DİM-lə bağlı təkliflər - Şəffaflıq üçün QHT-lər təmsil olunmalıdır
A A A
03/12/2018
Oxunma sayısı : 54807


Əvvəllər ali məktəblərə qəbul imtahanını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirdi. Lakin sonradan Dövlət İmtahan Mərkəzi yaradıldı və bu öhdəlik ona həvalə olundu.

Bu qurum indi də kifayət qədər şəffaf fəaliyyəti ilə tanınır. Amma DİM-in komissiyasında Qeyri Hökumət Təşkilatı üzvlərinin, təhsil ekspertlərinin və ya özəl universitetlərin nümayəndələrinin olmaması bəzi məqamları sual altında qoyur. Əsas sual isə ondan ibarətdir ki, əgər qurumun fəaliyyəti bu qədər şəffafdırsa, onda niyə oradakı proseslər qapalı, ictimai fikirdən uzaq keçirilir? İmtahan qaydalarının bütün insanlar üçün müxtəlif dərəcədə əhəmiyyətli olmasını nəzərə alsaq, bu komissiyanın ictimai fikrə daha çox yer ayırmalı olduğu aydın olar.

Mövzu ilə bağlı AzEDU.az-a danışan təhsil eksperti Almaz Həsrət sanballı, şəffaf fəaliyyət göstərən QHT-in çox az olduğunu bildirib:

“QHT və ya təhsil ekspertləri hər hansı komissiyaya dəvət olunmazdan əvvəl tam dəqiqliyi ilə araşdırılmalıdırlar. Çünki onlar arasında Azərbaycan təhsili ilə bağlı verilən qərarlardan tam uzaq olanları var. Belələrini təbii ki, DİM komissiyasına yaxın qoymaq olmaz. Çünki, burada şəffaflığı qorunan mühit var. Bu cür adı olub özləri olmayan, yeni təhsil strategiyasından xəbərsiz olanların buraya daxil olması həmin şəffaflığa kölgə sala bilər.

410602164.jpg

Amma etiraf edək ki, daha mükəmməlləri də var. Onlar həqiqətən də təhsilin inkişafı üçün əllərindən gələni edirlər və DİM komissiyasında təmsil olunmağa layiqdirlər.

DİM həqiqətən də şəffaf bir qurumdur. Mən inanıram ki, gələcəkdə DİM komissiyasına sanballı QHT-lər üzv ola bilər”.

O, həm də QHT-lərin bu komissiyaya üzv olmasının tərəfdarı olduğunu deyib:

“Əgər QHT nümayəndələri DİM komissiyasının üzvü olarsa, orada olan hər şeyin şahidi olacaqlar. Öz təşkilatları adından mətbuata, ictimaiyyətə açıqlama verəcəklər. Bu baxımdan çox yaxşı olar. Amma məncə hələ ki, tələbə qəbulu ilə bağlı prosesləri dərindən  bilən QHT gözə çarpmayıb”.

Ekspert qəbul imtahanların tərəfdarı olmadığını vurğulayıb:

“Mən bu komissiyada təmsil olunsaydım, deyərdim ki, gəlin ali məktəblərə  qəbul qaydalarını çətinləşdirməyək. Ümumiyyətlə, qəbul imtahanının olmamasını təklif edərdim. Çünki Azərbaycanda qəbul imtahanları çox ciddi keçirilir. Türkiyə, Gürcüstan, Rusiya, Ukraynada qəbul imtahanı olmur. İstədiyin hər hansı universitetə  müsahibə yolu ilə daxil olursan. Birinci il oradakı tədrislə tanış olursan, ixtisası qavrayırsansa məhz  ondan sonra imtahan verə bilirsən. Bu zaman yalnız özünü doğruldub müsbət qiymət alanlar təhsilini davam etdirə bilir. Mən əlimdə ali təhsil haqda diplomumu boş-boş gəzdirməkdənsə, savadlı kadr olmağı daha üstün tuturam.

Bizim uşaqlarımız ali məktəbə qəbul olmayanda psixoloji sarsıntı keçirirlər. Belə olsa, bunun qarşısı da alınar. İllərdir xalqımızın düşüncəsində qalıb ki, mütləq hamının diplomu olmalıdır. Hətta bəzən diplomu olmayana düzgün yanaşmırlar. Bir insanın hər tərəfli inkişafı üçün ali təhsili təsdiq edən bir sənədinin olması mütləq deyil. Yəni insan daim oxumalıdır. Sənəd yox, oxumaq dalınca qaçmalıdır”.

Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı hesab edir ki, DİM-in komissiya və ya ictimai şurasında QHT-nin təmsil olunması yalnız işin xeyrinə olardı: “Bu, təkcə arzu deyil, həm də günün tələbidir. DİM TQDK deyil. Bu daha geniş fəaliyyət göstərən, səlahiyyətləri böyümüş və Publik Hüquqi Şəxs statusu almış təsisatdır. Adından göründüyü kimi imtahan mərkəzidir.

101857_zki8dctlty.jpg

İmtahan verən şəxslər topladıqları balın, düzgün qiymətləndirmə, imtahan suallarının asan, yaxud çətin olması və  imtahana aid olan digər məsələlərdən heç də həmişə razı qalmırlar. Ona görə də düşünürəm ki, daha şəffaf fəaliyyət göstərən ortamın yaradılması işimizə xeyirdir.

Dövlət başçısı müvafiq sənədlər imzalayıb, şərait yaradılıb, zaman-zaman qanunvericilikdə müvafiq düzənləmələr həyata keçirilib və nəticədə belə qurum yaradılıb. Bu qurum da yeni dövrün tələblərinə, dövlətin imtahan mərkəzinin üzərinə qoyduğu vəzifələrə  uyğun olaraq, vətəndaş cəmiyyəti institutlarının onların işində iştirakında maraqlıdır. Bu marağı yalnız sözdə yox, real müstəvi üzərində də əks etdirməklə də hər birimiz üçün daha uyğun ortam yaratmış olarıq.

İmtahanlarla bağlı məsələlər bu və ya digər dərəcədə hər bir ailəni maraqlandırır, yalnız  ictimai sektoru maraqlandırmır. Burada xalq maraqlarının ifadəsini görmək olar.

 Hazırda tam fərqli, daha da demokratikləşmiş, geniş hüquqlar əldə etmiş bir ortam var. Xalqımızın dövlət həyatında fəal iştirakı üçün yaradılmış şəraitdən faydalanmaq baxımından, elə hesab edirəm ki, təkcə DİM yox, bütün təsisatlar, vətəndaş cəmiyyəti institutu fəallarının onların işində yaxından iştirakına maraq göstərməlidirlər”.

Təhsil eksperti Etibar Əliyevin fikrincə, DİM-in fəaliyyəti kifayət qədər şəffafdır və ictimaiyyət nümayəndələrinə açıq qurumdur:

“DİM-in keçirdiyi imtahanlar cəmiyyət üçün kifayət qədər açıqdır. O, imtahan nəticələrini qısa vaxt ərzində açıqlayır. Apelyasiya üçün şərait yaradılıb. Əsas odur ki, apelyasiya şikayətləri və narazılıqlar aşağı səviyyədədir. Yəni biliyin qiymətləndirilməsində şəffaflıq gözlənilib. İmtahanlardan qabaq maarifləndirmə istiqamətində çox ciddi addımlar atılır.

90584.jpg

DİM-də QHT-nın, təhsil ekspertlərinin iştirakı məsələsinə gəldikdə isə, düşünürəm ki, biz həmin qurumda kifayət qədər təmsil olunuruq. DİM-nin rəhbərliyi İctimai Nəzarət Şurası təsis edib. Biz də QHT, təhsil ekspertləri və media nümayəndələri ilə birgə  həmin şurada varıq və istənilən sorğumuza cavab verilir. Buraxılış imtahanlarına cəlb olunmuşuq. Hansısa dəyişikliklər baş verərsə, növbəti mərhələlərdə qəbul imtahanlarında da iştirak edəcəyik. Yəni biz istənilən vaxt QHT və təhsil ekspertləri olaraq DİM-ə müraciət edirik. Bizim iştirakımız yüksək qiymətləndirilir. Mən hesab etmirəm ki, DİM qapalı qurumdur. Ondan çox qurumlar nümunə götürməlidirlər”.

Lamiyə Süleymanlı


AZEDU.az

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02