“Xalq onun mənafeyini qoruyan namizədi - İlham Əliyevi seçəcək” – Elməddin Behbud yazır…
A A A
04/09/2018
Oxunma sayısı : 7822


     Elməddin Behbud

QHT Şurasının mətbuat xidmətinin rəhbəri

İnternetin yaranması, sosial şəbəkələrin meydana gəlməsi insanların ünsiyyət imkanını önəmli ölçüdə artırdığı, bütün həyat sahələrinə ciddi təsir etdiyi kimi, ictimai-siyasi platformanı da xeyli dərəcədə yeni ünvana daşımış oldu. Bəli, artıq sosial şəbəkələr aid olduğu sahədən asılı olmayaraq hər bir qurum və şəxs üçün yeni, effektiv ictimai meydan rolu oynayır.


Qlobal güclər bütün dövrlərdə müxtəlif alət və vasitələrdən istifadə edərək dünya ölkələrinin siyasi iradələrinə təsir göstərməyə, onların dövlət siyasətinin konstruksiyasının dizayn etməyə çalışırlar. Hazırki zamanda biz bu siyasətin ən qaynar fazalarından biri ilə nəzəriyyəçilərin ən yeni media adlandırdığı sosial şəbəkələrdə qarşılaşırıq.
Təəssüf ki, hər bir yeni resursdan, alətdən cəmiyyətin ümumi inkişafı, faydalı nəticəyə istiqamətlənmiş fəaliyyətlərlə yanaşı, mahiyyətində xaos, dağıdıcılıq, siyasi nifrət hissi aşılayan fikirlər dayanan kirli niyyətlərin reallaşması üçün də istifadə edilir.


11 aprel prezident seçkiləri təyin olunmamışdan öncə də özünü siyasi mühacir adlandıran bir qrup sosial şəbəkə hesablarından Azərbaycan dövlətinə, dövlət başçısına, ölkənin ali rəhbərliyinə kin, nifrət püskürməklə məşğul idilər. Fevral ayında növbəti prezident seçkisinin keçiriləcəyi elan edildikdən sonra isə bu qrupun guya hökumətimizlə siyasi mübarizə adı altında daha iyrənc şəkildə söyüş kampaniyası apardığına şahidlik etməyə başladıq. Bu prosesin əslində Azərbaycan dövlətinə qarşı aparılan, proqramlaşdırılmış mübarizə olduğunu bilmək üçün ikrah doğurucu kampaniyanı azacıq diqqətdə saxlamaq yetərlidir.


Əvvəla dövlətlə mübarizə aparmazlar. Dövlət bütün ictimai, siyasi, mədəni, iqtisadi, özəl institutlara aid olan, bütövlükdə xalqın ağır əzab və əziyyətlə, vətəndaşların qanı, canı bahasına qurulmuş, dünyada imzalar içində imza haqqımızı gerçəkləşdirən təsisat, dəyərdir. Onu sevmək, qorumaq, inkişafı üçün hər cür çətinliklərə sinə gərmək lazımdır. Hökumətə olan etirazların isə dünyada qəbul edilmiş sivil formaları var. Antiazərbaycan dairələrin instrument kimi istifadə etdiyi bir qrup şəxsin ikrah doğuran hərəkətləri isə nə siyasi, nə hüquqi, nə də mənəvi normalara uyğun deyil. Söyüş, böhtan kampaniyası heç bir sivil ölkədə siyasi mübarizə sayıla bilməz. Söyüş bumeranqdır. Yəni onu istifadə edən tərəfə qayıdıb dəyən bir nəsnədir. Bu cəhətdən nə qədər qəribədə olsa qeyd etməliyik ki, dövlətimizi, cənab prezidenti hədəf alan siyasət terrorçularına ilk cavabı anladıqları dildə elə özləri vermiş olurlar. Ancaq təbii ki, Azərbaycan cəmiyyətini müxtəlif kəsimləri də buna səssiz qalmır və onlar layiqli şəkildə cavablandırılırlar.
Çürük düşüncə və olmayan əxlaqın sahibləri öz xislətlərindən çıxış edərək davamlı söyüş istehsalı yolu ilə cəmiyyətimizdə hansısa çaxnaşmaya nail olacaqlarını, insanları çaşdıra biləcəklərini düşünürdülər. Amma tamamilə bunun əksinə şahid oldular. Mətbuat, söz, ifadə, fikir azadlığının, demokratik prinsiplərin ölkəmizdə reallığa çevrilməsi heç kimə özbaşınalıq etmək, insanların şərəf və ləyaqətini təhqir etmək haqqı vermir. Elə buna görə də Azərbaycan ictimaiyyətinin ən müxtəlif zümrələrinin nümayəndələri “söyüş qrupu”na kəskin reaksiyalarını gizlətmədilər. Əlbəttə ki, hər bir sağlam əqidəli vətəndaş, ölkəsinin taleyini öz taleyilə yanaşı tutan şəxslər, xüsusilə də ziyalılar bu mübarizənin önündə olmalıdırlar. Ancaq unutmamalıyıq ki, mənəviyyat yoxsullarına, siyasi yarımçıqlara qarşı aparılan bu mübarizə davamlı xarakter daşımalıdır. Hər zaman ayıq olmalıyıq. 
Müdriklər doğru deyiblər: mənəviyyatsız və ləyaqətsiz insanları başqaları idarə edirlər. Mənsub olduğu xalqa, öz dövlətinə qarşı mübarizədə bir-biri ilə yarışan orduxanlar, vidadilər və digər belə şəxslər bilməlidirlər ki, azadlığın ən böyük düşməni kənar yönləndirmə ilə səhv yola düşmüş insanların beyinlərinə hakim kəsilmiş zərərli düşüncə, ləyaqətsiz məqsəd, ədalətsiz mövqedir. Bu gün ölkəmizdə cənab prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzunmüddətli islahatların real nəticələrini, qazanılan uğurları görməzlikdən gəlmək heç bir sağlam düşüncəyə, vicdan çərçivəsinə sığmır. Xalq onun mənafeyinin təminatçıları ilə, mənəviyyatsızlıq və boşboğazlıq edənləri çox asanlıqla və doğru şəkildə ayırd edə bilir. Buna görə də cəmiyyətimiz onun üçün real və faydalı fəaliyyətə, düşünülmüş, strateji siyasi kursa sahib çıxır.


