Söyüşləri ölkə daxilindən kim idarə edir? – Şok açıqlama
A A A
03/28/2018
Oxunma sayısı : 9436


Son vaxtlar xaricdə yaşayan və artıq adları hamıya bəlli olan dəstə üzvlərinin sosial şəbəkələr vasitəsiylə “söyüş layihəsi” adı altında başlatdığı antiazərbaycan kampaniyası, sözügedən layihənin məqsədləri ilə bağlı hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Sahib müəllim, “söyüş layihəsi” adı altında başlayan çirkin kampaniyanın arxasında dayanan məqsədlərlə bağlı ictimai mesajlarınız diqqət çəkir. Bu kampaniyanın arxasında kimlər və nələr dayanır?

- Əslində, sosial şəbəkələr vasitəsiylə Avropadakı bəzi mənəviyyatsız 5-6 insanın “söyüş layihəsi” adı altında həyata keçirdiyi kampaniyalar antiazərbaycan xarakteri daşıyır və dövlət əleyhinə yönələn çirkin prosesin bir elementidir. Mən bu prosesə ayrı-ayrı görkəmli şəxsləri, dövlət xadimləri və prezidenti təhqiretmə kampaniyası kimi deyil, daha geniş kontekstdə baxıram. Bu proses əslində böyük kampaniyanın tərkib hissəsidir və bu gün başlamayıb, sözügedən kampaniya məqsədli şəkildə təşkil olunmuş və müxtəlif mərkəzlərdən, o cümlədən ermənilərə bağlı olan müəyyən qüvvələr tərəfindən idarə olunur. Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları səfərbər etməyə başladılar. Ümumiyyətlə, çoxməqsədli bu layihənin əhəmiyyətli hissəsi isə Azərbaycanda hazırlanmışdı. Xaricdə yaradılan şəbəkənin tərkibinin çox hissəsi azərbaycanlılardan ibarətdir. Ən azı üzdə olan fəaliyyətlərdə azərbaycanlılar önə çıxarılır. Şəbəkənin bir hissəsi də Azərbaycanda fəaliyyət göstərir. Bunlar müxtəlif adlar altında, o cümlədən “hüquq müdafiəçisi”, “araşdırmaçı jurnalist”, “vəkil”, “bloger” və hətta “dindar” adları altında gizlənsələr də, eyni məqsədə qulluq edir və eyni sifarişləri yerinə yetirirlər. Bu da əlbəttə ki, həmin şəbəkənin bir layihəsidir. Bu şəbəkənin “görkəmli” nümayəndələrinin kimlərdən ibarət olduğu bəllidir. Şəbəkəni idarə edənlərin bir hissəsi hazırda Moskvada, digər bir hissəsi Haaqa, Praqa və Almaniyada yerləşən mərkəzlərdə fəaliyyət göstərir. “Söyüş layihəsi”nə cəlb edilənlərə çirkli iş tapşırılsa da, daha “elit” hissə Avropa İttifaqında, Avropa Şurasında, ATƏT strukturlarında və BMT-də keçirilən tədbirlərdə ermənilərin təşkil etdiyi əlavə tədbirlərdə (side event) paneldə otururlar və anti-Azərbaycan tədbirləri idarə edirlər. Bir qism isə müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının yaratdığı “araşdırıcı” mərkəzlərlə əməkdaşlıq edir, yalan laboratoriyalarında antiazərbaycan materilaları hazırlamaqla məşğul olur. Nəhayət, başqa bir qism ideoloji təxribatla məşğul olaraq, Avropada və başqa yerlərdə KİV-lər yaradıb. İrəvanda separatçı radio, Meydan TV, Obyektiv TV və müxtəlif KİV-lər bu hissənin fəaliyyətinin bariz nümunəsidir. “Söyüş layihəsi” də bu gün həmin şəbəkənin fəaliyyətinin bir növüdür. Ona görə də məsələyə sadə prizmadan yanaşmağın tərəfdarı deyiləm ki, onlar yalnız öyrədilmiş müəyyən adamlardır və belə bir çirkli işlə məşğuldurlar. Çünki bu layihə bitsə də, yeniləri ortaya çıxacaq.

- Bəs, Azərbaycana qarşı başladılan bu kampaniyanın məqsədi nədən ibarətdir?

- Məqsəd təbii ki, Azərbaycanın Avropa İttifaqı və dünyanın digər aparıcı ölkələri ilə əməkdaşlığına mane olmaqdır. Bilirsiniz ki, iri transmilli layihələr yalnız Azərbaycanın iradəsi ilə gerçəkləşmir, burada başqa dövlətlər də iştirak etməli və bəzən xarici banklar da maliyyələşməni həyata keçirməlidirlər. Əsl məqsəd məhz bunların qarşısını almaq, ölkəmizin beynəlxalq təşkilatlardakı nüfuzunu aşağı salmaq və Azərbaycanın oradakı təmsilçiliyinə mümkün hallarda xitam vermək, beləliklə də Ermənistanın Dağlıq Qarabağı işğal faktını “legitimləşdirmək” siyasəti həyata keçirməkdir. Yəni beynəlxalq aləmdə süni surətdə Azərbaycanın nüfuzu aşağı salındıqca, işğalçı Ermənistanın şansları genişlənir. Həmin “azərbaycanlılar” da məhz bu məqsədlə səfərbər ediliblər. Bu, uzağa gedən bir layihədir və “söyüş aksiyası” da onun bir tərkib hissəsidir. Bu kampaniya Azərbaycan dövlətinin simvollarına və ölkənin siyasi rəhbərliyinə qarşı aksiyadan da geniş bir məqsəd güdür. Təəssüf ki, belə bir geniş şəbəkənin yaranmasına ölkə daxilində şərait yaradanlar var. Onlar nəinki xaricdə, hazırda ölkə daxilində də bu çirkin fəaliyyətlərindən əl çəkmirlər. Təəssüf doğuran həm də odur ki, bəzən bu şəbəkəyə bilmədən də qoşulanlar olur. Kimsə hakimiyyətdən qisas almaq üçün şəbəkənin üzvü olmaya-olmaya oraya qoşulur və dəstək verir. Məsələn, siyasi məhbus “müdafiəsi” altında aksiyalar keçirilir və bunu da eyni şəbəkə təşkil edir. Bəzi insanlar isə bilməyərəkdən həmin aksiyalarda iştirak edirlər. Ona görə də hesab edirəm ki, bu sarıdan məlumatlandırma aparanda şəbəkəni, onun nüvəsini və onun başında duranları ifşa etmək lazımdır, nəinki 5-6 məsuliyyətsiz gədə-güdəni.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31