ATƏT-in 7 iddiasına 8 cavab
A A A
04/13/2018
Oxunma sayısı : 30304

 ATƏT-in nə qədər obyektiv olduğu onun nəzarətindəki Minsk Qrupunun fəaliyyətindən bəllidir. Bir misal: İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhəddə monitorinq aparırlar, erməni silahlıları atəşkəsi pozaraq həmin an onların gəzişdiyi sahəni gülləbaran edirlər, həmsədrlər başlarını tutub qaçırlar, amma bu faktı hesabatlarına daxil etmirlər. 


Birinci iddia: 11 aprel Prezident seçkisində "Seçki qutularına çoxlu bülleten atılıb". 

Əlbəttə, iddia boş və əsassızdır, ona görə ki, nə video, nə audio fakt var, nə də hər hansı etiraz protokolu. 


İkinci iddia: “Prosedurlara açıq-aşkar məhəl qoyulmayıb". 

Nə demək? Hansı prosedurlara, necə məhəl qoyulmayıb? Seçici gəlib, adını tapıb, vəsiqəsini təqdim edib, imza atıb, kabinəyə girib, səs verib, bülleteni qutuya ataraq məntəqədən uzaqlaşıb. Bir videoya baxdım, məntəqədəki müşahidəçilərdən biri qutunu açmadan öncə məkana polisi dəvət edir. Polis gəlmir və bunun pozuntu olduğunu deyir. Alqışlanası reaksiyadır, deyilmi? Amma ATƏT-in hesabatında əksini tapmayıb.


Üçüncü iddia:  "Boykotçular seçki mühitinin çox qısa olmasının mənalı fəaliyyət üçün effektsizliyini bildirdilər". 

Boykotçular tərəfdir. Tərəfin münasibətini hesabata salmaq demokratik yanaşmaya ziddir. "Mənalı fəaliyyət" ifadəsinin də mənasızlığı anındaca nəzərə çarpır. Siyasi qüvvə təbliğata hər seçki bitəndən dərhal sonra başlayar, uduzan qüvvə, xüsusən... Boykotçular prezidentliyi 5 il öncə uduzublar, təbliğatasa bu il başlamağı düşünürdülər, vaxtın azlığı da bəhanə oldu. Əziz ATƏT nümayəndələri Yezid üçün ağlayanda, imam üçün də ağlamağı yaddan çıxarmayın. Məhz pülüralizm budur.  


Dördüncü iddia: "Hazırda vəzifədə olan prezidentin lehinə hakim partiyanın təşkil etdiyi təşviqat tədbirləri yaxşı təşkil edildi və təmin olundu. Prezident təşviqat kampaniyasında iştirak etməsə də, ölkə üzrə səfərlər edib və bir çox yüksək səviyyəli xarici rəsmiləri qəbul edib. Digər 7 namizədin təşviqat kampaniyası məhdud oldu və regional struktur və resursların olmaması ilə əngəlləndi”. 

Üç iddianın bir cavablıq canı yoxdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının təbliğatı və təşviqatı yüksək təşkil olunmalıydı. YAP-ın yeddi yüz min üzvü var. Təkcə üzvlük haqlarının cəmi möhtəşəm kampaniya aparmağa yetər. Prezident vəzifəsində qalmalı idi. Seçki dövrü qlobal səviyyədə mühüm siyasi hadisələrin çuğladığı zamana düşdü. Rusiya və ABŞ arasında ciddi qarşıdurma yaşanır. Suriya dünyanın xəritəsini dəyişəcək səviyyədə alova bürünüb. Belə məqamda hansı dərrakəli dövlət adamı postundan bir ay istefa verər. Həm də Qarabağ boyda işğala məruz qalan bir ölkənin prezidenti. Özü də məkrli qüvvələrin cəmiyyətdə hər an qarışıqlıq yaratmağa hazır olduqları dönəmdə? 

"Regional struktur və resursları" - Üzeyir bəyin qəhrəmanı olan Məşədi İbadın fikri olmasın, ifadəni hansı "Tarixi nadir" kitabından götürmüsünüz? Yoxsa, həqiqətən Bakıdakı otellərdə Azərbaycan efirinə baxmadan gün keçirmisiniz? Yoxsa bütün 7 namizədin rayon-rayon gəzdiyini, təmtəraqlı görüşlər keçirdiklərini, hətta Fərəc Quliyevin görüşündə sakinlərdən birinin sərt ifadələrlə çıxış etdiyini görərdiniz. 