Son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. 2013-cü ildə yaradılan və ötən 5 il ərzində 20 milyondan artıq müraciətin edildiyi ASAN Xidmət şəbəkəsi vətəndaşlara ən yaxşı xidmətin, korrupsiyaya qarşı mübarizənin dünyada unikal və effektiv nümunəsi kimi beynəlxalq qurumlar və dövlətlər tərəfindən hazırda da maraqla öyrənilməkdədir. Keçən 15 il ərzində ölkəmizə 230 milyard dollardan artıq investisiya qoyulub. Bu gün Azərbaycan regionun kosmik ölkəsinə çevrilib. Mühüm regional və qlobal əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Şərqlə Qərbin qovuşduğu effektiv nəqliyyat dəhlizidir. Ötən 15 ildə Azərbaycan beynəlxalq aləmdə daha da etibarlı tərəfdaş kimi tanınmış, nüfuzunu artırmış və mövqelərini möhkəmləndirmişdir. Azərbaycan Respublikası BMT kimi dünyanın ən böyük beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu müddət ərzində ölkəmiz Trans-Anadolu, Trans-Adriatik və digər geoiqtisadi layihələrin icraçısına və təşkilatçısına çevrilmişdir. Bütün bunları qəbul etməmək bir yana, üstəlik bu uğurları və uzaqgörən, praqmatik siyasəti ilə onun qazanılmasını təmin edən, dövlətin simvollarından olan prezidenti təhqir etmək, söymək heç bir halda qəbul oluna bilməz. Bu prosesin istər sifarişçiləri, istərsə də icraçıları ən ağır qınağa və cəzaya layiqdir. 
Cənab Prezident İlham Əliyev fəaliyyəti dövründə atdığı konkret addımlarla və əldə olunan mühüm uğurlarla dünyaya bir daha göstərdi ki, Azərbaycan Respublikası ərazi hüdudları etibari ilə böyük dövlət olmasa da, heç bir güc mərkəzindən asılı olmadan, müstəqil siyasət aparmağa qadir olan, böyük siyasəti dərindən bilən əmin əllərdədir. Bu siyasətin əsasında isə xalqın mənafeyi dayanır. Bunun təmin olunması isə həm də hər bir vətəndaşa verilən dəyərdə özünü göstərir. Ölkəmizin dünyada inkişaf etmiş dövlətə çevrilməsi, insanların rifah halının daha da yüksəlməsi üçün iqtisadi inkişafın uzunmüddətli staretegiyası mövcud olmalıdır. Cənab Prezident bunu ən başlıca sərvətimizdə-insan kapitalının formalaşdırılmasında gördüyünü bəyan edir: “Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik”.


Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının gözündə müasir düşüncənin, intelektin, milli dəyərlərə sadiqliyin, qətiyyətli və dönməz siyasi iradənin timsalına çevrilib.
Bizi 11 aprel seçkilərinə aparan ötən seçki kampaniyası dövrü bir daha vətəndaşların dövlətçiliyə, cənab prezident İlham Əliyevə olan inamının dönməzliyinə əyani sübut oldu. Seçkidə iştirak edən bütün tərəflər demokratik prinsiplər əsasında yarışaraq vətəndaşlara öz platformalarını təqdim etdilər. Cənab Prezident İlham Əliyevin ötən 15 il ərzində ölkəmizin sürətli inkişafı üçün gördüyü işlər, əldə olunan yerli və beynəlxalq nailiyyətlər onun 11 aprel seçkilərində də əzici üstünlüklə qalib gəlməsinin ən başlıca səbəbi olacaq. İstər ölkədaxili, istərsə də xaricdə olan siyasi analtiklər, maraqlı tərəflər birmənalı şəkildə dərk edir ki, xalq onun mənafeyinin qoruyan namizədi-İlham Əliyevi seçəcək!


ŞƏRHLƏR
XƏBƏRLƏR
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib. - 20 / 04 / 2018 18:48
Prezident ilham Əliyev bir daha sübüt etdi ki, vətən üçün xidməti olan heç kim unudulmayacaqdır - 20 / 04 / 2018 06:40
Şəhid ailələrinə 11 min manat pul veriləcək - Prezidentin fərmanı - 19 / 04 / 2018 17:52
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev - 19 / 04 / 2018 17:18
“Prezidentin qərarını alqışlayırıq”- QHT sədri - 19 / 04 / 2018 16:44
Şuranın dəstəyi ilə Azərbaycanın dövlət rəmzlərindən ibarət mobil tətbiqetmə hazırlanır - 19 / 04 / 2018 13:03
Bakıda və Respublikamızın regionlarında viruslu hepatitlərlə bağlı maarifləndirici flayerlər vərəmli pasiyentlər arasında paylanacaq - 19 / 04 / 2018 08:57
Hemofiliya xəstələrinin sayı niyə artır? - APA TV-də müzakirə - 18 / 04 / 2018 19:25
Sudan duru çıxan “kişi” - Raminə Eyvazqızı yazır ... - 18 / 04 / 2018 17:46
Atan jurnalist olsaydı, bir şalvarı 3 il geyinərdin... - 18 / 04 / 2018 13:50
"MQF-nin inkişafı: reallıqlar və perspektivlər" mövzusunda müşavirə keçirilib - 18 / 04 / 2018 12:18
QHT-lərin nəzərinə! - 18 / 04 / 2018 06:44
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “QHT Xəbər”in qonağı olub - ASAN Radioda - 17 / 04 / 2018 19:28
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası mətbuat konfransı keçirib - Dünya Hemofiliya Günü ilə bağlı - 17 / 04 / 2018 18:52
Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliğinə dair layihənin icrasına start verilib - 17 / 04 / 2018 09:09
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 16 / 04 / 2018 19:25
"Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına start verildi - 16 / 04 / 2018 18:02
"Aqroturizmin inkişaf istiqaməti”nə dair müzakirələr aparılıb - 16 / 04 / 2018 16:08
Azay Guliyev makes speech on the OSCE/ODIHR’s observation mission for 11 April Presidential election held in Azerbaijan - 16 / 04 / 2018 14:38
Azay Quliyev: "ATƏT/DTIHB hesabatda yol verdiyi nöqsanlara yenidən baxmalı və onları aradan qaldırmalıdır" - 16 / 04 / 2018 13:57
11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı - "Bizim Planet"də - 16 / 04 / 2018 12:12
Şuranın dəstəyilə “Hər şey vətən üçün!” - 16 / 04 / 2018 08:50
“Atatürkün heykəlini uçurdanlar dərhal cəzalanmalıdır!” - 15 / 04 / 2018 22:33
Dünya Hemofiliya Günü ilə bağlı mətbuat konfransı keçiriləcək. - 15 / 04 / 2018 21:37
Qibləsi bilinməyən qutu və yaxud seçkiyə ATƏT-in baxış bucağı - Cəsarət Hüseynzadə yazır... - 15 / 04 / 2018 11:25
“Yurd” Gənclər Təşkilatı ATƏT DTİHB-nun qərəzli hesabatına etiraz edir - 15 / 04 / 2018 08:38
ATU-nun Tədris terapevtik Klinikası uşaqlar üçün tibbi müayinə aksiyası keçirir - 14 / 04 / 2018 22:03
Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir? – Sənan Nəcəfovun yazısı - 14 / 04 / 2018 15:20
Sahib Məmmədov: “45 milyon dollara yaxın pul yeyilib” - 14 / 04 / 2018 10:49
Azerbaycan'da İstikrar İlham Aliyev'le devam edecektir - 13 / 04 / 2018 18:31