Sahib Məmmədov: "Vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir"
A A A
02/23/2018
Oxunma sayısı : 35530


“Vəkillik vacib institutdur. Ədalətli məhkəmə sistemi istəyiriksə, burada həm də müdafiə institutu güclü olmalıdır”
 
QHT.az xəbər verir ki, bunu AzVision.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
 
Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün imzaladığı sərəncama münasibət bildirən S.Məmmədov fikrincə, vəkillərin peşə fəaliyyətinə dövlətin dəstəyi alqışa layiqdir: 
 
“Azərbaycan Konstitutiyasının 61-ci maddəsinə görə, dövlətin öz üzərinə götürdüyü öhdəliklərdən biri əhaliyə yüksək peşəkar hüquqi yardımı təmin etməkdir. Bu baxımdan vəkillərin peşə təşkilatına dövlətin dəstəyi yalnız alqışlanmalıdır. Vəkilliklə bağlı bizdə xeyli problemlər vardı. Adambaşına düşən vəkillərin sayına görə az qala dünyada ən axırıncı yerlərdən birində idik, vəkillərin normal fəaliyyəti üçün bina yox idi. Bir çox məhkəmələrdə, istintaq orqanlarında vəkillər üçün şərait kifayət qədər yaxşı deyildi. Bu baxımdan ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyət daşıyır. Bu sərəncam Vəkillər Kollegiyasına yeni müasir bina ilə təmin olunmasını özündə ehtiva edir. Eyni zamanda vəkillər üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulub”. 
 
S.Məmmədov vurğulayıb ki, son zamanlar Azərbaycanda vəkilliklə bağlı cox ciddi dəyişikliklər baş verir: “Ötən ay Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirildi. İlk dəfə idi ki, 2000-ə yaxın şəxs imtahanlarda iştirak etdi. Onlardan 607 nəfər növbəti mərhələyə keçdi. Ümid edirik ki, proses davamlı olacaq və Azərbaycanda vəkillərin sayının kritik sayda az olmasının, xüsusən regionlarda, bəzi inzibati rayonlarda vəkillərin olmaması kimi problem aradan qalxacaq. Həmçinin vəkillərin peşəkar səviyyədə fəaliyyətini həyata keçirməsi üçün əlavə imkanlar yaranacaq. 
 
Dövlətin öhdəliklərindən biri də odur ki, təminatı olmayan şəxslərə pulsuz hüquqi xidmət təmin edilməlidir. Amma, bizdə bu xidmətin yerinə yetirilməsi üçün vəkilə verilən qonorarın həcmi çox az idi. Prezidentin sərəncamı ilə vəkillərə verilən məbləğ üç dəfə artırılır. Bu, çox əhəmiyyətli dəyişiklikdir. Ümid edirəm ki, sərəncam vəkillik sahəsində başlayan islahatların həyata keçməsinə təkan verəcək. 
 
Vəkillərin sayı artmaqla yanaşı, pulsuz hüquqi xidmətin göstərilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik ediləcək. Pulsuz hüquqi yardımdan kimlərin bəhrələnə biləcəyi ilə bağlı mexanizmlər yaradılacaq. Bu sahədə görüləcək işlər çoxdur. Hesab edirəm ki, ölkə başçısının sərəncamı yalnız maddi dəstəkdən ibarət deyil, bu, həm də ölkə rəhbərliyinin vəkillik institutuna dəyər verməsinin göstəricisidir. Əminəm ki, islahatları həyata keçirən Vəkillər Kollegiyasının yeni rəhbərliyinə qol-qanad verəcək”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Elçibəy, Hacı Nuran və çarəsiz 'Poni' - Səbuhi Mübarizoğlu yazır - 24 / 06 / 2018 10:51
“Kitab baba”nın 50 yaşı olur - 24 / 06 / 2018 09:57
«Козацтво Запорозьке» поздравил президента Азербайджанской Республики - 24 / 06 / 2018 06:13
Azay Quliyev üçün xüsusi tarix... - 23 / 06 / 2018 13:27
“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib - 23 / 06 / 2018 13:07
Növbəti tədbir Qusar rayonu Gənclər evində keçirilib - 23 / 06 / 2018 10:47
Əli Həsənov: Şuranın yaradılması ilə QHT hərakatına dəstək verildi - 23 / 06 / 2018 10:09
Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" - 23 / 06 / 2018 10:08
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - 23 / 06 / 2018 10:04
“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” - 23 / 06 / 2018 06:13
Ulu öndər Heydər Əliyevin qoyduğu yolun davamı - 23 / 06 / 2018 05:57
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Naftalan şəhər 2 saylı tam orta məktəbində layihənin təqdimatı olub - 22 / 06 / 2018 06:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
Layihə çərçivəsində tibbi-psixoloji təlim keçirilib - 20 / 06 / 2018 06:49
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37