Beşinci iddia: "Mediaya aid olan son dərəcə məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır".  

Bu iddiaya veriləcək cavab "dəhşətsiz" reaksiyası ilə başlamalıdır. Əksinə, söz azadlığından  ifrat dərəcədə istifadə olunması məhz sizin ölkənizdən bizim ölkəmizə söyüşlər yağdırılmasına səbəb oldu. Azərbaycandakı hansısa gənc Almaniyanın kanslerini söysə, rəsmi Berlinin Bakı təmsilçiliyi uça-uça bizim Xarici İşlər Nazirliyinə gedər, şərəf və ləyaqət nağılı danışar, o gənci susdurmağı tələb edər. Azərbaycandakı söz azadlığının nəticəsində sosial şəbəkələrdəki bəzi səhifələr tərbiyəsiz fəaliyyətlərini davam etdirirlər. Mətbuata gəldikdə, hansı rəqib namizəd nə dedi, yazmadıq? Xarici işlər nazirindən tutmuş, ayrı-ayrı məmurları, ölkələri tənqid edən namizədlər oldu və onların sözləri KİV-in manşetinə çevrildi. Radikallığı ilə seçilən Sərdar Cəlaloğlu seçki bitən kimi, Real TV-yə dəvət olundu və müsahibə verdi. Seçkini boykot edənlər mitinq keçirdilər, növbətisini də elan ediblər. 

Əziz avropalılar, monitorinqə gələndə oteldə televizoru yandırmağı unutmayın. 


Altıncı iddia: "Bütün digər namizədlərə efir vaxtının çox az bir qismi ayrılmışkən müşahidə olunan KİV-də siyasi işıqlandırmanın ən böyük hissəsi hazırkı prezidentin vəzifəsinin icrası ilə bağlı reportajlar olub". Əslində dördüncü iddianıza cavabla altıncıya da münasibət bildirmiş olduq. Yenə də əlavələr edək: Prezident var, fəaliyyəti var, təbii ki, işıqlanmalıdır da. Həmin dövrdə Prezidentin fövqəladə qərarları olmayıb ki, ona xal qazanmaq məqsədi ilə yayımlansın. Ölkə başçısı hər gün gördüyü işlə məşğul olub və KİV də Prezidentin yalnız gündəlik iş qrafikini işıqlandırıb. Yəni KİV bu fəaliyyət zamanı  təbliğat materialları ilə gündəlik iş qrafikini peşəkarcasına bir-birindən fərqləndirib. 


Yeddinci iddia: MSK tərəfindən aşkar edilmiş səhvlər və çatışmazlıqları düzəltmək üçün heç bir hüquqi müddəa yoxdur. Beynəlxalq təşkilatların müşahidəçilərin bir sıra müsahibi iddia etmişdi ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırıb". 

İnanın ki, oxuyub güldüm. Seçki günü ən azı 15 məntəqədə oldum. Jurnalist Ekspert Mərkəzinin rəhbəriyəm. Seçkidən monitorinq aparmaq üçün MSK-ya müraciət etməmişdik. Sadəcə vətəndaş olaraq, məntəqələri gəzdik. Hər kəsin əlində telefon vardı, kimsə onlara çəkmə demirdi. Demək olar ki, hər məntəqədə QHT təmsilçisi ilə rastlaşdıq, vəziyyətlə maraqlandıq. Mərkəzin obyektivliyi ilə xüsusi seçilməyə çalışan jurnalist üzvləri də var. Nə isə neqativlik axtarıb tapmaq və onu yayaraq jurnalist prinsiplərinə sadiqliklərini göstərmək istəyirdilər. Alınmadı. Necə yəni, "MSK tərəfindən aşkar edilmiş səhvlər və çatışmazlıqları düzəltmək üçün heç bir hüquqi müddəa yoxdur". Siz bizi oxumamısız. Seçki Məcəlləsində pozuntuların hansı cəzalarla üzləşəcəyi açıq göstərilib. 


