Sumqayıt hadisələri - məkrli planlar
A A A
02/23/2018
Oxunma sayısı : 20701

Əkrəm Bəydəmirli                 

  Hər il fevralın 27-28-də  Sumqayıt hadisələri haqqında media yazır, müzakirələr aparılır  və bu məkrli planların mahiyyəti geniş auditoriyalara, beynəlxalq ictimaiyyətə effektli şəkildə çatmır. Ermənilər isə hər zaman, bütün məsələlərdə  olduğu kimi Sumqayıt hadisələrini təhrif edərək, öz məkrli planlarına uğun şəkildə dünyaya çatdırmağa çalışırlar. Sumqayıt hadisələrindən 30 il keçsə də, onun qaranlıq məqamları hələ də qalır. 

 Niyə görə Sumqayıt hadisələri baş vermişdi?

Həmin vaxtda, yəni 1988-ci ilin fevralından başlayaraq Azərbaycan Ermənistanın ərazi iddiaları ilə üzləşirdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başladığı gündən orada yaşayan azərbaycanlılar tarixi dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdu. Ağdam-Əsgəran yolunda 1988-ci il fevralın 22-də iki azərbaycanlı gəncin – Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi. Amma ermənilər Azərbaycanın hər yerində, o cümlədən Sumqayıtda rahat şəkildə yaşayırdılar.

Ümumiyyətlə, tarixə nəzər salsaq  görərik  ki, bu xalq hər zaman qarışıq məqamlardan öz çirkin niyyətləri üçün istifadə edib. 1905-1907-ci illərdə, 1917-1918-ci illərdə  inqilabı hərakatın baş verdiyi dövrdə, istərsə də  I dünya müharibəsində  (1914-1918) Osmanlı ərazisində ermənilərin təxribatçı əməlləri məlumdur. Həmin situasiyalardan yararlanan bu xalq görün,  nə qədər  qanlı proseslərə imza atıb. Əslində Sumqayıt hadisələri də strateji erməni təxribatlarının tərkib hissəsi idi.

 Sumqayıtda ermənilərin terror qrupları orada yaşayan bir neçə sadə ermənini öldürməklə ciddi hədəflərə nail olmaq istəyirdi.

Bəs, onların strateji hədəfləri nə idi? 

1988-ci ildə təcavüzlə üzləşən  Azərbaycanı təzyiq altında saxlamaq və azərbaycanlıları vəhşi xalq kimi dünyada tanıtmaq, nüfuzdan salmaq üçün ermənilər belə qondarma planlarını həyata keçiriblər. Digər tərəfdən azərbaycanlılarla birgə yaşayışın mümkünsüzlüyünü yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə addımlar atıblar. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq üçün belə çirkin planların gerçəkləşdirilməsi şübhə doğurmur.

Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın  və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması, qaranlıq məqamlardan xəbər verir. O zaman  məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi.

 Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar.

 Azərbaycanın hüquq mühafizə orqanlarının bu hadisələri geniş təhqiq edərək  Sumqayıt hadisələrində günahkarların ortalığa çıxarılması və ümumilikdə bu prosesə hüquqi qiymət verilməsi müsbət haldır.

 Həmçinin  Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi Nadir Mirzəyevin mətbuat konfransında maraqlı məqama toxunub. Müstəntiq bildirib:  “Həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı, iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlılarının boynuna atmaq istəyiblər”.

 Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. İğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü,  hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri  Ermənistan  xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini  Eduard Qriqoryanın  və onun dəstə üzvlərinindən qoruya bilib.

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatda da qeyd olunub: “Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir”.

 Dəyərli oxucular, sonda onu qeyd etmək istərdim ki, erməni təxribatı ilə bağlı bütün məqamlar geniş tədqiq olunmalıdır, həmçinin Azərbaycanın əleyhinə aparılan saxta təbliğatı zamanında ifşa etmək üçün peşəkar beyin mərkəzlərinin formalaşmasına zərurət var.

 

ŞƏRHLƏR
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17