Əlil Təşkilatları İttifaqından cavab bəyanatı: 7 QHT-nin üzvlüyünə xitam verildi!
A A A
03/13/2018
Oxunma sayısı : 38691

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdən sonra Əlil Təşkilatları İttifaqı ətrafında müəyyən narazılıqlar olduğu ilə bağlı redaksiyamıza bir neçə informasiyalar daxil olmuşdur. Tərəfimizdən əks tərəfə cavab haqqının tanınması şərti ilə həmin informasiyalara  yer verilmişdi.


 Bu gün qarşı tərəfdən – Əlil Təşkilatları İttifaqının rəhbərliyindən (İdarə Heyəti) QHT.az-a baş verən proseslərlə bağlı  bəyanat daxil olub.

Bəyanatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdə başqa QHT nümayəndələri ilə birlikdə Əlil Təşkilatları İttifaqına (ƏTİ) da üzv olan 11 namizəd qoşulmuşdur.


ƏTİ-də keçirilən iclasda üzv təşkilatlardan xahiş olunmuşdur ki, bir-birini dəstəkləsinlər.


06 fevral 2018-ci il tarixdə keçirilən seçkidə ümumi namizədlərdən yalnız iki nəfəri (Davud Rəhimli və İradə Rizazadə) tələb olunan səs çoxluğunu toplaya bilmişdir.


Bəyanatda qeyd olunur ki, nəticələr elan olunduqdan sonra  ƏTİ-nin prezidentinin ünvanına nalayiq sözlər işlədilmiş və ötən müddətdə bir neçə üzv QHT tərəfdən bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilmişdir.

Bütün bunları nəzərə alaraq 03.03.2018-ci il tarixdə ƏTİ-nin idarə heyətinin iclası çağırılmışdır. Narazı təşkilatların nümayəndələri iclasa dəvət olunmalarına baxmayaraq iştirak etməmişlər. İclasda Nəzarət Təftiş Komissiyasına bu və digər məsələlərin araşdırılması ilə bağlı tövsiyə olunmuşdur.  

Əlil Təşkilatları Ittifaqının idarə heyətinin bu gün keçirilən iclasında isə məsələ ilə bağlı yekun qərarlar qəbul edilib.

Qərarda qarşı tərəfin irəli sürdüyü ittihamlar əsassız sayılıb.


Üzvlükdən çıxmaq barədə müraciət etmiş 7 (yeddi) təşkilatlın birgə müraciətləri nəzərə alınmaqla  İdarə Heyətinin qərarı ilə onların üzvlüyünə xitam verilib.


Həmin təşkilatalr aşağıdakılardır:

1.    Sərraf Orucov, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti   
2. Nəzakət Həsənova, “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyinin sədri 
3. Vahid Abbasov, “Aztəminatlı Əlil, Şəhid və MüharibəVeteranları Ailələrinə Kömək” Birliyinin sədri 
4. Zaur Seyidzadə, “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyinin sədri
5. Zaur Seyidzadə, “Zaur” Əlillərin  Xeyriyyə İctimai Birliyinin sədri
6. Elşən Uluxanlı, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri
7. Rövşən Ağamalıyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqların Müdafiəsi İctimai Birliyinin sədri

Qeyd edək ki,  Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqı 47 QHT-nin birləşdiyi ən böyük koalisiyalardan  biridir. Koalisiya rəsmi hüquqi statusa malikdir və ittifaq sayılır və prezidneti  Davud Rəhimlidir.


Xatırladaq ki, bu  koalisiya ilə bağlı əsas narazılıqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya keçirilən son seçkilərdə meydana gəlib. Seçkidən sonra ittifaqın 7 üzvü  birgə bəyanat verərərk itifaqdan çıxdığını bəyan etmişdi.




Qarşı tərəfin də mövqeyin dərc etməyə  hazırıq.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL - 13 / 09 / 2018 11:02
Milli QHT Forumu Qafqaz İslam Ordusunun 100 illik dönümü münasibətilə tədbir keçirib - 13 / 09 / 2018 10:53
“Yerli İdarəetməyə Yardım” ictimai birliyi regionlarda infosessiyalar keçirib - 12 / 09 / 2018 20:43
Türkiyənin qazi və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədirlər - 12 / 09 / 2018 20:31
Hemofiliyalı Xəstələrin dərman preparatlarının təminatında problemlər yaranıb - Video - 12 / 09 / 2018 17:40
Azay Quliyev: “ATƏT-in bütün üzvləri Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü inteqrasiyanı dəstəkləyir” - 12 / 09 / 2018 17:17