Hörmətli ATƏT təmsilçiləri, 8 namizədin iştirak etdiyi seçkiyə ümumilikdə 7 irad bildirmisiz. 8-cini də mən deyim. Siz hakim partiyanın namizədi ilə, rəqiblərin nüfuzu arasındakı fərqi gərək lap əvvəldən hiss edəydiniz. Əslində nəinki hiss edirsiniz, bu fərq sizə tam məlumdur. Sadəcə, Avropanın hansısa demokratik dəyərlərinə xatir obyektiv görünməyə çalışırsınız. Gecdir amma. Bu dəyərlərin üzərindən çoxdan xətt çəkmisiniz. İndi isə imitasiya ilə məşğul kimi görünürsünüz. 


Ceyhun Musaoğlu 

Jurnalist Ekspert Mərkəzinin sədri

 

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Növbəti tədbir Qusar rayonunda keçiriləcək - 22 / 09 / 2018 10:01
Ölkədəki narkomaniyanın durumu: Rauf Zeyni təhlil etdi - 21 / 09 / 2018 19:13
Belarus Parlamentinin sədri Azay Quliyevin sədri olduğu beynəlxalq platformanın fəaliyyətini yüksək dəyərləndirib - 21 / 09 / 2018 18:56
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir - 21 / 09 / 2018 17:18
Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tədbir keçirilib - 21 / 09 / 2018 13:44
Şuranın dəstəklədiyi layihə KİV üçün ekspertlərin yetişdirilməsi məqsədi daşıyır - 21 / 09 / 2018 12:42
Şəki veteran hərakatın ön sırasındadır - 20 / 09 / 2018 13:13
Şuranın dəstəyilə "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" mövzusunda tədbir keçirilib - 20 / 09 / 2018 12:15
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir - 20 / 09 / 2018 07:59
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Ruminiya səfirliyində davam etdi. - 20 / 09 / 2018 06:15
Şəhid ailələrinə 11 min manat nə vaxt və necə ödəniləcək? - Şərh - 19 / 09 / 2018 22:32
Səbuhi Abbasov ATƏT-in tədbirində iştirakçılara səsləndi: "Mən sadəcə öz doğma yurduma, evimə qayıtmaq istəyirəm" - VARŞAVADA (VİDEO) - 19 / 09 / 2018 14:38
“Qarabağ dünən və bu gün” mövzusunda ictimai müzakirələr Polşa səfirliyində davam etdi - 19 / 09 / 2018 09:59
Şuranın dəstəyilə həyata keçirilən layihənin yekun tədbiri keçirilib - 18 / 09 / 2018 20:53
ATƏT toplantısında erməni təxribatı, separatçı çıxış edən erməni zaldan qovulub - 18 / 09 / 2018 19:55
Sahib Məmmədov: Konvensiya əleyhinə bir şəbəkə də yaradılır - 18 / 09 / 2018 14:29
Şuranın dəstəyilə qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi mövzusunda veriliş hazırlanıb - 18 / 09 / 2018 05:51
“Qurbağa öpüşü” təqdim ediləcək - Ceylan Mumoğludan yeni kitab - 17 / 09 / 2018 18:40
Şuranın dəstəyilə dini radikalizmlə mübarizəyə dair layihə icra olunur - Video - 17 / 09 / 2018 18:07
Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir" - 17 / 09 / 2018 17:37
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun X buraxılışı hazırlanıb - Video - 17 / 09 / 2018 05:37
Dələduzluqda və rüşvət almaqda ittiham olunan QHT sədrinin məhkəmə işi yekunlaşdı - 16 / 09 / 2018 18:15
Bu parad türk dünyasına qardaşlıq, səmimi dostluq mesajı idi - 16 / 09 / 2018 10:26
"Türk və Azərbaycan əsgərlərinin əziz xatirəsi iki qardaş xalqın qəlbində hər zaman yaşayacaq!" - Azay Quliyev - 15 / 09 / 2018 14:54
“15 sentyabr paradı Azərbaycan və Türkiyənin birlik mesajı idi” - Cəsarət Hüseynzadə - 15 / 09 / 2018 14:48
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur - 15 / 09 / 2018 09:22
“İnsanlığın qətl günü”: Xocalı ilə bağlı UNİKAL ADDIM - FOTO - 14 / 09 / 2018 19:54
Növbəti tədbir Xaçmaz rayonunda baş tutub - 14 / 09 / 2018 19:45
Özbəkistan ATƏT PA-nın Azərbaycanın təşəbbüsü ilə yaradılmış İpək Yoluna Dəstək Qrupuna üzvlüyə dəvət edilib - 14 / 09 / 2018 08:00
QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib - 13 / 09 / 2018 19:49