Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb - Foto + Video
A A A
04/06/2018
Oxunma sayısı : 33653

|


Hazırda nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir
 
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.

Görüşdə S.Müslümov vurğulayıb ki, dövlət idarəçiliyi sistemində ictimai iştirakçılığa və bu əsasda ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi vəzifələr sırasındadır. “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq nazirlik yanında İctimai Şuranın yaradılması da aidiyyəti fəaliyyət sahələrində ictimai iştirakçılığın təmin olunması məqsədinə xidmət edir: “Şuranın əvvəlki tərkibinin qanunvericilikdə nəzərdə tutulan fəaliyyət müddəti bitdiyi üçün onun yeni tərkibi seçilib. Şuraya seçki prosesinin obyektivlik, bərabər yanaşma, şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinə daim xüsusi diqqət yetirilir və Şuranın yeni tərkibinin müəyyən olunmasında da bu prinsiplər tam təmin edilib. Yəni heç bir kənar müdaxilə olmadan, vətəndaş cəmiyyəti institutlarının öz seçimləri əsasında Şuranın 15 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ayrıca “İctimai Şura” bölməsi mövcuddur ki, orada Şura ilə bağlı bütün məlumatlar, o cümlədən onun yeni tərkibi təqdim olunur”.

S.Müslümov ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Nazir bildirib ki, dövlət qurumları ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ilk əməkdaşlıq sənədi kimi hələ 2014-cü ilin sentyabr ayında Nazirliklə həmin Şura arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: “Sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi 35 ixtisaslaşmış QHT ilə əməkdaşlıq müstəvisində yerinə yetirilir. Həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu Nazirlikdəki müvafiq Komissiya tərəfindən akkreditasiya olunub. Eyni zamanda, nazirlik yanında fəaliyyət göstərən İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutundan nümayəndələr təmsil olunur. Göründüyü kimi, Nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir”.

S.Müslümov qeyd edib ki, bununla yanaşı, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, gözdən əlillər, müharibə veteranları və digər əhali qrupları üzrə ictimai birliklərin rəhbərləri ilə vaxtaşırı görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir, bu və ya digər aidiyyəti məsələlərə dair ictimai müzakirə və məsləhətləşmələr aparılır.
Son illərdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi, eyni zamanda milli təşəbbüslər əsasında təkmilləşdirilməsi yönündə mühüm islahat tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran nazir qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib: “Əminik ki, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibi də bu işlərdə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin edilməsində daim aktiv olacaq və müvafiq sahələr üzrə hüquqi və institusional potensialın inkişaf etdirilməsində, qanunvericilik layihələrinin ictimai müzakirələr şəraitində təkmil şəkildə hazırlanmasında, əmək bazarı və sosial müdafiə tədbirlərinin məqsədyönlü təşkili məsələlərində həmişə işgüzar mövqedən rəy və təkliflərlə çıxış edərək, öz töhfələrini verəcəklər”.

Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın bütün formalarda öz təsdiqini tapmasından, nazirliyin vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığından, habelə nazirlik yanında İctimai Şuranın yeni tərkibinin seçilməsində bərabər yanaşma və şəffaflıq prinsiplərinin təmin olunmasından məmnunluqla bəhs ediblər. Onlar İctimai Şuranın öz vəzifələrini göstərilən etimada uyğun yerinə yetirəcəyini, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıblar.

Sonra S.Müslümov İctimai Şuranın üzvlərini nazirliyin fəaliyyət sahələri üzrə görülən işlər, həyata keçirilən islahat tədbirləri, qanunvericilik layihələri və s. ilə bağlı açıq müzakirəyə dəvət edib.

Qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərin bildirilməsi və ictimai müzakirənin aparılması ilə davam edən görüşdə həmçinin İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə Şuranın üzvlük vəsiqələri təqdim olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Növbəti tədbir Qusar rayonunda keçiriləcək - 22 / 09 / 2018 10:01
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49