Sağlamlığa Xidmət ictimai birliyi həbsdən azadlığa çıxmış vərəmli xəstələrin müalicəsinə dəstək verir - Reportaj
A A A
02/17/2018
Oxunma sayısı : 95183
Sağlamlığa Xidmət İB həbsdən azadlığa çıxmış vərəmli xəstələrin müalicəsinə dəstək verir.

Vərəm dünya üçün təhlükəli hesab edilən xəstəliklərdəndir. İllərdir xəstəliklə mübarizəyə dünya ölkələri səfərbər olub, milyonlarla pullar ayrılıb, amma bütün bunlara baxmayaraq, dünyada hər 21 saniyədə bir insan vərəm üzündən ölür. Vərəm vaxtında aşkarlandıqda , doğrudan da müalicə olunan xəstəlikdir. Bir də cəmiyyətdə bu xəstəlik haqqında "kasıb xəstəliyi" və ya "məhkum xəstəliyi" kimi ifadələr də gəzir.

Amma vərəm tək cəzaçəkmə müəsisələrində deyil, mülki həyatda da yayıla biləndir.

XXI əsrdəyik, amma cəmiyyət hələ də xəstəlik haqqında məlumatsızlıqdan əziyyət çəkir. Elə xəstəliyin də yayılmasında əsas səbəb yalnış məlumat və ya məlumatsızlıqdır.
Vərəm xəstəliynə yoluxma 90% hava -damçı yolu ilə baş verir. Bütün insanlarda ağciyərdə mövcud olan vərəm çöplərini aktivləşdirmək, onun xəstəliyə çevrilməsi üçün səbəblər olmalıdır. Bu ağır şərtləri olan həyat tərzi, zərərli vərdişlər, bədənin müqavimətinin çox aşağı olmasıdır.

Vərəmə yoluxmuş insan dərmandan istifadəyə başladıqdan sonra zərərsiz hesab olunur.


Vərəm xəstəliyi inkişaf etmiş ölkəyə də baxmır. Misal üçün, Böyük Britaniyada hər il 7500 nəfər xəstəliklə rəsmi qeydiyyata düşür, onun 70%-i dərmana davamlı (MDR) vərəmli xəstələrdir. MDR- multi dərmanlarla rezistent vərəm xəstələri deməkdir, belə xəstələr ağır qrupa daxil olan qurbanlardır ki, onların müalicəsində daha güclü dərman vasitələrindən istifadə olunur. Azərbaycan da dünyanın ən çox MDR vərəm yükü olan 27 ölkəsi sırasında qərar tutur.Hər il dünyada 3,5 milyondan çox insan vərəmə yoluxur, 1 milyondan çoxu dünyasını dəyişir.


Azərbaycanda rəsmi rəqəmlərə görə, 10 min vərəmli var. 2016-2020-ci illər üzrə növbəti Vərəmlə Mübarizə Proqramı davam etdirilir. 10 il əvvəl "vərəm xəstəsi evdə müalicə ala bilər" desəydik, bu absurd olardı.


Vərəmli xəstələrin müalicəyə cəlb edilməsində, vaxtında aşkarlanmasında, onlara nəzarətdə isə problemlər mövcuddur. Xüsusən, cəzaçəkmə müəsisələrindəki vərəmli xəstələr və azadlığa buraxılmışların sonrakı taleyi necə olur, bəs həssas qrup nümayəndələri xəstəliyi ilə necə mübarizə aparır. Bu işdə fəal qeyri-hökümət təşkilatı "Sağlamlığa Xidmət" İctimail birliyinin fəaliyyəti ilə yaxından tanış olmağa dəyər.


Məlumat üçün üçün deyək ki, Elçin Muxtarlı 2008-ci ildə Brusseldə yaradılan Vərəm üzrə Avropa Koalisiyasında Azərbaycanı təmsil edir və 2012-ci ildən Koalisiyasının idarə heyətinin üzvüdür.


Söhbət əsnasında müsahibim onu da qeyd edir ki, Bu ilin sentyabrıda Nyu-Yorkda BMT-nin Baş Assamleyasının yüksək səviyyəli toplantısı keçiriləcək. Azərbaycanın da bu tədbirdə rəsmi şəkildə təmsil olunacağına ümid edirik.


