50 manatlıq artistlər
A A A
02/19/2018
Oxunma sayısı : 28305
Seymur Verdizadə

Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar...

Bakıda, metronun “Əhmədli” stansiyası ilə “Ukrayna” meydanının arasında məşhur bir şadlıq evi fəaliyyət göstərir. Çoxlu qohum-əqrabası, yüzlərlə dost-tanışı olan bir adam kimi arabir məni də həmin şadlıq evinə toya dəvət edirlər. Yaddaşıma güvəndiyim üçün əminliklə deyə bilərəm ki, masada ən azı 21 cür soyuq qəlyanaltı, 10 növ isti yemək olur. Nəfsini tərbiyə etməkdə aciz olan uca millətimin şən övladları arağı su yerinə içirlər. Axşam 7-dən sonra bəylə gəlini təbrik etməyə gələn xalq artistlərinin, əməkdar artistlərin, “Tərəqqi” medallı artistlərin ardı-arası kəsilmir. Axırda pul yazdırmasan, elə bilərsən ki, toyda yox, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənət adamalrının iştirakı ilə keçirdiyi müşavirədəsən...

Dostumun oğlunun toyunda iştirak etmək üçün ötən həftə yolumu həmin şadlıq sarayından saldım. Ofisiant boşqabıma iki qaşıq salat çəkməyə macal tapmamış xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd müəllim fonoqrama ilə iki-üç bayağı mahnı oxuyub, nehrə boyda arvadların, boy-buxunda Koroğludan geri qalmayan cantaraq kişilərin şəkil çəkdirmək arzusunu yerinə yetirəndən sonra yerini əməkdar artist Bəsti Bəkirovaya verdi. Sağ tərəfimdə əyləşən tələbə yoldaşım Namiq müəllim fabrik toyuğunun ətindən bişirilmiş tikəni yeyib qurtarmamış Bəsti xanım ifasını başa vurub, məclisi tərk etdi. Əməkdar artist Elza Seyidcahan kababla eyni vaxtda gəldi. Bir andaca pərəstişkarlarının əhatəsinə düşən Elza xanımın başı şəkil çəkdirməyə qarışdığı üçün mahnı oxumaq yaddan çıxdı. Sonra isə hələ də Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda salona daxil oldu. Həmin vaxt Namiq müəllimin telefonunda jurnalist dostum Azər Həsrətin müsahibəsini oxuduğum üçün Sevdanın nə oxuduğu yadımda qalmadı. Bizim masanın ətrafında əyləşən kişilər siqaret çəkmək üçün bayıra çıxanda, əməkdar artist Cavanşir Məmmədovla Firuzə İbadova içəri girdi. Dostumun kasıb olduğunu bildiyim üçün bu qədər müğənnini hansı pulla toya dəvət etdiyi məni əməlli-başlı düşündürməyə başladı. Şəxsən tanıdığım, müxtəlif televiziya verilişlərində yanaşı əyləşdiyim, sənətinə hörmət etdiyim əməkdar artist Nüşabə Ələsgərli şadlıq evinə təşrif buyuranda təəccübüm ikiqat artdı. Burda bir sirr vardı. Bu sirri çözməsəm, gecə səhərə kimi gözümə yuxu getməyəcəkdi...

Təmiz hava almaq üçün bayıra çıxanda, foyedə dostumla qarşılaşdım. İlk sözüm bu oldu: “Nahaq yerə bu qədər məsrəf etmisən...”

Kişi heyrətlə üzümə baxıb, ağzını qulağıma yapışdırdı: “Bakıda burdan ucuz restoran yoxdur”.

Tez-tələsik dilləndim: “Bəs müğənnilər? Bunların biri toya 6-7 minə gedir. Bu qədər pulu hardan tapmısan?”

Dostum ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: “Yerin biri 25 manatdır. Müğənnilər isə restoranın hədiyyəsidir”.

Yenə fikrim qarışdı. Növbəti sualı verməkdən özümü saxlaya bilmədim: “Restoran 25 manatlıq yerdən nə qazanır ki, bunlara bir ətək pul verir?”

Dostum əlini çiynimə qoyub, belə dedi: “Mənim saf qardaşım, sən o adamların efirdə dediyi sözlərə inanma. Kimdir onlara 8-10 min manat verən? Bu gün gördüyün müğənnilərin hər biri bura 50 manata gəlib”.

Həyat yoldaşı dostumu çağırdığı üçün söhbətimiz yarımçıq qaldı...

Qonaqlarla beş-on dəqiqə söhbət edəndən sonra sağollaşıb, şadlıq sarayını tərk etdim. Pilləkənlərdən enəndə daha bir xalq artisti ilə qarşılaşdım. Əlli manatın arxasınca gəlmişdi...


Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra axtarış saytlarına daxil olub, müğənnilərin toy qiymətləri ilə bağlı kiçik bir araşdırma apardım. Həmin xalq artistinin qarşısında bu rəqəm yazılmışdı: 12 000 AZN.


Uşaq vaxtı bu cür situasiya ilə qarşılaşanda belə deyirdik: “Yalançının...”
İndi uşaq olmadığımız üçün ədəbsiz söz işlətmək bizə yaraşmaz. Amma gərək həmin artistlər də bizi uşaq yerinə qoymasınlar...

//qafqazinfo.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17