Respublika Veteranlar Təşkilatının fəaliyyəti müasir tələblər səviyyəsindədir
A A A
03/13/2018
Oxunma sayısı : 39229

(RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla müsahibə)

 

-  Cəlil müəllim, Azərbaycan Respublikası Prezidentinin 9 mart 2018-ci il tarixli Sərəncamı ilə müharibə veteranlarına dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üç yüz min manat vəsaitin ayrılmışdır. Bu sərəncamın Sizin fəaliyyətinizə müsbət təsirləri barədə oxucularımıza nə deyərdiniz?

-  Əlbəttə, möhtərəm Prezident tərəfindən həmin vəsaitin ayrılması fəaliyyətimizin daha səmərəli təşkilnə geniş imkanlar yaradır. Belə ki, sərəncamda da qeyd edildiyi kimi Təşkilatın maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətlə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunmasına şərait yaradılmışdır. Bu isə ümumi işin, ən başlıcası gənclərin hərbi vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyəsi sahəsində aparılan işlərin səviyyəsinin daha da yüksəldilməsi, tədbirlərin sayının və coğrafiyasının genişlənməsi üçün stimul olacaqdır. Ölkə başçısının veteranlara göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi olan bu sərəncama biz əməli fəaliyyətimizlə cavab verməyə çalışacağıq və sizi əmin edim ki, yaxın bir neçə aydakı Tədbirlər Planımızla yaxından tanış olsanız qeyd edilənlərin nə qədər real olduğunu görərsiniz.

-  Bəlkə bu barədə oxucularımıza bir qədər ətraflı məlumat verəsiniz?

- Tədbirlər Planına uyğun olaraq, Respublika Veteranlar Təşkilatı tərəfindən növbəti aylarda, xüsusilə aprel-oktyabr ayları ərzində bir sıra ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu sırada yalnız bir neçə tədbirin adını çəkmək kifayətdir ki, görüləcək işlərin miqyası və əhəmiyyəti barədə müəyyən təsəvvür yaransın. Belə ki, biz ümummilli lider Heydər Əliyevin 95 illik, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin Azərbaycanın rayon, şəhər veteran təşkilatları ilə yanaşı, MDB ölkələri və Türkiyə veteran təşkilatlarının iştirakı ilə beynəlxalq səviyyədə keçirilməsini planlaşdırmışıq. Bu tədbirlər silsilə xarakter daşıyacaqdır. Biz əksər tədbirləri ölkə gənclərinin iştirakı ilə, həmçinin təhsil müəsisələrində keçirməyi planlaşdırırıq.Təşkilat tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı respublika səviyyəsində silsilə tədbirlər keçirilməsi də nəzərdə tutulur. Qeyd olunan Tədbirlər Planında dövlətçilik və qəhrəmanlıq tariximizin, Azərbaycan əsgərinin torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi şücayət və fədakarlıqların, ölkəmizin bugünki inkişafının təbliği məqsədilə keçiriləcək müntəzəm tədbirlər də əksini tapmışdır.

Bizim illik fəaliyyətimizin əm mühüm və ən məsuliyyətli tədbiri İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin ildönümünün qeyd olunduğu bayram günlərində Azərbaycan Respublikasının Prezidentinin həmin müharibənin iştirakçıları ilə görüşünün təşkilidir. Ötən il də qələbənin 72 illiyi münasibətilə möhtərəm Prezident,cənab İlham Əliyev veteranlarla görüşdü, onlara öz adından ziyafət verdi və gündəlik qayğılrı ilə maraqlandı. Bilirsiniz ki, Azərbaycanda hər il İkinci dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın həcmi artırılır. Hazırda bu rəqəm müvafiq olaraq 1000 və 500 manat təşkil edir. Veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində hər il müxtəlif fərman və sərəncamlar imzalanır və icra olunur. Bu qayğının əyani sübutları barədə dövlət orqanları ilə yanaşı, biz də ölkə ictimaiyyətinə müntəzəm hesabat veririk. Azərbaycanda veteranların problemlərinin həllinin dövlətin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xətt olduğunu təkzibedilməz faktlarla çatdırırıq.

Təşkilatımız Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə bağlı məsələlərədaim xüsusi əhəmiyyətli iş kimi yanaşmış, bu istiqamətdə çoxsahəli fəaliyyət planları işlənib həyata keçirilmişdir. Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar, xüsusilə milli-atıcı diviziyaların şanlı döyüş səlnaməsi və bütün bunların təbliği və s. məsələlər bu gün xüsusi diqqət mərkəzindədir. Həmçinin, itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə məşğül olunur.

