İctimai Birliyin 10 ili
A A A
03/14/2018
Oxunma sayısı : 80125

|




Mətanət Əsgərqızı
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

İllər tez keçir. Arxaya baxanda elə bilirsən bütün hadisələr dünən olub. Lakin anlayırsan ki, o zamandan uzun yol keçibsən. Əsgər Ailələrinə Dəstək İctimai Birliyini 2008-ci ilin martın 11-də təsis etdik.

O zamana kimi isə təşkilat sədri olmasam belə həssas qruplardan olan insanlarla işləyirdim. Onların problemlərinin həllində kömək və dəstək olurdum. İctimai Birliyin yubileyi ərəfəsində xalq dilində desəm sandığımızı açdım...

Orada nələr var idi...kimlərə əl tutmamışdıq... adıma ünvanlanan ərizələrin içində birisi daha çox diqqətimi çəkdi, bu gün Milli Məclisdə təmsil olunan bir millət vəkili o zaman probleminin həllinə kömək üçün müraciət etmişdi...

Qürur duydum ki, insanlara lazım olmuşam. Bu gün də o missiyanı davam etdirirəm.

Tanrıya şükür ki, o, ürəyimizi görür və mükafatımızı verir. Yubileyimiz ərəfəsində bizə ofis bağışlandı.

Bu mükafatı bizə verən insan adının çəkilməsini istəmədi.

Biz isə bu nəcib əmələ görə çox minnətdarıq! İki təşkilat Əsgər Ailələrinə Dəstək İctimai Birliyi, Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi artıq o ofisdə yerləşəcək.

Şərait yaradılıb və bizə göstərilən etimadı doğrultmalıyıq. Yubiley tədbirimizdə iştirak edən hər kəs bizə xoş sözlər dedi.

Bu, illərlə çəkdiyimizin zəhmətin mükafatı idi. Qonaqlarımız isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xidmətin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli, Gəncliyə Yardım Fondunun qurucularından olan Salman Əliyev, QHT sədrləri İradə Əlili, Tahirə Məmmədova, Cəsarət Hüseynzadə, Sərraf Oruc, Dünyaxanım Əliyeva, İradə Rzazadə, Məhluqə Qaramanlı, Sevda Tahirli, Ziba Nəbiyeva, Səbinə Kərimova, Bəsti Nəsibova, Xatirə Vəliyeva,Hacı Azadə Abbasqızı, Büllur Cavadqızı, Məlahət Abbasova, Şəbnəm Rəfaelqızı, Fərhad Əliyev, şəhidlərimiz Mahir Mirzəyevin atası, Mahmud İbrahimovun atası, Elsevər Hüseynovun həyat yoldaşı, Cabbarxan Hacıağayevin atası, Fəxrəddin Qurbanlının atası,ehtiyatda olan zabitlər Xətai Baxışov,Hikmət Ağayev , Rüstəm İbrahimli, Vüsal Nəzərov, müharibə veteranları Rüxsarə Cumayeva, Ədil Arifoğlu idilər.

Kərkükdən də qonaqlarımız var idi. Sözsüz yubiley təltifsiz, hədiyyəsiz keçmir.

QHT rəhbəri Dünyaxanım Əliyeva, Cəsarət Hüseynzadə, Sərraf Oruc İctimai Birliyi diplomla təltif etdilər. Bizə etimat göstərən hər kəsə minnətdarıq.

Ölkədə QHT-lərin fəaliyyətinə şərait yaradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.

Hər zaman qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyini hiss etdik.

Bütün bunlar isə hər iki təşkilat Əsgər Ailələrinə Dəstək İctimai Birliyi, Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi qarşısında böyük məsuliyyət qoyur. Hədəfimiz dövlətimizə, millətimizə xidmətdir. Bu nəcib işlərdə Tanrı yardımçımız olsun. Arzumuz isə işğalda qalan torpaqların azad olunması mücdəsini çatdırmaqdır. Bu arzunu isə gerçəkləşdirəcək Azərbaycan əsgərinə İNANIQIQ!


ŞƏRHLƏR
XƏBƏRLƏR
Rufiz Qonaqov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb - 17 / 12 / 2018 09:03
“Qarabağ Qaziləri” İB-nin İdarə Heyəti toplandı: - Yeni sədr mart ayında seçiləcək - 17 / 12 / 2018 07:25
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu - 17 / 12 / 2018 05:48
QHT sədrinin oğurlanmış velosipedi tapıldı - 16 / 12 / 2018 15:58
Sənin də döşünü kəssəydilər... - 16 / 12 / 2018 13:03
Siyəzən gəncləri cümhuriyyətin 100 illiyini qeyd etdi - 15 / 12 / 2018 17:53
USAID Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməyə üstünlük verir - 15 / 12 / 2018 16:44
“Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində tədbir keçirilib - 14 / 12 / 2018 21:41
Bu gün Şura üzvünün doğum günüdür - Təbrik - 14 / 12 / 2018 21:05
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirilib - 13 / 12 / 2018 17:19
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - 13 / 12 / 2018 15:37
Appeal to Arsenal fans: Don’t applaud the murderer of two-year-old Zahra - 13 / 12 / 2018 15:26
“Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın! - 13 / 12 / 2018 15:22
QHT sədri: "Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini o xilas etdi" - 12 / 12 / 2018 16:56
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. - 12 / 12 / 2018 12:48
Mənim kəndim: “Qarabağlar”dan çıxmış jurnalistin kövrək xatirələri - 12 / 12 / 2018 04:44
Qrant verə bilən dövlət qurumları - SİYAHI - 11 / 12 / 2018 15:37
“Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib - 11 / 12 / 2018 15:06
Respublika Veteranlar Təşkilatının VIII Plenumu keçirilib - 11 / 12 / 2018 14:56
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20