Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun foto sərgisi açılıb.
A A A
03/11/2018
Oxunma sayısı : 57034

|

Gürcüstanda yaşayıb-yaradan məşhur azərbaycanlı fotoqraf,
tanınmış foto-müxbir, 
Gürcüstanın Əməkdar jurnalisti, 
müharibə veteranı, 
“Associated Press” agentliyinin foto-müxbiri 
Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub. 

Sərgi Veteranların İşi üzrə Dövlət Xidmətinin Gürcüstanın paytaxtı Tiflis şəhərində yeni istifadəyə verilən binasında açılıb.

ZiM.Az-ın Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, yeni binanın və foto-sərginin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Baş nazir Georgi KvirikaşviliGürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunduqlarını bildirib. Qeyd edib ki, veteranlar Gürcüstanın suverenliyi, dövlət müstəqilliyi uğrunda çox işlər görüblər və onlar heç vaxt diqqətdən kənarda qalmayacaqlar. Gürcüstan hökuməti veteranların sosial müdafiəsi ilə bağlı yeni proqram və layihələr hazırlayır. Belə bir binanın istifadəyə verilməsi hökumətin yeni layihələrinin tərkib hissəsidir.

Hökumət başçısı bildirib ki,yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara bizim mübarizə əzmimizi əks etdirmək üçün sərgilənir.

Baş nazir veteranları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, Şahvələd Eyvazova təşəkkür edib, ona yaradıcılıq uğurları arzulayıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze bildirib ki, Ş.Eyvazov özü şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvərdir. Bu sərgidə onun 200-dən çox fotosu sərgilənir. Bu fotolarda müharibənin ağrı-acısı ilə yanaşı, gürcü xalqının suverenliyi və müstəqilliyi, torpaqlarımızın azadlığı uğurundakı mübarizəsi əks olunub. Fotojurnalist Ş.Eyvazovun lentə aldığı hər bir foto, bizə dövlətçiliyimizin, müstəqilliyimizin necə baha başa gəldiyi hissini yaşadır. O, Ş.Eyvazova minnətdarlıq edib və bildirib ki, fotolar ofisə hədiyyə edilib.

Şahvələd Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Gürcüstan hökuməti mənim əməyimi qiymətləndirərək bu sərgini təşkil etdi. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq”.

Sərgiyə baxan Gürcüstanın müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər 
Şahvələd Eyvazovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.


Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından - 
əziz və hörmətli soydaşımız, Gürcüstanın Əməkdar jurnalisti, 
Aleksandr Roinişvili adına mükafatın laureatı, tanınmış fotoqraf, sözün əsl mənasında 
DƏYƏRLİ ZİYALI, GÖZƏL SƏNƏTKAR və XEYİRXAH İNSAN - ŞAHVƏLƏD EYVAZOVu
bu yeni uğuru - yeni sərgisinin yüksək səviyyədə keçirilməsi münasibətilə ürəkdən təbrik edir, 
ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatında və sənət yaradıcılığında 
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az

Azərbaycan Fotoqrafları ictimai birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17