Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur”
A A A
02/19/2018
Oxunma sayısı : 22896
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə Gənc Politoloqlar Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan İsveçin “Make a Change” vətəndaş cəmiyyəti təmsilçisinin rəhbəri Kristian Nordenström, İsveçin turizm sektorunun təmsilçisi,“Butikstrender” jurnalının sahibi Niklas Verner , o cümlədən "Gənclər Antisemitizm və Ksenofobiyaya qarşı" təşkilatının rəhbəri Siavuş Derəxti, Dünya Azərbaycanlıları Milli Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin sabiq sədri Cavad Derəxti BAMF-ın ofisində olublar. 
 
qhtxeber.az-a daxil olan məlumata görə, BAMF-ın prezidenti Umud Mirzəyev qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, reallıqlar, münaqişənin həlli perspektivlərinə dair məlumatlar verib. Müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, erməni ordusunun insanlıq əleyhinə törətdiyi  cinayətlər, Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün  həyatı barədə söhbət açıb. O, Azərbaycanın işğal faktoru ilə üz-üzə qalmasına baxmayaraq sosial-iqtisadi, hərbi sahədə güclənməsi, bu istiqamətdə əldə olunan nailiyyətlərə dair qonaqlara məlumat verib. U.Mirzəyev qonaqları rəhbərlik etdiyi BAMF-ın bu sahədə gördüyü işlər barəsində də məlumatlandırıb.
 
Bu əsnada U. Mirzəyev Avropa Parlamentinin isveçli üzvü Lars Adaktussonun Azərbaycanın  arzuolunmaz şəxslər siyahısına daxil edilməsi məsələsinə toxunub. BAMF prezidenti bildirib ki, Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırımı aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənasını daşıyır. Bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir. Üstəlik Lars Adaktusson uzun illər tarixi olan İsveç-Azərbaycan əlaqələrinə də zərbə vurmuş olur: “İsveç ictimaiyyəti bilməlidir ki, Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən, çirkli brilyant ticarəti, pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal edilmiş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil. Lars Adaktusson bu səhv addımı ilə kifayətlənməyərək, bu dəfə Avropa Parlamentində fevralın 27-si Qarabağ münaqişəsi ilə bağlı qondarma bir tədbir də keçirmək istəyir. Bu qondarma tədbirin Qarabağ münaqişəsinin ən böyük faciəsi Xocalı soyqırımının 26-cı il dönümünə  təsadüf etməsi belə isveçli deputatı bu tədbirlə bağlı fikrindən daşındırmayıb. Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti  Lars Adaktussonun bu hərəkətlərini pisləyir, onu ədalətli və obyektiv olmağa, öz səhv hərəkətləri ilə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara zərbə vurmamağa çağırır”. Umud Mirzəyev bildirib ki, onların bu məsələ ilə bağlı İsveç cəmiyyətini məlumatlandırması vacibdir. Qonaqlar isə Azərbaycan həqiqətlərinə dair İsçveçdə obyektiv məlumatın olmaması, bu səfər nəticəsində reallıqları öz gözləri ilə gördüklərindən, ölkənin inkişafı ilə tanış olduqlarından məmnun olduqlarını bildirdilər. Görüş çərçivəsində BAMF-ın təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqlara həsr etdiyi qısametrajlı filmi izləyərkən qonaqlar göz yaşlarını saxlaya bilmədilər.
 
Əslən azərbaycanlı olan Siavuş Deraxti Azərbaycanın haqq səsinin, həqiqətlərin  Avropada yayılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinin zəruriliyinə toxunaraq ölkəyə qarşı əsassız tənqidləri, təzyiqləri yolverilməz hesab etdiyini deyib.
 
Qonaqlar bu səfərin Azərbaycan haqda həqiqətlərin öyrənilməsi baxımından əhəmiyyətinə toxunublar və İsveçdən olan sahibkarların, jurnalistlərin Azərbaycan səfərinin reallaşdırılmasının vacib olduğunu bildiriblər. Səfər çərçivəsində Eurasia Diary portalına müsahibə də verən qonaqlar səfər barəsində daha geniş şəkildə öz təəssüratlarını açıqlayıblar. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Elçibəy, Hacı Nuran və çarəsiz 'Poni' - Səbuhi Mübarizoğlu yazır - 24 / 06 / 2018 10:51
“Kitab baba”nın 50 yaşı olur - 24 / 06 / 2018 09:57
«Козацтво Запорозьке» поздравил президента Азербайджанской Республики - 24 / 06 / 2018 06:13
Azay Quliyev üçün xüsusi tarix... - 23 / 06 / 2018 13:27
“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib - 23 / 06 / 2018 13:07
Növbəti tədbir Qusar rayonu Gənclər evində keçirilib - 23 / 06 / 2018 10:47
Əli Həsənov: Şuranın yaradılması ilə QHT hərakatına dəstək verildi - 23 / 06 / 2018 10:09
Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" - 23 / 06 / 2018 10:08
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - 23 / 06 / 2018 10:04
“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” - 23 / 06 / 2018 06:13
Ulu öndər Heydər Əliyevin qoyduğu yolun davamı - 23 / 06 / 2018 05:57
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Naftalan şəhər 2 saylı tam orta məktəbində layihənin təqdimatı olub - 22 / 06 / 2018 06:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
Layihə çərçivəsində tibbi-psixoloji təlim keçirilib - 20 / 06 / 2018 06:49
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37