Azay Quliyevdən ATƏT-in hesabatına sərt reaksiya
A A A
04/13/2018
Oxunma sayısı : 19034

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının 11 aprel seçkilərinin nəticələri ilə bağlı yayımladığı hesabata konkret faktlara istinad edərək kəskin etirazını bildirib. Musavat.com xəbər verir ki, o "biz dəfələrlə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin şahidi olmuşuq” – deyə qeyd edib: “Azərbaycan ictimaiyyəti 26 ildir ki, ATƏT-dən və onun Minsk qrupundan Ermənistanın Dağlıq Qarabağı qoparmaq məqsədilə ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini dayandırmağı tələb etməsini və mandatından istifadə edərək bu istiqamətdə qətiyyətli addımlar atmasını gözləyir.


Eyni zamanda Azərbaycan dövləti ölkədə keçirilən prezident və parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə əməkdaşlıqda hər zaman maraqlı olmuş və bu qurum başda olmaqla bütün beynəlxalq təşkilatları seçkilərin müşahidəçiliyinə dəvət etmişdir. Bununla biz istəmişik ki, həm beynəlxalq öhdəliklərimizə əməl edək, həm də seçkilərin şəffaf və aşkar şəraitdə keçirildiyini nümayiş etdirək, Azərbaycanla ATƏT/DTİHB arasında konstruktiv və sağlam əməkdaşlıq mühitinin yaranmasına və nəhayət, bu qurum tərəfindən seçkilrərə ədalətli və obyektiv qiymətin verilməsinə nail olaq. Təəssüf ki, hər iki məsələdə - nə Dağlıq Qarabağ münaqişəsinin həllində, nə də seçkilərə verilən qiymətdə uzun müddət axtardığımız və tam olaraq haqq etdiyimiz ədaləti və obyektivliyi ATƏT-dən görə bildik. 


Hər iki məsələ Azərbaycan üçün taleyüklü məsələdir. Hər iki məsələ Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları ilə birbaşa bağlıdır. Hamımız bilirik ki, istər münaqişələrin həlli, istərsə də seçkilərə qiymətin verilməsi prinsipi və onlara ümumi baxış ATƏT-in nizamnaməsində və beynəlxalq sənədlərdə təsbit olunan müddəalardan və mexanizmlərdən çoxdan kənara çıxaraq ölkələrə qarşı təzyiq və ya ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarını təmin etmək alətinə çevrilib. Bu səbəbdən Azərbaycanla ATƏT arasında münasibətlərdə hər zaman müəyyən gərginlik və suallar doğuran məqamlar olub. 2015-ci ilin parlament seçkiləri ərəfəsində isə bu gərginlik daha da artdı və münasibətlərdə ciddi soyuqluq yarandı. Nəticədə ATƏT/DİTHB-in seçkiləri müşahidə etməsi mümkün olmadı.


Ancaq Azərbaycan tərəfi keçmişdə olan problemləri aradan qaldırmaq və ATƏT/DİTHB-lə konstruktiv əməkdaşlıq etmək məqsədilə 2018-ci ilin prezident seçkilərini müşahidə etmək üçün bu quruma rəsmi dəvət göndərdi. Hesab edirəm ki, rəsmi Bakının bu addımı doğru idi, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə əminliyinin nümayişi idi. Azərbaycan ictimaiyyəti ümid edirdi ki, ATƏT/DİTHB keçmişdə yaşananları ciddi təhlil edərək budəfəki seçkilərdə daha ədalətli və obyektiv mövqe sərgiləyəcəkdir. 


Lakin aprelin 12-də prezident seçkilərinin yekunu ilə bağlı ATƏT/DİTHB-in təqdim etdiyi ilkin hesabatda və rəydə qeyd olunan bir sıra iradların əsassız olması və əksinə, bir çox müsbət məqamların qeyd olunmaması, bu rəyin qüsurlu və ədalətsiz olduğunu, rəydə balansın pozulduğunu, gerçək seçki mühütini əks etdirmədiyini göstərdi. 


