Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR
A A A
02/23/2018
Oxunma sayısı : 40162


Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans  keçirilib. Konfransa həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad Eyvazlının müəllifi, Milli Məclisin deputatı Cavanşir Feyziyevin məsləhətçisi olduğu və boşnak dilinə tərcümə edilmiş "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.



Konfransda Azərbaycan və Bosniya və Herseqovinadan millət vəkilləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.



Konfrans iştirakçıları  əvvəlcə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.



Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə Məhərrəmova və Murad Hüseynov tədbirdə çıxış ediblər.


Çıxış edənlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıq və amansızlıqla öldürüldüyünü, bir qisminin ağır yaralandığını, girov götürülüb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. O da vurğulanıb ki, Xocalıda törədilən həmin cinayətlər Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsidir. Eyni zamanda bunun arxasında azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.


Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında “Xocalıya Ədalət” kampaniyasının 10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin  məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlanan qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb.



O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Çıxışı zamanı, səfir, Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən "Böyüməyən uşaqlar” kitabı haqqında da danışıb. Eldar Həsənov kitabın müəllifinin həmin uşaqların yaşadıqları açı taleləri peşəkarlıqla qələmə almasını, erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə oxuculara çatdırmaq bacarığını xüsusilə qeyd edib.


Diplomat “Xocalıya Ədalət” kampaniyası çərçivəsində soyqırımının tanıdılması üçün dünya səviyyəsində böyük işlər görüldüyünü vurğulayıb.


Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə çıxışı zamanı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərə diqqət yetirən millət vəkili Ç.Qənizadə Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını Xocalıda törədilən  kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə və bu faciənin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.




Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirib. Xocalı soyqırımının bir sıra ölkələrin qanunverici orqanı, habelə ABŞ-ın çoxlu sayda ştatı tərəfindən tanındığını deyən professor T.E.Türe, Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış edib.


Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan "Böyüməyən uşaqlar” kitabının bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dilinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara öz boşnak dilində təqdim olunduğunu bildirib. Sonra E.Eyvazlı “Böyüməyən uşaqlar” kitabının necə yarandığı barədə danışıb. Çıxışının sonunda E.Eyvazlı 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində bosniyalıların qətlə yetirilməsi ilə həyata keçirilən soyqırımı aktı zamanı hər iki valideyni öldürülən insanlarla bağlı da bir kitab yazmaq istəyində olduğunu bildirib.


S.Hadjialiç çıxışında Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğunu sual edib. “Böyüməyən uşaqlar” kitabını oxuyarkən, hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor S.Hadjialiç, həmin uşaqların sanki böyümək şansı olmadığını, hər bir acı xatirənin can ağrısı verdiyini bildirib. 
Sonra S.Hadjialiç kitabdan sitat gətirərək, bir çıxarışa qulaq asmağı təklif edib: “Ata yox, ana yox. Biz uşaq ola bilmədik... Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə... Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki... Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq”.


Öz fikirlərini bölüşən Edin Halapiç,Xocalıda hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olarkən, onların acı xatirələrinin ona çox təsir etdiyini, sitatlar gətirərək, şahidlərin ifadələrindəki mesajların kitabın qeyr-adi olduğunu göstərdiyini bildirib. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün dəlil olduğunu hesab edən E.Halapiç, müəllifin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və “Böyüməyən uşaqlar” kitabını böyük auditoriyaya və soyqırımını öyrənən tədqiqatçılara tövsiyə edib. 


Azərbaycandan gəlmiş Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən həmin dəhşətli gecə Xocalıda yaşadıqları acı xatirələri bölüşüblər. 

 


Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilmiş uşaqların dünya xalqlarına müraciəti oxunub.


Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad ediblər.




Həmçinin, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil edilib, “J-Connect” təşkilatı tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının "Böyüməyən uşaqlar" adlı sənədli filmləri nümayiş olunub.


ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02