Xanım QHT rəhbərlərinin iştirakı ilə “Virtual çərşənbə” adlı tədbir keçirilib - Fotosessiya
A A A
03/13/2018
Oxunma sayısı : 30390

|

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin dəstəyi ilə könüllü olaraq “Virtual çərşəmbə” adlı tədbir keçirilib. 
 
QHT.az xəbər verir ki, paytaxt və regionlarda fəaliyyət göstərən 30-a yaxın aktiv xanım QHT rəhbərinin iştirak etdiyi tədbirə Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova, Danimrka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı “Skype”lə qoşulublar. 
 
Yığıncaqda Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva da qonaq qismində iştirak edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf Yel çərşənbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, ilk görüşdə irəli sürülən təkliflər əsasında “Facebook”da Qadınların Əməkdaşlıq Mərkəzi (Women's Cooperation Center) yaradılıb və bu qrupa fəal qadınlar üzv olub: “Bu gün istər ölkə daxilində, istərsə xaricdə xanım QHT rəhbərləri də aktivlik göstərirlər. Məqsədimiz bu qrupda  belə xanımları bir araya toplamaqdır. Eyni zamanda bu  qrup vətəndaş cəmiyyətindəki və biznes sahəsindəki xanımların əməkdaşlıq platformasıdır”.
Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara ABŞ və Danimarkadan virtual qoşulan qonaqlar haqqında danışıb. O bildirib ki, bu iki ölkədəki xanım soydaşlarımız öz gücləri ilə aktiv şəkildə Azərbaycanın təbliğatını aparırlar.
Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva Vətəndə lider xanımlarla birgə tədbirdə iştirak etməkdən məmnun olduğunu deyib. Uzun müddət Krasnoyarskda fəaliyyət göstərən  Səadət Qarayeva əldə etdiyi təcrübəni hazırda Moskvada tətbiq etməyə çalışdığını vurğulayıb: “Azərbaycan diasporunun xanım üzvlərinin fəaliyyəti təqdirəlayiqdir. Onlar hansı ölkədə yaşamalarından asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyə çalışırlar”.  
 
Daha sonra onlarla “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova deyib ki, ABŞ-da Azərbaycan qadınını təmsil edir: “Qadın və ya kişi fərqi yoxdur, xaricdə yaşayan azərbaycanlıların əsas məqsədi vətənə xidmət etməkdir. Bizim məqsədimiz Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi, çiçəklənməsi uğurunda əlimizdən gələni əsirgəməməkdir”.
 
Danimarka Azərbaycan Dostluq Cəmiyyətinin sədri, bəstəkar-pianoçu Kəmalə Maisqızı deyib ki, əsas məqsədi danimarkalılarla dostluğu daha da möhkəmləndirmək, həmçinin musiqimizi, adət-ənənələrimizi onlara daha da yaxından tanıtmaqdır: “Mən Danimarkada diaspor fəaliyyəti göstərməklə yanaşı, musiqimizi də təbliğ edirəm. Danimarkada konsertlərdə Azərbaycan bəstəkarlarının əsərlərindən və tanınmış filmlərdən popuri melodiyalar ifa edirəm. Həmçinin burada musiqi tədris edərkən tələblərimə Azərbaycan mahnılarını da öyrədirəm. Artıq Danimarkada Azərbaycan musiqisini ifa edən bir çox tələbəm var”. 
Yeri gəlmişkən, Kəmalə Maisqızı Danimarkadan canlı olaraq bir neçə Azərbaycan musiqisini pianoda ifa edib.
 
Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Çıxış edən ən fəal xanım QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir. Xüsusən, Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatının çox mühüm hadisə olacağı bildirilib. 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Elçibəy, Hacı Nuran və çarəsiz 'Poni' - Səbuhi Mübarizoğlu yazır - 24 / 06 / 2018 10:51
“Kitab baba”nın 50 yaşı olur - 24 / 06 / 2018 09:57
«Козацтво Запорозьке» поздравил президента Азербайджанской Республики - 24 / 06 / 2018 06:13
Azay Quliyev üçün xüsusi tarix... - 23 / 06 / 2018 13:27
“Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib - 23 / 06 / 2018 13:07
Növbəti tədbir Qusar rayonu Gənclər evində keçirilib - 23 / 06 / 2018 10:47
Əli Həsənov: Şuranın yaradılması ilə QHT hərakatına dəstək verildi - 23 / 06 / 2018 10:09
Prezidentin köməkçisi: "Bəzi QHT-lərin xarici donorların təsiri altında Azərbaycana qarşı fəaliyyət göstərməsi təəssüf doğurur" - 23 / 06 / 2018 10:08
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib - 23 / 06 / 2018 10:04
“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” - 23 / 06 / 2018 06:13
Ulu öndər Heydər Əliyevin qoyduğu yolun davamı - 23 / 06 / 2018 05:57
Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib - 22 / 06 / 2018 21:05
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. - 22 / 06 / 2018 09:47
Vəkillər Kollegiyası QHT-lərə Dövlət Dəstəyi Şurasını 10 illik yubileyi münasibəti ilə təbrik etmişdir - 22 / 06 / 2018 08:47
Şuranın dəstəyilə Xaçmazda ailə dəyərləri müzakirə olunub - 22 / 06 / 2018 08:32
Naftalan şəhər 2 saylı tam orta məktəbində layihənin təqdimatı olub - 22 / 06 / 2018 06:32
Nazir Türkiyədə səfərdə olmuş Qazilərimiz ilə görüşüb - 21 / 06 / 2018 20:18
QHT Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib - 20 / 06 / 2018 13:39
Şuranın dəstəyilə xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlər təşkil olunub - 20 / 06 / 2018 07:05
Layihə çərçivəsində tibbi-psixoloji təlim keçirilib - 20 / 06 / 2018 06:49
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib - 19 / 06 / 2018 06:31
"Ailə adətləri və süfrə mədəniyyəti" mövzusunda təlim keçirilib - 18 / 06 / 2018 19:55
Anfisa Zinyeddin: “Erkən yaşda alilələrin qurulması, uşaqların, təhsildən yayınması, uşaqların əməyə cəlb olunması, usaqlara qarsı zorakılıq edilməsi, usaq hüquqlarının pozulması deməkdir” - 18 / 06 / 2018 06:37
Şuranın dəstəyi ilə “Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsinin verlişlərinin cəklişləri və yayinlanmasina başlanılıb - 18 / 06 / 2018 06:24
Poeziya dəqiqələri: Müəllif və ifaçı QHT sədri - 17 / 06 / 2018 15:37
“Qalxan və qılınc” sənədli filminin təqdimatı olub - 16 / 06 / 2018 10:43
Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub - 16 / 06 / 2018 07:19
QHT sədrinə ağır itki üz verib - 16 / 06 / 2018 06:45
ASGA Şuranın dəstəyi ilə növbəti layihəsinin təqdimatını etdi –"ShushaPost" - 15 / 06 / 2018 19:46
Ramazan bayramı münasibəti ilə tədbir keçirilib - 15 / 06 / 2018 19:37