Diaspor və ictimai təşkilatların Əməkdaşlıq Platformasının yaradılır
A A A
04/07/2018
Oxunma sayısı : 31445

|

Diaspor və ictimai təşkilatlar xaricdəki qarayaxma kampaniyasını pislədilər


AMEA Mərkəzi Elmi Kitabxanasında diaspor üzvləri ilə “Skype-call” görüşü olub. 
 
QHT.az-a xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkı və Diaspor Jurnalistləri Birliyinin dəstəyi ilə könüllü olaraq keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 25-ə yaxın QHT-rəhbərinin, eləcə də diaspor üzvlərinin iştirak etdiyi konfransda diaspor təşkilatlarının sosial şəbəkələrdə dövlətçiliyə qarşı aparılan qara kampaniyalara cavab tədbirlərinin görülməsindən danışılıb.
 
Öncə Şura üzvü Nərgiz Xələf qeyd edib ki, Azərbaycan dövlətinin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı vətəndaşı cəmiyyəti öz mövqeyini nümayiş etməlidir.
 
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Almaniya, Hollandiya, Fransa, Rusiya və ABŞ-dan qoşulan virtual qonaqlar haqqında danışıb. O bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək dövlətçiliyin əleyhinə olanlardan gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.
 
Millət vəkili Adil Əliyevsə qeyd edib ki, xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar: “Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu, təhlükəsizlik probleminə çevrilir. Ona görə də təbliğat işi daha da gücləndirilməlidir”.
 
Daha sonra diaspor üzvləri ilə “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova xain qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımlarının sifarişli olduğunu deyib.
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, xaricdə vətənini layiqincə təmsil edənlər bu qarayaxma kampaniyasını birmənalı şəkildə rədd edirlər: “Onların bir çoxu Almaniyada oturum almaq üçün bu qarayaxma kampaiyasını aparırlar. Bunula bağlı Almaniyanın aidiyyəti qurumlarına müraciət edəcəyik”.
 
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb.
 
Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov ölkəmizlə bağlı sosial şəbəklərdə yalan məlumatların yayılmasını pisləyib və soydaşlarımızı virtual həmrəyliyə səsləyib.
 
Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev deyib ki, ölkəmizlə bağlı sosial şəbəkələrdə böhtan xarakterli xəbər və videolar yayanlar ifşa olunmaldır.
 
Almaniyadakı Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin rəhbəri Ufuk Kamal bu qaraguruhuçuların Kölndə yaratdıqları təxribatlarla bağlı yerli polisə müraciət edəcəyini deyib.
 
Tədbirdə iştirak edən Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva bildirib ki, harada yaşasaq da obyektiv səbəbləri göstərərək Azərbaycanın imicini qoruyub saxlamaq ən əsas öhdəliyimiz olmalıdır.
“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev,  Azərbaycan Diasporu İnformasiyya Mərkəzinin Direktoru Toğrul Allahverdili, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, Diaspor Jurnalistləri Birliyinin Baş katibi Siyavuş Əmirli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva,  “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, iqtisadçı ekspert İndira Şəmsivari, "Vəfa" Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Lalə Mehdiyeva və digərləri də çıxış edərək sosial şəbəkələrdə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışanlara qarşı aktiv olmağa çağırıblar. Çıxışlarda qeyd olunub ki, Avropanın müxtəlif şəhərlərində oturub sosial şəbəkələrdə təhqir kampaniyası apranların heç birinin siyasi çəkisi yoxdur. Bildirilib ki, nə vətəndə, nə də xaricdə özlərinə yer tapa bilməyən bu mövqesiz insanların bacardıqları söyüş söymək və sosial şəbəkələrdə əsasız məlumatlar yaymaqdır
 
Çıxışlarda həmçinin soydaşlarımıza 11 aprel prezident seçkilərində fəalıq göstərməyə çağırış edilib. Bütün seçiciləri Azərbaycan dövlətinin beynəlxaq aləmdə müsbət imicini formalaşdıran, dövlətçilik təməlini möhkəmlədən namizədə səs verməyə dəvət edilib. 
 
Tədbirdə diaspor və ictimai təşkilatların Əməkdaşlıq Platformasının yaradılması təklif olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42