fevral 2018-ci  il  saat 17.00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 21 fevral 2018-ciil saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  keçiriləcəkdir.

Müsabiqənin nəticəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 330 nömrəli Qərarına uyğun olaraq rəsmiləşdirilir.

Müsabiqə komissiyası;  Əlaqə telefonu: (012) 596-44-09

ŞƏRHLƏR
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39