Kimin evini yıxırsan?
A A A
03/05/2018
Oxunma sayısı : 27591
Könül Quliyeva
Hüquqşünas 

İctimai nəqliyyatda bəzən gənclərin qocalara yer verməməsi hallarına yəqin ki, şahid olmusunuz. Bu hallarla rastlaşanda istər-istəməz narahat oluruq və belə halların olmamasını arzulayırıq. Ancaq gənclərə mədəni şəkildə böyüklərə yer verilməsi zərurətini anlatmaq əvəzinə, bu hallara görə onların təhqiredici ifadələrlə aşağılanması yolverilməzdir. 

Mütəmadi olaraq ictimai nəqliyyatda bəzi yaşlı qadınların gənclərə qarşı qeyri-adekvat davranışlarının şahidi oluram. Belə yanaşma gənclərdə ictimai dəyərlərimizə qarşı ikrah hissi yaradır. Xüsusilə də belə durumda bəzi qadınların “müdrikcəsinə” gənclərə guya hansısa “dəyərlər”i aşılamaq, öyüd-nəsihət vermək istəyi, bu dəyərləri daha çox gözdən salır, nəinki onu təbliğ edir.

Bir gün təxminən 40-45 yaşlı bir qadın, yaşı bəlkə də 18-i tamamlamamış gənc qıza- “az, oğlan görəndə dingildəyirsiz, yaşlı görəndə də kor olursuz. Dur, o yaşlı kişiyə yer ver” deməsinin şahidi oldum. Həmin qadına gəncin cavabı, “siz bilirsiniz mən niyə ayağa qalxmadım? Səbəbi bilmədən məni niyə təhqir edirsiniz?”- oldu. Bu qadın daha ağır təhqiredici ifadələrlə gənc qızı o həddə çatdırdı ki, hirsindən ağlaya-ağlaya çantasını onun üstünə atdı. Üz-gözündən və əllərinin əsməsindən əsəb xəstəliyi hiss olunan bu gənc qızı heç kim azğınlaşmış qadınının əlindən ala bilmirdi. Ağzını açanı da həmin qayda ilə təhqir edirdi. Növbəti dayanacaqda avtobusda olan digər gənclər döyülüb haldan düşmüş, huşunu itirəcək bir hala gəlmiş bu zavallı qıza yardımçı olaraq onunla birlikdə düşüb, tək buraxmadılar. 

Bu günlərdə isə yenə də 18 saylı marşurutla hərəkət edən avtobusda heç 15-16 yaşını tamamlamamış arıq, cılız və hicablı bir gənc qız oturub sosial şəbəkədən istifadə edirdi. Birdən yenə ortayaşlı bir qadın: “Az, o telefonda kimin evini yıxırsan? Ona-buna yazdığını saxla, dur, ağbirçək qadına yer ver”- dedi. Yeniyetmə qız qıpqırmızı olaraq, özünü belə müdafiə edə bilmədi. Ağlamaq necə tutdusa, sonradan davam edən digər təhqirləri yəqin ki, eşidə bilmirdi. Qızı müdafiə edən hər kəsə isə “siz də onun kimi tərbiyə almısınız”- deyərək, aşağılayırdı. 

Təbii ki, mən bu kimi davranışları susqunluqla qarşılaya bilmirəm və yerindəcə lazımı addımları atıram. Hər iki qadını hüquqi arqumentlərlə susdursam da, düşünürəm ki, gənclərin günbəgün belə təhqir olunması, döyülməsi və həmin şəxslərin kənardan olan qınaqlarla susdurulması heç də doğru hal deyil. Əslində bu əməl kiçik xuliqanlıqdır və düşünürəm ki, bizim hər birimiz üzləşdiyimiz belə xuliqanlıqlarla bağlı hüquq müstəvisində ölçü götürməliyik.

Bir gənci ictimai nəqliyyatda məhz yaşlıya yer verməməsinə görə kobud şəkildə təhqir edən adamları ictimai qınaq obyektinə çevirməklə yanaşı, təhqirə görə həm də cəzalandırmaq lazımdır. Odur ki, hüququnu bilməyən gənclərə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsi sizə bu hüququ tanıyır. Maddədə göstərilir ki: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. Xatırladım ki, şərəf və ləyaqətin müdafiəsi hüququnu rəhbər tutaraq aidiyyatı qurumlara müraciət etmək olar. Həmçinin, ictimai qaydaların, ictimai təhlükəsizliyin və mənəviyyatın əleyhinə olan inzibati xətalara da yol verməməliyik. 

Yaşlı insanlara hər zaman hər yerdə sayğı ilə yanaşmaq, onlara hər mənada yardımçı olmaq bütün gənclərin mənəvi borcudur. Bu mənəvi borc dədə-babalarımızdan bizlərə qalan ən dəyərli mirasdır. Bir çox xalqlar bizim bu mənəvi zənginliyimizə heyranlıqla yanaşırlar və bu kimi dəyərləri bizlərdən öyrənirlər. Bəs bizlər, indiki gənc nəsilə bunları necə öyrədirik? Aqressivliklə, söyüş və təhqirlərləmi?
Üzündən saflıq, məsumluq yağan 15-16 yaşlı qıza “kmin evini dağıdırsan?” ifadəsi ilə aşağılamağa heç kəsin haqqı yoxdur. Əgər kimsə özündə belə bir haqq olduğunu düşünürsə, o, ümumiyyətlə dəyərdən xəbərsiz olan cahildir. Biz doğurdan da gənclərimizə adətlərimizi aşılamaq istəyiriksə, bunu sevgiylə etməliyik. Onlardan çox nəzakətlə yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verməsini xahiş etməklə bu adəti onların beyninə həkk edə bilərik. 

Bəzən elə gənclər var ki, çox ciddi sağlıq problemi olduğunu kimsəyə açıb deyə bilmir və belə təhqirlərə, qınaqlara görə ağlamalı olur, mənəvi sarsıntı keçirir. Cəmiyyətimizin bu günündən gələcəyinə körpü olan gənclərimizi aşağılamağa nə adətlərimiz, nə də qanunlarımız icazə verir. Belə neqativ hallarla rastlaşdıqda ona mütləq münasibət ifadə edin. 

ŞƏRHLƏR
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17