Azay Quliyev: Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq
A A A
03/14/2018
Oxunma sayısı : 47902


ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Pezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin sechki-2018.az saytına müsahibəsi

- Azay müəllim, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkəmizdəki seçkiöncəsi mühiti necə dəyərləndirirsiniz?

- Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır. Bu münbit şərait hər bir seçicinin səsvermə hüququndan bərabər şəkildə istifadəsinə, öz iradəsini sərbəst şəkildə ifadə etməyinə və istədiyi namizədi seçməyinə imkan verəcək. Hesab edirəm ki, aprelin 11-də Konstitusiyaya, seçki qanunvericiliyinə və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik, şəffaf və ədalətli seçkilər keçiriləcək.

- Siz ATƏT PA-nın vitse-prezidenti kimi mütəmadi olaraq müxtəlif ölkələrdə seçki prosesini müşahidə edirsiniz. Müşahidə etdiyiniz seçkilərlə müqayisədə Azərbaycandakı seçkilər necə görünür?

- Hər bir seçkinin müsbət və mənfi tərəfləri var, hər bir seçkini tənqid, yaxud tədqir etmək mümkündür. Əsas məsələ seçki prosesini minimum səhvsiz və daha az qüsurla yerinə yetirməkdir. Yanaşmaların fərqli olduğu, müxtəlif texnologiyaların istifadə edildiyi ölkələr var.

Lakin əsas olan seçkinin demokratik keçirilməsi ilə bağlı niyyət və siyasi iradənin olmasıdır. Bununla yanaşı, peşəkarlıq ən vacib amillərdəndir. Azərbaycanda Mərkəzi Seçki Komissiyası öz işini həqiqətən də hər seçkidən-seçkiyə təkmilləşdirir, beynəlxalq standartlara uyğunlaşdırır. Seçkilərlə bağlı görülən işlər daha bariz şəkildə beynəlxalq təşkilatların rəğbətini qazanır. Bu sevindirici haldır.
Seçkilərin şəffaf keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının peşəkarlığı kifayət qədərdir.

Əlbəttə, insan amili olan yerdə subyektiv amillər də olur. Biz çalışmalıyıq ki, subyektiv amillər seçki prosesinə təsir etməsin, qanun pozuntuları baş verməsin. Səslərin verilməsi, daha sonra seçki məntəqələrində yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə sayılması, protokolların vaxtında və qüsursuz tərtib edilməsi, dairə seçki komissiyalarında səslərin hesablanması prosesi şəffaf və qanunvericiliyə uyğun olmalıdır. Seçki çətin prosesdir, çünki söhbət milyonlarla seçicinin səsvermə hüququndan istifadə etməsini təmin etməkdən gedir. İnzibati resurslar bu prosesə cəlb olunmamalı, hamı üçün münbit şərait yaradılmalıdır.

Azərbaycan dövlətində bu istək var. Bu baxımdan, aprelin 11-də keçiriləcək seçkilərin Azərbaycanın demokratik seçki təcrübəsində yaddaqalan olacağını düşünürəm. Artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı fəaliyyətə başlayıb. ATƏT, eləcə də onun institutları Azərbaycanın önəmli tərəfdaş olduğunu bilirlər.

 

Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir, bu öhdəlikləri maksimum şəkildə yerinə yetirməyə çalışır, bütün seçki standartlarına əməl edir.


Düşünürəm ki, ATƏT və onun institutları geosiyasi maraqları, subyektiv amilləri yox, ölkənin demokratikləşmə və seçki standartlarını təkmilləşdirmə istəyini nəzərə almalı, buna dəstək verməlidir. Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq. Bu seçkilər Azərbaycanın ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərini daha da sıxlaşdıracaq.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Növbəti tədbir Qusar rayonunda keçiriləcək - 22 / 09 / 2018 10:01
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49