“Daxili Qoşunlar təhlükəsizliyimizin təminində hər zaman əlahiddə rol oynayıb”
A A A
03/13/2018
Oxunma sayısı : 37606

“Daxili Qoşunlar təhlükəsizliyimizin təminində hər zaman əlahiddə rol oynayıb”

 

Cəlil Xəlilov: “Bu qoşun növünün Qarabağ müharibəsindəki qəhrəmanlığı buna nümunədir”

 

Bu gün DİN-nin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümüdür. Azərbaycanın ərazi bütövlüyünün təminatında , erməni təcavüzünə qarşı mübarizədə, habelə ölkədaxili sabitliyin qorunmasında yaxından iştirak edən Daxili Qoşunlar, bu gün də ölkəmizin təhlükəsizliyinin əsas qarantlarından biri hesab edilir.

Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Daxili Qoşunların bütün kollektivini təbrik edib, bu qoşun növünün əhəmiyyətinə diqqət çəkib:

“Mən öncə təşkilatımız adından Daxili Qoşunların bütün şəxsi heyətini bu tarixi gün münasibəti ilə təbrik edir, onlara xidməti və şəxsi həyatlarında uğurlar arzulayıram.

Daxili sabitliyin qorunmasında təbii ki, DİN-nin Daxili Qoşunlarının mühüm rolu vardır. Daxili Qoşunlar yarandığı vaxtdan bu günə qədər Azərbaycan dövləti və xalqının təhlükəsizliyinin təminində əlahiddə rol oynayan qoşun növü olub və bu gün də özmissiyasını uğurla, layiqincə yerinə yetirməkdədir.  Daxili Qoşunların rolu yalnız edilənlərlə məhdudlaşmır.

Daxili Qoşunlar və onun şəxsi heyəti Qarabağ müharibəsində yaxından iştirak etməklə  Azərbaycanın ərazi bütövlüyünə qəsd edən erməni işğalçılarına qarşı mətinlik nümayiş etdirib,  torpaqlarımızın müdafiəsində böyük qəhrəmanlıqlar göstəriblər. Həmin döyüşlərdə öz igidliyi ilə fərqlənən Daxili Qoşunların bir neçə hərbçisinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi, müxtəlif orden və medallarla təltif edilməsi də bu qoşun növünün müharibədə sərgilədiyi fədakarlıqlardan xəbər verir.

Bizim təşkilatımızın Daxili Qoşunlarla çox yaxın əməkdaşlığı mövcuddur. Veteran təşkilatımız Daxili Qoşunların yaranma tarixi, mübarizə yolu ilə bağlı mütəmadi şəkildə maarifləndirmə işi aparır, gəncləri məlumatlandırır. İstəyirik ki, gənc nəsil Daxili Qoşunların hansı ağır şərtlər altında formalaşmasından, ərazi bütövlüyümüz uğrundakı ağır döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan xəbərdar olsun.

Respublika Veteranlar Təşkilatı olaraq arzulayırıq ki, Daxili Qoşunlar bundan sonra da Azərbaycanın ən inkişaf etmiş, güclü qoşun növlərindən biri kimi irəlidə olsun və ölkəmizin təhlükəsizliyinin təmin olunmasına gələcəkdə də öz töhfəsini versin”.

 

Seymur Əliyev 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17