Şura 463 QHT-ni qalib elan etdi
A A A
03/05/2018
Oxunma sayısı : 94492
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin yekunları, Şuranın 2018-ci il fəaliyyət planı, Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni elan edib.

Gündəlik yekdilliklə təsdiq olunub. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı Şuranın elektron resursuna 651 daxil olmanın qeydə alındığını, onlardan 647 təşkilatın layihə təqdimetmə mərhələsində iştirak etdiyini, 53 təşkilatın texniki şərtlərlə bağlı yol verdiyi qüsurlara görə prosesdın kənarda qaldığını, 594 layihənin isə ekspertizaya göndərildiyini bildirib.


İcraçı direktor ötən ilin 7 dekabrında “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi elan edildiyini, bununla bağlı Şuraya 24 müraciətin daxil olduğunu deyib. F.Qurbanov 444 təşkilatın 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilatın isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını topladığını bildirib.

Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət planı haqqında da ətraflı məlumat verib. Katibliyin icraçı direktoru Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları, prosedurları, şərt və qaydaları haqqında da geniş məruzə edib.

Vüsal Quliyev QHT-lərin ölkənin ictimai həyatında fəal iştirak etdiyini qeyd edərək 2018-ci il birinci qrant müsabiqəsinə müraciət edən QHT-lərin layihələrinin 80%-nin ekspert ballarının müsbət olmasının təqdirəlayiq olduğunu bildirib. O həm yeni yaranan, həm də təcrübəli QHT-lərin cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.
Şura üzvləri Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Emin Həsənli, Əliməmməd Nuriyev, Nərgiz Xələf və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.

Şura 2018-ci il birinci qrant müsabiqəsinin, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin nəticələrini və qurumun 2018-ci il fəaliyyət planını təsdiq edib. İclasda həmçinin 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında da qərar qəbul edilib. 

Yuxardı qeyd olunan hər iki qrant müsabiqələrinin nəticələri və 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları ilə Şuranın internet saytları (www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az) vasitəsi ilə tanış ola bilərsiniz.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrasına başlanılıb - 01 / 12 / 2018 10:30
Mikayıl Cabbarov xeyriyyəçilərin vergidən azad olunması təklifini DƏSTƏKLƏDİ - 30 / 11 / 2018 19:35
QHT sədri Üzeyir Hacıbəylinin ev muzeyində olub - 30 / 11 / 2018 17:15
ƏSMİD ictimai birliyinin ümumtəhsil məktəblərində təlimləri davam edir - 30 / 11 / 2018 11:03