Azərbaycan siyasi modelinin dünyaya təsiri- “Bizim Planet”də
A A A
03/12/2018
Oxunma sayısı : 23140
“Dünyamızı qaçqın-köçkün, miqrant problemləri, eləcə də islamofobiya, ksenofobiya və ikili standartlar kimi məsələlər narahat edir. Dünyada baş verən bu qlobal problemlərin əksinə bu gün Azərbaycanda tam təhlükəsizlik və ictimai-siyasi sabitlik mövcuddur”. –bunu “Bizim Planet” verilişinin keçən həftəki buraxılışında politoloq Rufiz Qonaqov vurğulayıb.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov və millət vəkili, Avropa İttifaqı  Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin iştirak etdiyi müzakirələr zamanı dünyadakı qlobal siyasi-ictimai problemlər, onların yaranma səbəbləri və bütün bu məslələrin əksinə öz dövlətçilik prinsipləri ilə qurulan Azərbaycan siyasi modelindən danılışılıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov son dövrlərdə Avropada hökm sürən islamofobiya, ksenofobiya məsələlərini xüsusi qeyd edib. Politoloq ötən həftə Almaniyada məscidə qarşı törədilən vandalizm, Bremendəki “Fateh” məscidinin divarlarına islamofob və ksenofob şüarların yazılması, bununla belə 2017-ci ildən bu yana Almaniyada müsəlmanlara və məscidlərə qarşı azı 950 hücum faktının qeydə alınmasını tamaşaçıların diqqətinə çatdırıb. Verilişdə bildirilib ki, digər bir tərəfdən qaçqın-köçkün və miqrant problemlərini “həll etməyə” çalışan Avropanın qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edən etiraz dalğalarının çoxalması göstərir ki, Avropanın özünün yaratdığı vəziyyətə dünya və eləcə də öz xalqları qarşısında cavab vermə iqtidarı yoxdur.

Avropada uzun illərdir mövcud olan bu problemlərin müzakirəsində iştirak edən Avropa İttifaqı  Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev vurğulayıb: “2008-ci ildən Avropa ölkələrində başlayan böhran bir çox çətinliklər ortaya çıxartdı. Təbii ki, bu ölkələrdə mövcud olan siyasi partiyalar öz mövqelərini ortaya qoymaq üçün bir sıra vədlərlə çıxış etməyə başladılar. Verilən bu vədlərin zamanında yerinə yetirilməməsi cəmiyyətdə çaşqınlıq yaratdı”.

Veriliş boyu sözü geden məslələrin yaranma səbəbləri və nəticələri ilə bağlı fikir mübadiləsində millət vəkili Elman Nəsirov bildirib ki, dünyada səbəbsiz heç nə yoxudur. “Bəli, dünyamızda belə qorxulu tendensiyaların yaranmasında bir səbəb beynəlxalq hüququn düzgün işləməməsidir. Əgər hüquq və güc birləşsə belə problemlər olmaz. Beynəlxalq hüququn düzgün tətbiq edilməsi dünyanın siyasi nəbzini dəyişə bilər”. –deyə siyasi elmlər doktoru vurğulayıb.

Politloq Rufiz Qonaqov Yaxın Şərqdə “Ərəb baharı” siyasi imicinin yaranmasını diqqətə çəkərək bildirib ki, Avropanın bu addımından sonra ərəb ölkələrində ictimai-siyasi sabitlik pozulmağa, islamofobiya kimi hallar çoxalmağa başladı ki, bu da Azərbaycan, Cənubi Qafqaz və digər regionlara da təsir etməyə bilməz.

Bildirilib ki, “Ərəb baharı” siyasəti ərəb sivilizasiyası və mədəniyyətindən xəbəri olmayanlar tərəfindən yazılan bir ssenaridir ki, bu gün ərəb dövlətlərinin dağılmasına, çoxlu inasanların məhv olmasına səbəb olub. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində nə Amerika, nə də Avropa demokratik yanaşmır. Sözdə haqlı tərəfi müdafiə edən beynəlxalq təşkilatların son sözü “öz aranızda həll edin” olur. Öz üzərlərinə götürdükləri öhdəlikləri yaradan da, pozan da özləridir.

İraqda kürd dövlətinin yaranmasına, Kataloniyanın müstəqillik əldə etməsinə dərhal obyektiv yanaşan Avropa Birliyi və beynəlxalq təşkilatlar necə olur ki, bəs 26 ildir mövcud olan Azərbaycan-Ermənistan münaqişəsnin həllinə bu qədər səbr edir və dözür? Bütün bunların bir səbəbi də Amerika və Avropanın birgə siyasəti, ikili standartlar və beynəlxaq hüququn düzgün qurulmamasıdır.

Verilişdə qeyd olunub ki, dünyada baş verən qlobal problemlərin əksinə Azərbaycanda bu gün tam təhlükəsizlik və ictimai-siyasi sabitlik mövcuddur. Burada yaşayan müxtəlif xalqlara, dinlərə qarşı tolerantlıq, multikulturialist dəyərlər sarsılmaz siyasətlə həyata keçirilir. Dövlətin yürütdüyü uğurlu siyasət özünün qaçqın və məcburi köçkün məsələlərinin həlli, eləcə də ikili standartlara baxmayaraq Dağlıq Qarabağ münaqişəsində ortaya qoyduğu qətiyyətli mövqeyi, güclü iqtisadiyyatı və artmaqda olan nüfuzu dünyanın bir sıra ölkələrini narahat edir.

Bildirilib ki, Aərbyacanın kiçik bir ölkə olmasına baxmayaraq qısa zamanda regionun lider dövlərinə çevrilərək müxtəlif sahələrdə dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, özünün deyil dünyanın problemlərinin həllinə yönələn beynəlxalq konfransların və tədbirlərin təşkilinə ev sahibliyi etməsi sübut edir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir və dünyaya tövhə verən bir ölkə kimi tanınır.

Vurğulanıb ki, milli dövlətçilik mövqeyindən bir addım da kənara çıxmayan dövlət siyasəti əminliklə özünün “Azərbaycan modeli”ni yaradaraq dünya ölkələrini də bu siyasətə, sülhə, dostluğa və qardaşlığa səsələyir. Qeyd edilib ki, Azərbaycan bu mövqeyindən gələcəkdə də hər zaman uğurla çıxış edəcəkdir.  

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Elçibəy, Hacı Nuran və çarəsiz 'Poni' - Səbuhi Mübarizoğlu yazır - 24 / 06 / 2018 10:51
“Kitab baba”nın 50 yaşı olur - 24 / 06 / 2018 09:57
«Козацтво Запорозьке» поздравил президента Азербайджанской Республики - 24 / 06 / 2018 06:13
Azay Quliyev üçün xüsusi tarix... - 23 / 06 / 2018 13:27
“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib - 23 / 06 / 2018 13:07
Növbəti tədbir Qusar rayonu Gənclər evində keçirilib - 23 / 06 / 2018 10:47
Əli Həsənov: Şuranın yaradılması ilə QHT hərakatına dəstək verildi - 23 / 06 / 2018 10:09
Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" - 23 / 06 / 2018 10:08
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - 23 / 06 / 2018 10:04
“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” - 23 / 06 / 2018 06:13
Ulu öndər Heydər Əliyevin qoyduğu yolun davamı - 23 / 06 / 2018 05:57
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Naftalan şəhər 2 saylı tam orta məktəbində layihənin təqdimatı olub - 22 / 06 / 2018 06:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
Layihə çərçivəsində tibbi-psixoloji təlim keçirilib - 20 / 06 / 2018 06:49
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37