Mübarizə də qəhrəman deyirik, efirdə arvadını axtaranlara da...
A A A
03/16/2018
Oxunma sayısı : 25291

Seymur VERDİZADƏ

Həftədə ən azı üç-dörd televiziya verilişində qonaq oluram. Zəhlətökən çəkilişlər adamı bezdirsə də, cəmiyyəti maarifləndirməyi özümə borc bilirəm. Bir dəfə də demişəm: mən, mənim kimi jurnalistlər efirdən imtina edəndə, bizim yerimizə Rəksanəni çağırırlar. Hansı ki, mənim və həmkarlarımın xalqa deməyə Rəksanədən daha çox sözü var. Odur ki, heç bir təklifdən imtina etmirəm...

Dünən redaksiyada kompüterin qarşısında əyləşib, ölkədə və dünyada baş verən yenilikləri nəzərdən keçirəndə, tanış nömrədən telefonuma zəng gəldi. Məşhur “yes” düyməsini basanda, özəl telekanallardan birində çalışan prodüser xanımın məlahətli səsi qulağımı sevindirdi: “Müəllim, sabah 3-də bizim televiziyada ola bilərsiniz?”

Adətimə xilaf çıxmayıb, dərhal soruşdum: “Mövzu nədir?”

Gülçin xanım tələsik izahat verdi: “Ailədaxili münaqişələri müzakirə edəcəyik”.

Həmin vaxt beynimdən keçən ilk fikir bu oldu: “Bəzi kişilər son vaxtlar lap ağ eləyiblər. Onlara yerlərini göstərmək lazımdır”.

Prodüser xanımı çox gözlətmədim: “Sabah 3-ə 10 dəqiqə qalmış studiyada olacağam”.

Dəqiq adam olduğum üçün razılaşdığımız vaxtdan on beş dəqiqə əvvəl özümü çəkiliş meydançasına çatdırdım. Əvvəlcə aktyor dostum olan qocaman xalq artisti ilə, sonra isə özündən başqa heç kimə xeyri dəyməyən psixoloq xanımla görüşüb, yerimdə əyləşdim. Ekspertlərlə üzbəüz üç kişi oturmuşdu. Boy-buxunda, əzəmətdə heç biri Koroğludan geri qalmırdı. Jurnalist marağı güc gəldiyi üçün prodüserdən onların kim olduğunu soruşdum. Gülçin xanım bir qədər həvəssiz cavab verdi: “Onlar bizim qəhrəmanlarımızdır”.

Bu boy-buxunun, bu əzəmətin sahibi ancaq qəhrəman ola bilər. Qəlbim qürur hissi ilə doldu, fərəhləndim. Ürəyimdə dedim ki, bu oğullar bir gün nankor ermənilərin burnunu ovacaqlar. Hətta öz-özümə təsəlli də verdim: “O gün uzaqda deyil!”

Maraq bir saniyə belə məni tərk etmirdi. Gülçin xanım növbəti dəfə bizə yaxınlaşanda, ondan soruşdum: “Bu yoldaşlar Aprel döyüşlərində qəhrəmanlıq göstəriblər? Hərəsi neçə erməni öldürüb?

Qız təəccüblə üzümə baxıb, belə dedi: “Yox, müəllim. Bunlar verilişin qəhrəmanlarıdır. Hər üçünün həyat yoldaşı evi tərk edib. Arvadlarını axtarmağa gəliblər”.

Həmin gün necə pərt oldumsa, ilk yarım saat ərzində ağzımı açıb, bir kəlmə danışa bilmədim...

P.S.Axşam evə qayıdanda 6-cı sinif şagirdi olan qızım başımın üstünü kəsdirdi: “Ata, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında inşa yazmışam. Oxuyum, qulaq as”.

P.P.S.Qəhrəmanlıq müqəddəs anlayışdır. Bu anlayışı hər yoldan ötənə şamil etmək olmaz. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Qəhrəmana qəhrəman, binamusa isə binamus deməyi bacarmalıyıq...


//missiya.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:17
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38