Yeri gəlmişkən, ötən il Respublika Veteranlar Təşkilatının 30 illik yubileyininin qeyd edilməsi məqsədilə müvafiq tədbirlər planı hazırlanmışdı. Ancaq maliyyə imkanımız olmadığından və digər səbəblərdən biz bu tədbirləri keçirə bilməmişdik. Doğrudur, yubileylə bağlı Təşkilatın muzeyi yaradıldı və 30 illik tarixi yolu əks etdirən kitab yazılıb çap etdirildi. Ayrılmış maliyyə hesabına həmin yubileylə bağlı tədbirlərin də keçirilməsinə artıq imkanımız olacaqdır. Bu mühüm tədbirlərlə yanaşı, Respublika Veteranlar Təşkilatı veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştirakları, onların sosial müdafiəsinin gücləndirilməsi və s. istiqəmətlərdə ardıcıl və məqsədyönlü fəaliyyətini də uğurla davam etdirəcəkdir. Bütün bunlar əslində bizim gündəlik fəaliyyətimizin ayrılmaz tərkib hissələridir.

-          Cari ilin əvvəlindən gördüyünüz işlər barəsində konkret nə deyərdiniz?

-   Əvvəla qeyd edim ki, biz fəaliyyətimiz barədə Təşkilatımıza məxsus “veteran.az” saytında və “Azərbaycan Veteranı” qəzetidə ölkə ictimaiyyətinə müntəzəm məlumatlar çatdırırıq. Ölkə mediası ilə sıx əməkdaşlığımız da fəaliyyətimizin işıqlandırılmasında mühüm rol oynayır. Yeri gəlmişkən, mən təbliğat işində bizə daim dəstək olan ölkə KİV-lərinə, onların rəhbərlərinə və əməkdaşlarına Təşkilatımız adından təşəkkür edirəm. Bu sahədə “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci” və s. qəzetlərin, AzərTAC, “APA”, “Moderator. az”, “Trend”, “İnterfaks” məlumat agentliklərinin, Azərbaycan TV, İctimai TV, Lider TV, “XəzərTV”, Space TV-nin adını çəkmək istərdim. Bir daha vurğulayıram, əgər həmin məlumatlarla tanış olsanız gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə Təşkilatın necə səmərəli fəaliyyət göstərdiyi barədə kifayət qədər informasiya əldə edə bilərsiniz. Son iki ayda keçirdiyimiz tədbirlərə gəlincə, 20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının 26-cı ildönümü, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi münasibəti ilə və 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində namizədin irəli sürülməsi ilə əlaqədar 14 fevral 2018-ci ildə keçirilən tədbirləri, həmçinin 01 fevral 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admistrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla veteranların görüşünü də xüsusi qeyd etmək istərdim.

Ümumən, RVT-nin fəaliyyətinin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında veteranlara göstərilən qayğı və diqqətin mühüm rol oynadığını bir daha vurğulamaq istərdim. Veteranlar adından yaradılmış şəraitə, yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı çatdırır, həmişə dövlətin, xalqın yanında olduğumuzu bildiririk.

Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara qayğı siyasətini bu gün doğrudan da uğurla davam etdirir. Şübhə yoxdur ki, burada başlıca məqsəd vətənpərvər insanların xidmətlərinin qiymətləndirilməsi, cəmiyyətdəki mövqeyinin, sosial müdafiəsinin gücləndirilməsi ilə yeni nəslin bu ənənələrə uyğun ruhda tərbiyəsinə stimul yaratmaqdır.

-          Tədbirlərimizin əhatə etdiyi kontingentin müxtəlifliyi daim diqqət çəkir.

-  Sözünüzü kəsmək olmasın, bizim tədbirlər həmişə qələbəlik olur. Hətta bir  çox tədbirlərimizə arzu edənlərin hamısını dəvət edə bilmirik. Tədbirlərimizdə bütün qruplardan olan veteranların və əsasən gənclərin iştirakına xüsusi önəm veririk. Çünki, başlıca məqsəd gənc nəslin vətəninə, xalqına, dövlətinə sədaqətli, yüksək biliklərə, geniş dünyagörüşə malik insanlar kimi yetişməsinə nail olmaqdır. Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün bunlar son dərəcədə mühüm amillərdir. Əlbəttə, tədbirlərimizdə ziyalıların, ictimaiyyətin fəal nümayəndələrinin və media təmsilçilərinin iştirakına da mühüm əhəmiyyət veririk. Qeyd etdiyim zümrələrlə bizim səmərəli əməkdaşlığımız formalaşıb. Bizim Rəyasət Heyətinin üzvləri arasında tanınmış elm adamları, media qurumlarının rəhbərləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən insanlar var.

- Veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsnizmi?

- Təşkilat bu məsələdə imkanlardan maksimal yararlanmağa çalışır. Ümumiyyətlə, Azərbaycan Respublikası bu sahədə MDB məkanında fərqlənən dövlətlər sırasındadır. Veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsi, mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılması üzrə ardıcıl iş aparılır. Bu istiqamətlərdə fəaliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyə orqanları və digər dövlət və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

Hər il respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilir. Məlumatlara görə, 2018-ci ilin fevral ayınadək İkinci dünya  müharibəsi iştirakçılarının sayı 550 nəfərdən artıqdır. Onlardan 16 nəfərinin yaşı 100-dən artıqdır. Veteranların dul qadınlarının sayı təqribən 6700, məhəlli döyüş iştirakçılarının sayı 4700, arxa cəbhə veteranlarının sayı 3300, Silahlı Qüvvələr veteranlarının sayı 21900, əmək veteranlarının sayı 133.600-dür.

İl ərzində RVT-yə veteran və veteran ailələri nümayəndələrindən rəsmi surətdə yüzlərlə məktub, ərizə və müraciətlər daxil olur. Məzmununa gəlincə, bunlar ən müxtəlif sahələri əhatə edir. Onlar əsasında müxtəlif dövlət  orqanlarına rəsmi məktublar, sorğular göndərilir. Bütün bu məsələlər üzrə Respublika Veteranlar Təşkilatı təbii ki, öz səlahiyyətləri dairəsində tədbirlər görməyə çalışır. Hətta bir sıra müraciətlərin bu çərçivədən kənara çıxmasına baxmayaraq, imkan daxilində məsələnin müsbət həllinə lazımı köməklik üçün səy göstərilir. Həmçinin, Təşkilata müraciət edən veteranların pozulmuş hüquqlarının bərpası istiqamətində hüquqi məsləhətlər verilir, problemlərinin həllində mümkün köməklik göstərilir.

Mərdəkan Veteranlar Xəstəxanasında bütün kateqoriyalardan olan veteranların müalicə kursu keçməsi təmin olunur. Biz tanınmış veteranların yubileylərinin keçirilməsini daim diqqət mərkəzində saxlayırıq. Ötən dövrdə bir sıra yubileylər keçirilmişdir. Ümumiyyətlə, rayon veteranlar təşkilatlarında yaşı 90-nı keçən bütün veteranların ad günləri orta məktəblərdə təntənəli surətdə keçirilir. Biz bu ənənəni, veteranlarımıza mənəvi diqqəti növbəti illərdə də davam etdirmək əzmindəyik. Veteranların yubileylərinin keçirilməsi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır. Belə ki, veteranların ölkənin teatrlarında, musiqi mərkəzlərində baş tutan teatr tamaşaları və konsertlərdə iştirakları təmin olunur.

-  Beynəlxalq əlaqələrin inkişaf etdirilməısi barədə nə deyərdiniz?

- Təşkilatımız bu məsələyə mühüm diqqət göstərir. Beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə MDB və İkinci dünya müharibəsi iştirakçısı olan Avropa dövlətlərinin veteran təşkilatları ilə ardıcıl yazışmalar aparılır. Biz onların tədbirlərində iştirak etməyə, yaxud keçirdiyimiz tədbirlərə onları dəvət etməyə çalışırıq. Artıü növbəti aylarda maliyyə imkanlarımız bu planların bir hissəsinin reallaşdlrılmasına şərait yaratmışdır. Əlaqələrimizin ildən-ilə güclənməsində bəzi dövlət orqanlarının köməyini qeyd etmək istərdim.

Hər il qələbə günü, milli bayramlar, həmçinin ayrı-ayrı tanınmış veteranların yubileyləri ilə əlaqədar veteran təşkilatlarına təbrik məktubları göndərilir, xüsusilə MDB dövlətlərinin Bakıdakı səfirliklərinin keçirdikləri tədbirlərdə iştirak edirik.

Bu il 04-07 martda "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın dəstəyi ilə Rus Dünyası Fondunun Moskva şəhərində təşkil etdiyi "Rusiya ilə birlikdə" adlı Forumda iştirak etdim. Tədbirlərdə Azərbaycanın xüsusilə MDB ölkələrinin veteran təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, xalqların birgə nailiyyəti olan İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında yaxından iştirakı, verilən digər töhfələrdən bəhs edərək, xalqlarımızın birgə tarixi keçmişinə aid ənənələrin yaşadılması zərurətini vurğuladım. 9 may qələbə gününün hər il Azərbaycanda böyük təntənə ilə qeyd olunduğu halda, bu gün 20 faizdən çox Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətini daha arxayın şəkildə davam etdirməklə qalmadığı, İkinci dünya müharibəsinin tarixini məqsədli şəkildə saxtalaşdırdığı tədbir iştirakçılarının diqqətinə çatdırdım, belə münasibətin yolverilməz olduğu qeyd etdim. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan torpaqlarını nə qədər tez tərk etsələr özlərinə bir o qədər yaxşılıq etmiş olarlar. Bizim keçirəcəyimiz beynəlxalq tədbirlərə gəlincə, bu barədə artıq qeyd etdim.