E. Muxtarlı ilə söhbətimizə ara verib, təşkilatın layihə koordinatoru Pərvanə Vəliyevanı dinləyirik. O bizə "TB-Rep" proqramı haqqında məlumat verir.
Sağlamlığa Xidmət Təşkilatının azadlığa çıxmış vərəmli insanların izlənilməsi proqramının koordinatoru, ekspert Cingiz Ramazanlı deyir ki, vaxtı ilə keçmiş məhkumlar azadlığa çıxanda onların izlənməsi müşkül idi. İndi isə bu işdə dövlətə fəal qeyri hökümət təşkilatı olan "Sağlamlığa xidmət" ictimai birliyi böyük dəstək verir. Təşkilat Ədliyyə Nazirliyi və tibb müəsisələri ilə birgə həbsdən azadlığa çıxmış vərəmli insanların sağalması üçün əlindən gələni edir.


Nəzərə çatdıraq ki, Sağlamlığa Xidmət Təşkilatı bu günə qədər həbsdən azadlığa çıxmış 666 vərəmli insana dəstək verib. Görülən işlər barədə mütamadi dövlət orqanlaraına hesabat çatdırıb.

"Sağlamlığa xidmət" təşkilatının işi ilə daha yaxından tanış olmaq üçün növbəti gün 4 saylı Vərəm Əleyhinə Dispanserə yollanırıq.
4 saylı vərəm əleyhinə dispanserin şöbə müdiri Esmira Yusifova vərəmlə mübarizədə 24 illik iş təcrübəsi olan və 10-larla xəstəsi olmuş, qayğıkeş həkim- mütəxəsisdir. Onun xəstələri ilə davranışında səmimi həkim-pasiyent münasibətinin şahidi olduq. O, Sağamlığa Xidmət təşkilatı ilə əməkdaşlıq çərçivəsində bu gün müalicə həkimi olaraq növbəti xəstəsi ilə tanış olur.

Renat Yumayev kimi məsuliyyətli insanlar xəstəliyi ilə mübarizədə tək özünə, döğmalarına deyil, həm də cəmiyyət üçün numunə sayıla bilərlər.

Bu arada qeyd edək ki, Sağlamlığa Xidmət İB-dən bildirdilər ki, TB-REP və Keçmiş məhkum vərəmli xəstələrin müalicəsinin izlənilməsi layihəsindən başqa, Təşkilat 2014-cü ildə STOP TB Partnerşip qurumunun “Vərəmli xəstələri təmsil edən Vətəndaş cəmiyyətinin yaradılması və onların səsinin duyulmasına dəstək” layihəsinin Azərbaycanda əsas resipiyenti olub. Layihənin nəticəsi olaraq "Vərəmsiz dünya" vərəm xəstələrinin təşkilatı yaradılıb.


Həm də TB-REP layihəsi çərçivəsində, Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının maliyyə dəstəyi ilə, "Vərəmsiz gələcəyə doğru" pasiyent hüquqlarının müdafiəsi təşkilatı yaradılıb. Təşkilatın üzvləri keçmişdə vərəmin təsirinə məruz qalmış və qalib gəlmiş insanlardır. Təşkilatın əsas missiyası müalicədə olan xəstələrin sosial, iqtisadi, məişət və hüquqi problemlərinin həllinə köməklik göstərmək, onların bu problemlərinin dövlət orqanlarında qərarverici şəxslərə çatdırılmasına nail olmaqdır. İstərdik ki, vərəmə qalib gəlmiş insanlardan biri ilə sizi də tanış edək.


Videosüjetimizə yekun qeyd olaraq bildirək ki, Sağlamlığa xidmət İB-nin rəsmi internet saytı aktiv fəaliyyət göstərir. Təşkilat ilə əlaqə qurmaq istəyənlər bura müraciət edə bilərlər.

Sonda təşkilatın hazırladığı sosial video-çarxı təqdim edirik. Unutmayaq ki, çox xəstəlik kimi vərəm də tez aşkarlandıqda ondan qurtulmaq mümkündür. Sağlam olaq!

Ramina Eyvazqızı
Mirəli Abdullayev
Elmir Mirzəzadə
_________________
QHT.az
QHT TV


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20