Diabetə birlikdə qalib gələ bilərik
A A A
02/09/2018
Oxunma sayısı : 71424

|


Fevralın 9-da “Holiday Inn Baku” otelində Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Diabetə birlikdə qalib gələk” devizi altında tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı İlham Məmmədov, Respublika Endokrinoloji Mərkəzinin (REM), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Gənclər və İdman Nazirliyinin, Gənclərə Dəstək Fondunun, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən ADL-in sədri, REM-in endokrinoloqu Yeganə Sultanova Azərbaycan Diabet Liqasının fəaliyyətə başladığı 1999-cu ildən bu günədək əsas istiqamətinin I və II tip şəkərli diabetdən əziyyət çəkən xəstələrə kömək etməkdən ibarət olduğunu bildirib.


Təşkilat hüquqi, sosial və humanitar yardım göstərməklə tibbi proqram təminatı həyata keçirir. Bununla yanaşı, Liqa yay düşərgələrinin təşkili ilə də məşğuldur. Bu düşərgələrdə diabetin profilaktikası aparılır, xəstəlik barədə məlumat verilir, diyetoloq, psixoloq yardımı göstərilir, yoqa dərsləri təşkil olunur.

Diqqətə çatdırılıb ki, şəkərli diabetin ağırlaşması nəticəsində hər 7 saniyədə dünyada bir insan həyatını itirir. Y.Sultanova deyib: “Bir çox ölkələrdə şəkərli diabet ölümlə nəticələnən xəstəliklər arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 min insan bu xəstəlikdən əziyyət çəkir. Vaxtında aparılmayan profilaktika və müalicə ciddi fəsadlara gətirib çıxara bilər. Tez yayılan xəstəlik sosial-tibbi problemlər yaradır, ölkə iqtisadiyyatına və ailənin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2045-ci ilədək diabetdən əziyyət çəkənlərin sayı 693 milyona çata bilər”.

Y.Sultanovanın sözlərinə görə, statistika, çox təəssüf ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da diabet xəstələrinin sayında artımın müşahidə olunduğunu göstərir. Belə ki, müalicə-profilaktika müəssisələrində diabet xəstələrinin sayı 241323 nəfərdir, onlardan 73367-si Bakıda qeydiyyata alınıb. II tip şəkərli diabetdən 29830 nəfər (1683-ü Bakıda), I tip diabetdən - 211493 nəfər (71684-ü Bakıda) əziyyət çəkir. Bununla yanaşı, Azərbaycanda diabetdən əziyyət çəkən 1543 uşaq, o cümlədən 556 uşaq paytaxtda qeydiyyata alınıb. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən isə 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir. ADL-in sədri deyib: “Azərbaycanda da dünyanın hər yerində olduğu kimi, bu xəstəliyin artmasının əsas səbəbləri oturaq həyat tərzi, düzgün qidalanmama, artıq çəkidir. Lakin 70 faizədək hallarda II tip diabetə sağlam həyat tərzinə riayət etmək yolu ilə qalib gəlmək mümkündür”.

ADL-in sədri dünyanın inkişaf etmiş ölkələrində həkimlər və tibb işçiləri tərəfindən bu qlobal problemin həlli yollarının axtarılması istiqamətində aparılan tədqiqatlardan, həmçinin bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Qeyd olunub ki, Səhiyyə Nazirliyi I tip şəkərli diabet xəstəsi olan 90 uşağı təmənnasız olaraq insulin pompası və onun işlədilməsi üçün lazım olan vasitələrlə təmin edib. Sağlam qidalanma və fiziki fəallıq şəkərli diabetin medikamentoz müalicəsini tamamlayan mühüm təsir vasitəsidir. Təşkilat tərəfindən şəkərli diabet xəstələrinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində çoxlu layihələrə imza atılıb və bunlardan biri “Diabetə Yox deyək!” layihəsidir. Cəmiyyətin diqqətini insan ömrünü qısaldan bu xəstəliyə yönəltməkdən ötrü Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təklifi ilə 1991-ci ildən başlayaraq noyabrın 14-də Dünya Diabet Günü qeyd edilir. 2017-ci ildə Dünya Diabet Gününün mövzusu “Qadın və şəkərli diabet – sağlam gələcək bizim hüququmuzdur” olub. Aksiya şəkərli diabetin diabet ağırlaşması barədə maarifləndirməni və əhali arasında, o cümlədən reproduktiv dövrlü qadınlar arasında prediabeti aşkar edən skrininqi geniş yaymağı təbliğ edir.

Y.Sultanova çıxışında, həmçinin qeyd edib ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlara kömək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ardıcıl tədbirlər həyata keçirilir.




Azərbaycan Diabet Liqası 2017-ci ildən Beynəlxalq Diabet Federasiyasının üzvü seçilərək öz fəaliyyətinin yeni mərhələsinə addım atıb. ADL idarə heyətinin 2017-ci il üçün son, dekabr iclasında "DİABETƏ BİRLİKDƏ QALİB GƏLƏK" adlı mükafat təsis edilib.

Bu mükafat hər il diabetli insanların həyat keyfiyyətinin yüksəlməsində rolu olan, ADL-in fəaliyyətində ona dəstək duran qurumlara, ayri-ayri şəxslərə təqdim edilməsi nəzərdə tutulub. Mükafatlar hər dəfə müxtəlif naminasiyalar üzrə təqdim ediləcək.

İlk nominasiya dövlət qurumları və şəxsləri üçün nəzərdə tutulmuşdur.

İlk təşəkkür və mükafata Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri birinci xanım Mehriban Əliyeva layiq görülüb.



Digər mükafatlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, prof. Elmira xanım Süleymanovaya, Ailə, qadın, uşaq problemləri üzrə dövlət komitəsinə, Gənclər və İdman Nazirliyinə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinə, Milli məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri, prof. Hadi Rəcəbliyə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevə təqdim edildi.


Daha sonra çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, sağlam qidalanma, müntəzəm fiziki fəallıq, normal bədən çəkisini saxlamaq və tütündən imtina etməklə II tip diabet xəstəliyini sağaltmaq və ya ləngitmək, I tip diabet xəstəliyini isə effektli idarə etmək olar. Bütün dünyada diabetə qarşı ən səmərəli üsul maarifləndirilmə işidir. E.Süleymanova xatırladıb ki, Azərbaycanda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul edilib, bu proqramda şəkərli diabetin müalicəsində, nəticələrinin aradan qaldırılmasında və profilaktikasında prioritet istiqamətlər qeyd olunub, bu məqsədlərə 40 milyon manat ayrılıb.


ŞƏRHLƏR
XƏBƏRLƏR
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 20:05
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video - 14 / 10 / 2018 14:39