-  Siz cəbhə xəttində baş verən hadisələri daim diqqət mərkəzində saxlayır, öz mövqeyinizi ölkə mediası ilə bölüşürsünüz. Bəs, gənc zabit və əsgərlərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində aparılan işlərdə iştirakınız barədə nə deyərdiniz?

-  Bu bizim diqqət mərkəzində saxladığımız başlıca vəzifələrdən biri, bəlkə də birincisidir. Dəfələrlə qeyd etmişik ki, təcavüzkar Ermənistan işğal altında saxladığıAzərbaycan ərazilərini azad etməyənə qədər heç bir Azərbaycan vətəndaşının arxayınlaşmağa haqqı yoxdur. Hər kəs öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirsə, Vətənin bütövlüyünə, ərazilərimizin işğaldan qurtarmasına o qədər töhfə vermiş olar. Azərbaycan Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa tam qadirdir. Bunu erməni tərəfi də yaxşı bilir. Respublika Veteranlar Təşkilatının rəhbər işçiləri müntəzəm olaraq cəbhə bölgəsinə səfər edərək hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirirlər. Belə görüşlərin xüsusilə gənc zabit və əsgərlərimiz üçün böyük təcrübi və mənəvi əhəmiyyəti var. Mən tez-tez cəbhə xəttində baş verən hadisələrə RVT-nin münasibətini açıqlayıram. Yaşı 95-i keçən veteranlarımız var ki, bu gün də əllərinə silah alıb gənc əsgər və zabitlərimizlə bir sırada dayanmağa hazır olduqlarını bildirirlər. Ancaq təbii ki, bizim Silahlı Qüvvələrimiz düşməni çox qısa müddətdə məğlub etməyə qadirdir və ahıllarımızdan yalnız bu işi həyata keçirəcək oğul və qızlarımıza xeyir-dua verməkdən başqa heç nə ummuruq.

-  Yerli veteran təşkilatlarının fəaliyyətinin daha uğurlu təşkili üçün hansı tədbirləri görürsünüz?

-  Nümayəndələrimiz yerli təşkilatların fəaliyyəti, veteranların vəziyyəti ilə tanış olmaq və onlara münasib köməklik göstərmək üçün bu il ölkənin 10-dan çox rayonuna ezam olunmuşlar. Onlar veteran təşkilatlarının fəaliyyətlərinin yaxşılaşdırılması üçün lazımi tövsiyələr vermiş, köməklik göstərmişlər. Belə ki, bunlar təşkilatlarda illik iş planında nəzərdə tutulan tədbirlərin vaxtında, lazımi səviyyədə keçirilməsi, komissiyalarla işin təşkili, kargüzarlıq işlərinin müvafiq təlimata uyğun aparılması, və s. məsələləri əhatə etmişdir. 2018-ci ildə bir sıra, rayon veteran təşkilatlarına yeni sədrlərin seçilməsi ilə əlaqədar hesabat-seçki konfransları keçiriləcəkdir. Bununla əlaqədar yerli icra orqanları ilə birgə iş aparılır. Bəzi rayon təşkilatlarının sədrlərinin səhhətində yaranmış problemlərlə əlaqədar və öz xahişləri nəzərə alınaraq, həmin rayonlarda da kadr dəyişiklikləri planlaşdırılır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məlundur ki, rayon veteran təşkilatları öz işlərini yerli icra orqanları ilə qururlar və hansı rayonlarda bu əlaqələr yaxşıdır, iş də qənaətbəxşdir. Ancaq bəzi rayonlarda veteran təşkilatlarına, ümumən veteranlara münasibət heç də ürəkaçan deyil və biz bu məsələni xüsusi diqqətdə saxlayırıq. İnanırıq ki, həmin rayon icra hakimiyyətlərinin başçıları veteranlara ölkə başçısının göstərdiyi yüksək qayğı və diqqət münasibəti nümunəsindən lazımi nəticə çıxaracaqlar.

-          Cəlil müəllim, müsahibəyə görə sağ olun.

-  Sağ olun ki, Respublika Veteranlar Təşkilatını, veteranları unutmursunuz.

 

Səidə

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17