Əlbəttə, mən, ATƏT PA-nın vitse-prezidenti və bir neçə ölkədə beynəlxalq seçki müşahidə missiyalarına rəhbərlik edən şəxs kimi yaxşı bilirəm ki, ATƏT/DİTHB-in vəzifəsi müşahidə etdiyi seçkiləri tərifləmək deyil, əksinə, mövcud çatışmazlıqları səmimi və qərəzsiz şəkildə bildirmək, həmçinin əldə olunan nailiyyətləri peşəkar formada qeyd etməkdir. Qüsurlar və çatışmazlıqlar ona görə deyilməlidir ki, onlar gələcəkdə aradan qaldırılsın, nailiyyətlər və müsbət işlər isə ona görə qeyd olunmalıdır ki, verilən rəy birtərəfli olmasın, əsaslı balans qorunsun və ən vacibi isə ölkənin gördüyü işlərə ədalətli və obyektiv qiymət verilsin”.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Hansı QHT-lərin sosial xidmət mərkəzləri var - Siyahı - 18 / 07 / 2018 20:17
"Yay məktəbi"nin iştirakçıları "AccessBank"ın fəaliyyəti ilə tanış olublar - 18 / 07 / 2018 18:48
Sumqayıt şəhərində yaradılmış İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir - 18 / 07 / 2018 18:43
Mühasibat uçotu üzrə yeni tədris proqramının ilkin versiyası müzakirə olundu - 18 / 07 / 2018 18:29
Millət vəkili Azay Quliyev İctimai Televiziyanın “Diqqət Mərkəzi” verilişinin qonağı olub - Video - 18 / 07 / 2018 10:22
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər blokunun növbəti buraxılışı hazırlanıb - Video - 18 / 07 / 2018 09:20
"Ölkədə ən çox problemlərdən danışan prezident İlham Əliyevdir" - 17 / 07 / 2018 20:23
“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan səfirliyində davam etdi - 17 / 07 / 2018 18:20
Anfisa Zinyeddin: “Reproduktiv sağlamlıq sahəsində problemlərin aradan qaldırılması üçün, əhalinin bu məsələyə daha məsuliyyətli yanaşması vacıbdir” - 17 / 07 / 2018 08:20
Şuranın dəstəyi ilə “Sahibkar saatı” verilişi hazırlanıb - Videolar - 16 / 07 / 2018 19:23
"Loqos" un Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığı davam edir. - 16 / 07 / 2018 13:13
Əlillər Cəmiyyəti əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanları mövzusunda tədbir keçirib - 16 / 07 / 2018 07:23
Şuranın dəstəyi ilə "Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı güzəştlər nəzərdə tutulub?" adlı videoçarx hazırlanıb - 15 / 07 / 2018 13:58
London evində əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil edildi - 15 / 07 / 2018 13:35
“Qadın və uşaq hüquqlarının təbliğində ictimai rolun artırılması“ lahiyəsi davam edir - 15 / 07 / 2018 08:58
Şuranın dəstəyi ilə "Sahibkar saatı" verilişinin 5-ci buraxılışı hazırlanıb - 14 / 07 / 2018 20:23
Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı - 14 / 07 / 2018 19:29
"Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..." - Sahib Məmmədov - 14 / 07 / 2018 19:25
QHT sədri: Ölkə vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu - 13 / 07 / 2018 19:17
OXU Akademiyası sizi Yay Məktəbinə dəvət edir - 13 / 07 / 2018 11:45
Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verildi - 13 / 07 / 2018 10:35
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı - 13 / 07 / 2018 10:10
Əliyevadan göstəriş: yüzlərlə tələbənin diplomu... -Video - 13 / 07 / 2018 09:02
Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir - 13 / 07 / 2018 06:54
QHT sədri: “Törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir” - 13 / 07 / 2018 06:17
Müharibədən zərər çəkmiş uşaqlar haqqında - 12 / 07 / 2018 18:40
Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib. - 12 / 07 / 2018 13:41
QHT Yevlaxda seminar keçirib - 12 / 07 / 2018 13:33
Layihənin yekun təqdimat mərasimi keçirilib - 12 / 07 / 2018 10:05
“Loqos” daha bir yeniliyə imza atdı. - 12 / 07 / 2018 08:38